Kateqoriyalar
Cərrahiyyə

Babasil

Proktoloji xəstəliklər içərisində ən geniş yayılanı babasil xəstəliyidir. Babasil xəstəliyi nədir? Necə yaranır? Babasil xəstəliyi düz bağırsaqda olan venoz kələflərin, venoz damarların durğunluq səbəbindən qanla dolub şişməsi nəticəsində yaranır. Bəs bu durğunluğa səbəb nədir? Durğunluğa səbəb, əsasən, xroniki qəbizlik, xroniki ishal, qadınlarda hamiləlik və doğuş prosesidir. Həmçinin bəzi xəstəliklərdə portal hipertenziya, qaraciyər sirrozunda durğunluq yarana […]

Kateqoriyalar
Uşaq urologiyası

Uşaqlarda əmgəyin bitişməsi

Əmgək yeni doğulmuş uşaqlarda beyində kəllə sümüklərini birləşdirən, kəllə sümüklərinin arasında bağ toxumasından ibarət olan yumşaq bir hissədir. Və əmgəyin ölçüləri fərdi individual olub normalda 0.5 sm-dən 3 sm-ə qədər olan böyüklüyü əhatə edə bilər. Həmçinin əmgəyin bağlanma müddəti də fərdidir. Belə ki, bəzi uşaqlarda iki aya qədər, hətta üç aylıq normal başı inkişaf edən […]

Kateqoriyalar
Endokrinologiya Ginekologiya

Qadın sonsuzluğunun endokrin səbəbləri

Qadın sonsuzluğu aktual problemlərdən biridir. Nə zaman sonsuzluq – yəni infertilite deyirik? Əgər cütlük bir ildir evli olduğu halda və müntəzəm cinsi əlaqəyə baxmayaraq qadın hamilə qala bilmirsə bu zaman biz sonsuzluq deyirik. Və sonsuzluğun bir sıra səbəbləri vardır. Bunlardan endokrin səbəblər də önəmli yer alır.  Qadın sonsuzluğu səbəbi olaraq qalxanabənzər vəz horomon pozğunluqları Endokrin […]

Kateqoriyalar
Cərrahiyyə

Anal çatlar

Anal çatlar “dentate line”dan “anal verge”ə qədər uzanan linear yırtıqlardır, mukoza yırtıqlarıdır. Bunlar, adətən, qan dövranı çox zəif olan anusun arxa divarında, posterior divarda və doğum eliyən qadınlarda anterior divarda görülür. Bəzən də atipik olan lateral divarda olan çatlar da olur.  Xəstələr, adətən, tualetdə çox şiddətli, “şüşə kəsər kimi” ağrı ifadə edirlər və nəcis kütləsinə […]

Kateqoriyalar
Laboratoriya

Faringit zamanı analizlər

Faringit klinisist həkimlərin günlük praktikalarında sıx qarşılaşdıqları klinik tablodur.  Xüsusilə, qış aylarında və yaz aylarında daha sıx görülür. Əsas boğaz ağrısı ilə, udqunma zamanı narahatlıq, limfa düyünlərində şişkinlik və bəzən hərarətin yüksəlməsi kimiklinik əlamətlərlə özünü göstərə bilər. Lakin bu klinik əlamətlərə əsasən biz xəstədə törədicinin viral və yaxud da bakterial olduğunu aydınlaşdıra bilmirik. Bunun üçün […]

Kateqoriyalar
Hematologiya

Limfoma nədir, necə yaranır?

Ağ qanın bir komponenti olan, bir növü olan limfositlərin formalarını dəyişərək kontrolsuz şəkildə artıb-çoxalıb limfatik orqanlarda, limfa düyünlərində, dalaqda, “thymus”da, “waldeyer” həlqəsində, peyer plaklarında və ekstralimfatik orqanlarda, məsələn: mədə, bağırsaq, ağciyər, qaraciyər, beyin, sümük, dəridə toplanması nəticəsində yaranan onkoloji xəstəlikdir.  Limfoma nədən yaranır? Bu xəstəlik nədən yaranır, tam bilinməsə belə, səbəb ola biləcək faktorlar arasında […]

Kateqoriyalar
Ginekologiya

Sonsuzluq: səbəbləri, müalicəsi

Sonsuzluğu birincili və ikincili sonsuzluq olaraq ikiyə ayırırıq biz. Birincili sonsuzluq yeni evlənən cütlüklərimizdə, bir il boyunca müntəzəm cinsi əlaqəyə baxmayaraq, yəni həftədə 2-3 dəfə olan əlaqəyə baxmayaraq hamilə qalınmamasıdır.  İkincili sonsuzluq nədir? İkincili sonsuzluq daha əvvəl uşağı olan və ya hamilə qalan qadınlarda 6 ay boyunca düzənli cinsi əlaqəyə baxmayaraqhamilə qalmırsa buna ikincili sonsuzluq […]

Kateqoriyalar
Daxili xəstəliklər

Ürək nahiyəsində olan ağrılar

Ürək nahiyəsində döş sümüyü arxasında olan ağrılarla tez-tez müraciət olunur. Lakin ürək nahiyəsində olan hər bir ağrı həmişə ürəklə əlaqəsi olmur.  Ağrılar xarakterindən və iradiasiyasından asılı olaraq müxtəlif səbəblərdən əmələ gəlir.  Ürək ağrıları daha kəskin hiss edilir Əsasən, ürəklə bağlı olan ağrılar, demək olar ki, daha kəskin, ürək nahiyəsində, sıxıcı, deşici ağrılarla özünü büruzə verir. […]

Kateqoriyalar
Psixoterapiya

Trixotillomaniya

Bəzən belə bir sual verirlər ki, “Trixotillomaniya sadəcə pis bir vərdişdir, yoxsa psixoloji pozuntudur?” Əfsuslar olsun ki, bu, psixoloji pozuntudur və mütləq şəkildə psixiatrik və psixoloji müalicəyə ehtiyacı olur belə bir insanların.  Trixotillomaniya nədir və nə ilə xarakterizə olunur?  İlk olaraq, belə insanların saçlarını yolduqlarını, qaşlarını, kipriklərini yolduqlarını görə bilərsiniz.  Hansı digər xarakterlər bu insanlarda […]

Kateqoriyalar
Psixoterapiya

Uşağı neçə yaşında məktəbə qoyaq?

Ailələrimizi narahat edən mövzulardan biri də: “Uşağımız 6 yaşındamı, yoxsa 7 yaşında məktəbə qoyulmalıdır?” Lakin daha çox fikir verdikləri hissə intellektual hazırlığın olmasıdır. Uşağımız IQ cəhətdən, zəka baxımından məktəbə hazır olub-olmadığı müəyyən olunur və buna uyğun da məktəbə qoyulur.  Təkcə intellektual hazırlığın olması yetərlidirmi? Bir uşağın məktəbə hazır olması üçün intellektual hazırlıq, emosional iradə hazırlıq, […]