Kateqoriyalar
Endokrinologiya Ginekologiya

Qadın sonsuzluğunun endokrin səbəbləri

Qadın sonsuzluğu aktual problemlərdən biridir. Nə zaman sonsuzluq – yəni infertilite deyirik? Əgər cütlük bir ildir evli olduğu halda və müntəzəm cinsi əlaqəyə baxmayaraq qadın hamilə qala bilmirsə bu zaman biz sonsuzluq deyirik. Və sonsuzluğun bir sıra səbəbləri vardır. Bunlardan endokrin səbəblər də önəmli yer alır. 

Qadın sonsuzluğu səbəbi olaraq qalxanabənzər vəz horomon pozğunluqları

Endokrin səbəblərdən ilk öncə ən sıx rast gəlinəni tiroid hormon funksiyalarının pozğunluqlarıdır. Bunlara hipotireoz və hipertireoz dediyimiz hallar aiddir. Hipotireoz tiroid hormonlarının azalmış funksiyasını göstərən xəstəlikdir. Bunlar da bir sıra səbəbdən yarana bilir. Tiroidit, xronik tiroidit fonunda yaranan hipotireoz ən sıx rastlaşdıqlarımızdandır. Və hipotireozu olan şəxslərdə aybaşı pozğunluqları, ovulyasiyanın olmaması halı görülür ki, bu da qadınlarda sonsuzluğa səbəb olur. Digər tiroid hormon funksiyalarının pozulması isə artmış tiroid hormonlarıdır. Bu da hipertireoz dediyimiz haldır. Burada da yenə bilavasitə olaraq qanaxma pozğunluqlarına, menstrual tsiklda dəyişikliklərə səbəb olur və nəticədə sonsuzluğa gətirib çıxarır. 

Qadın sonsuzluğu səbəbi olaraq prolaktin hormonu yüksəkliyi

Digər önəmli endokrin sonsuzluq səbəblərindən biri də prolaktinomalar, prolaktin yüksəkliyidir. Prolaktin yüksəkliyinin bir sıra səbəbi ola bilər. Fizioloji ola bilər, stress faktoru və ya dərman istifadəsinə bağlı ola bilər və ya hipofiz vəzinin şişinə bağlı oradan artmış prolaktin hormonun abağlı olaraq yarana bilər. Və müalicə ilə reproduktiv sağlamlıq əldə edilə bilir. 

Qadın sonsuzluğu səbəbi olaraq anadangəlmə böyrəküsütü vəz hiperplaziyası

Digər endokrin patologiyalardan biri də konjenital adrenal hiperplaziya, yəni anadangəlmə böyrəkbüstü vəz hiperplaziyası dediyimiz hal. Bu klassik və non-klassik iki tipi vardır. Sıx görüləni non-klassik tipdir. Burada ferment defekti vardır və belə olan halda böyrəküstü vəz normal funksiya göstərmədiyi üçün tərsinə olaraq kişi hormonları artır. Bu da dolayı yolla səbəb olur ki, yumurtalıqlar normal funksiya göstərməsin və sonsuzluğa gətirib çıxarsın. 

Qadın sonsuzluğu səbəbi olaraq Kuşinq sindromu

Digər böyrəküstü vəz xəstəliyi olan Kuşinq sindromu da sonsuzluğa səbəb ola bilir. Burada da artmış Kortikosteroid hormon ifrazı vardır. Bunlar da dolayı yolla yenə yumurtalıqların hormon ifrazına təsir edir. 

Qadın sonsuzluğu səbəbi olaraq polikistik yumurtalıq sindromu

Və sıx rast gəlinən reproduktiv yaşda sıx görülən endokrin patologiyalardan biri də polikistik yumurtalıq sindromudur ki, bunlar bəzən sonsuzluğa səbəb ola bilir. 

Polikistik yumurtalıq sindromunun üç kriteriyası vardır: Rotterdam kriteriyalardır bunlar. Anovulyasiya yəni ovulyasiyanın olmaması, oliqo və ya anovulyasiya. Hiperandrogenizm dediyimiz kişi cinsiyyət hormonların artışına bağlı olaraq klinikasında və laboratoriya nəticələrində dəyişikliyin görülməsi və ultrasəsdə yumurtalıqlarda polikistik dəyişikliklərinin görülməsidir. Və bu üç kriteriyadan ikisi varsa, bu xəstədə polikistik yumurtalıq sindromu var deyirik. Bəzi xəstələrdə ola bilər, müntəzəm menstruasiyalar olsun. Amma yenə də əgər sonsuzluq varsa polikistik yumurtalıq sindromu ilk öncə düşünməli olduğumuz patologiyalardan biridir. 

Bütün bunları düşünsək əgər bir qadında sonsuzluq varsa mütləqdir ki, müəyyən endokrin pozuntular baxımından hormon analizlərindən, ən azınan tiroid hormon funksiyaları, prolaktin dəyəri, qadın hormonları əgər böyrəküstü vəz xəstəliyindən sübhələniriksə, digər hormon analizlərinə də baxılsın ki, əgər endokrin patologiya varsa, gözdən qaçmasın. 

Uzman Dr.Könül Əhmədova, Endokrinoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir