Kateqoriyalar
Psixoterapiya

Trixotillomaniya

Bəzən belə bir sual verirlər ki, “Trixotillomaniya sadəcə pis bir vərdişdir, yoxsa psixoloji pozuntudur?” Əfsuslar olsun ki, bu, psixoloji pozuntudur və mütləq şəkildə psixiatrik və psixoloji müalicəyə ehtiyacı olur belə bir insanların. 

Trixotillomaniya nədir və nə ilə xarakterizə olunur? 

İlk olaraq, belə insanların saçlarını yolduqlarını, qaşlarını, kipriklərini yolduqlarını görə bilərsiniz. 

Hansı digər xarakterlər bu insanlarda olur? Belə insanlar sırf saç yolmaqla özlərinin daha çox rahat olduqlarını izah edirlər. Belə bir pozuntudan əziyyət çəkən insanlar, adətən, cəmiyyətdən kənar qalırlar. Çünki öz xarici görünüşlərindən utanırlar. Və ən çox səbəb olan bir problem də odur ki, bu insanlar hər hansısa bir travmadan əziyyət çəkdiklərinə görə belə bir saç yolmaq vasitəsilə özlərini cəmiyyətdən uzaqlaşdırıb daha rahat hiss etməyə vadar edirlər. 

Bunun digər forması da var ki, buna çox oxşardır, bu problemə. Bu da dermatillomaniyadır və ya “skin picking disorder”. Yəni dərini, dırnaq ətrafı dərini və ya sadəcə dərini qopartmaqla bədənin müəyyən bir hissəsində olan dəri hissəsini qopartmaqla xarakterizə olunur. 

Trixotillomaniyanın səbəbi nədir?

Yenə də burada bir sual yaranır ki, “Nədən bir insan özünə əziyyət versin?” Əslində bəli, psixoanalitik baxımdan bunu belə izah edə bilərik ki, insan özünü nədəsə günahlandırır və buna görə özünü cəzalandırır. Digər izahat budur ki, bunlar kompulsiv şəkildə saç və ya dərini qopardırlar. Daha başqa bir izahat budur ki, bu impulsiv hərəkət pozuntusudur ki, burada nəzarət olunmur tam olaraq kontrolu itirdikdən sonra artıq başlayırlar dəri nahiyəsində, saçını və ya dərisini qopartmağa. 

Trixotillomaniyanın müalicəsi necə aparırılır?

Mütləq şəkildə burada dərman və psixoterapiya paralel getməlidir. 

Psixoterapiyanın əsas xarakteristikası, əlbəttə ki, davranış psixoterapiyasıdır və ya koqnitiv davranış, yəni düşüncəni dəyişərək davranışında dəyişilməsi. Daha sonra burada insanlar mütləq şəkildə psixo erudisiya almalıdırlar ki, onlar belə bir situasiyaya uğradıqda nələr etməlidirlər. İlk olaraq onlar sırf stress situasiyalarından uzaq qalmaq, eyni zamanda hər hansısa bir problem yaşadıqda saçlarını qopartmaq, qaşlarını qopartmaq və ya dərisini qopartmaq deyil, hər hansısa digər vasitə ilə bu stressdən azad olmalıdırlar. 

Aydan Xasməmmədzadə, Psixoterapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir