Kateqoriyalar
Daxili xəstəliklər

Ürək nahiyəsində olan ağrılar

Ürək nahiyəsində döş sümüyü arxasında olan ağrılarla tez-tez müraciət olunur. Lakin ürək nahiyəsində olan hər bir ağrı həmişə ürəklə əlaqəsi olmur. 

Ağrılar xarakterindən və iradiasiyasından asılı olaraq müxtəlif səbəblərdən əmələ gəlir. 

Ürək ağrıları daha kəskin hiss edilir

Əsasən, ürəklə bağlı olan ağrılar, demək olar ki, daha kəskin, ürək nahiyəsində, sıxıcı, deşici ağrılarla özünü büruzə verir. Xəstələr ağrını bir barmaqla deyil, əlinin içi ilə, bütün əlinin içi ilə təsvir edirlər. Və ağrılar sol qola, sol dirsəyə, hətta bir barmağa, boynuna, alt çənəyə, kürəyə iradiasiya edir. Və ürək nahiyəsində olan ağrılar hərəkətdən asılı deyil. Yəni hərəkət zamanı və yaxud da sakit vəziyyətdə ağrılar daimi olur və nitrat preparatların qəbulu zamanı sakitləşir. 

Qabırğa arası nevralgiya

Digər ağrılar qabırğa arası nevralgiya ağrılarıdır. Bu ağrılar zamanı xəstələr ağrının xarakterini sancı şəkilli, deşici şəkilli olduğunu ifadə edirlər və ürək ağrılarından fərqli olaraq burada hərəkətdən asılı olur. Dərin nəfəs alma və hərəkət zamanı ağrılar kəskinləşir. Və ya xəstə müəyyən bir məcburi vəziyyət alaraq ağrını bir qədər yüngülləşdirməyə çalışır. Və ağrıkəsici preparatların təsirindən ağrılar sakitləşir. 

Sinir ağrıları

Digər ağrılar, əsasən, gənc yaşlı insanlarda rast gəlinir. Bu ağrılar sinir ağrılarıdır. Bu zaman xəstələr ağrını bir barmağı ilə ürək nahiyəsində bir və bir neçə nöqtədə göstərirlər və ağrılar sancı şəkilli olur. Bu ağrılar ağrıkəsici preparatların qəbulundan deyil, sakitləşdirici preparatların qəbulundan sonra yüngülləşir. 

Əzələ ağrıları

Digər ağrılar sinir ağrıları, əzələ ağrılarıdır ki, bu zaman palpasiya etdikdə (təzyiq etdikdə) ağrı nöqtələri aşkarlanır. 

Osteoxodroz ağrıları

Yaşlı insanlarda baş verən ağrılar, əsasən, osteoxondroz ağrılarıdır. Bu ağrılar onurğanın döş şöbəsinin osteoxondrozu zamanı müşahidə olunur. Və ağrı küt şəklində sıxıcı ağrılar kimi xarakterizə olunur. Ağrıkəsicilərin təsirindən ağrılar sakitləşir. Ancaq yaddan çıxarmaq lazım deyil ki, yaşlı insanlarda, eyni zamanda həm osteoxondroz, həm miozit, həm nevrit olmaqla yanaşı, ürək problemləri də ola bilər. Stenokardiya, miokard infarktıola bilər. Yaşlı insanlarda daha ətraflı differensasiya etmək lazımdır. 

Hamilə qadınlar isə ürək nahiyəsində olan ağrılara görə heç bir preparat qəbul etmədən həkimə müraciət etməlidirlər. 

Ürək nahiyəsində olan hər bir ağrı zamanı vaxtında differensasiya edib diaqnoz qoymağa gecikməyin. 

Dr.Sevinc Əhmədova, Terapevt

20 replies on “Ürək nahiyəsində olan ağrılar”

Salam Sevinç hekim mənim 16 yasım var ve ureyimde agrilar var esasende geceler olur bu ağrılar rengi nefeslik nefes ala bilmemek kimi problemler olur.Gece yatdigim yerde iki saniyəlik ureyim iki defe çox güçlü heddinden artig güçlü döyündü yəni belə deyil iki defe çox mohkem atdı ve nefesim kesilen kimi oldu ağzım və üzüm keylesdi bədənim əsdi bu güçlü urey döyüntüleri nadir hallarda olurdu cəmi iki saniyə cekirdi sora normal şekilde ureyim doyunurdu ama son zamanlar artıb ve ne edeceğimi bilmirəm

Salam hekim mənim 16 yaşım var və ureyimde agrilar olur əsasən geceler təngi nəfəslik nefes ala bilmemek kimi problemler olur.Mende bele bir problem varki arada nadir hallarda olur ureyim iki saniyəlik heddinden artig Cox tez döyünür güçlü iki saniyə çəkir cəmi.gece yatanda ureyim yene bele oldu daha güclü ama agzım ve üzüm keyləşdi.Öncələr bu nadir hallarda olurdu ama indi tez tez olur və bunun üçün ne edeceyimi bilmirəm

Salam. Ürək nahiyəsində bu tip ağrılar daha çox sinir sistemi ilə bağlı olur. Lakin, aritmiyanı dəqiq dəyərləndirmək üçün ən azından EKQ müayinə olunsanız daha yaxşı olar. Buyurub müraciət edə bilərsiz.
Dr Sevinc Əhmədova, Terapevt

Salam. Ürək nahiyəsində bu tip ağrılar daha çox sinir sistemi ilə bağlı olur. Lakin, aritmiyanı dəqiq dəyərləndirmək üçün ən azından EKQ müayinə olunsanız daha yaxşı olar. Buyurub müraciət edə bilərsiz.
Dr Sevinc Əhmədova, Terapevt

Salam mənin 20 yaşım var ürəyimdə ağrılar olur kürəyimin arxası və dirsək hətta barmaqda da olur.Nə edə bilərəm

Salam. Çox guman şikayətləriniz sinir sistemi ilə əlaqəlidir. Amma istəsəniz yaxınlaşıb EKQ oluna bilərsiniz, vəziyyəti daha düzgün dəyərləndirək.
Dr Sevinc Əhmədova, Terapevt

Salam, doktur menim ureyimin arxa hissesinde deshici agri olur sanki, ve bu agri kecmir, her gun agri menledir, bu urek agrisi ola bilermi? Dirsekden ashagi esasda bash barmagim bezen keyiyir

Salam doktor.7 ilə yaxındır ki, sol tərəfimdə olan ağrılar həyatımı cəhənnəmə döndərib.Bəlkə də hər ay iki üç dəfə kardioqram çəkdirirəm və kardioloqa göstərirəm.Həkm deyir ürək problemin yoxdur .Belə ki, əvvəlcə sol biləkdə ağrı olur,sonra barmaqlarımın oynaq hissələri, dirsəyin bükəcəyi, çiyin bağları və sol kürəkdə yandırıcı, deşici ağrı olur.Bəzən mənə elə gəlir ki sol kürəkdə damarın içərisində nəsə gəzir.Loru dillə desək gizildəyir.Arada bu ağrılar fonunda mədə qıcqırması və xırda təziq də olur.Sol qolumla ağır nəyisə götürə bilmirəm.Bütün bunlar məndə daima ölüm qorxusu və diskanfort yaradır.Siz nə məsləhət görərdiniz doktor?

Salam, şikayətlərinizə əsasən çox güman ki, probleminiz boyun səviyyəsində sinirdən qaynaqlanır, ürəklə əlaqəsi yoxdur. Buyurun gəlin, probleminizi dəqiqləşdirək.
Dr Sevinc Əhmədova, Terapevt

Salam Nigar xanım, ürək nahiyəsində bir nöqtəyə iynə batırmış kimi, xəncər batırmış kimi ağrılar çox zaman sinir mənşəli olur. Lakin sizi çox narahat edirsə, müayinə üçün buyurub gələ bilərsiz.
Dr Sevinc Əhmədova, Terapevt

Salam doktor.7 il əvvəl qəfil bir xəbər aldım və diksindim.Ürəy üstündə məndə ağrı yarandı.Həkimə getdim dedi ki sinirdi, ya əzələ ağrısıdı, ürək ağrısı deyil.Ağrı öncə sol biləkdən tutur bütün barmaq oynaqlarına, dirsəyin bükəcəyinə, sol çiyin bağları və sol kürəkdə bir nöqtədə daima deşici, yandırıcı ağrı.Bəzən mənə elə gəlir ki həmin yerdə damarın içərisində qarışqa gəzir.Ayda iki dəfə kardioqram çəkdirirəm.Kardioloq baxır deyir ürəkdə prablem yoxdu.7 ildi həyatım cəhənnəmə dönüb doktor.Daima ağrı və diskamfort hissi.Həmişə elə bilirəm ki öləcəm və bu qorxu ilə yaşıyıram.Sizcə bu ağrılar nədən ola bilər ?Xahiş edirəm fikir bildirərdiniz

Salam, şikayətlərinizə əsasən çox güman ki, probleminiz boyun səviyyəsində sinirdən qaynaqlanır, urəklə əlaqəsi yoxdur. Buyurun gəlin, probleminizi dəqiqləşdirək.
Dr Sevinc Əhmədova, Terapevt

Salam doktor men ariqladici bir cofe içirəm bu cofeni icmeye basliyanda narahat oluram sanki havadayam uçuram ve üç gün içəndən sora sol tərəfdən kürək nahiyəsində agri olur qolumada verir ağrı bu halda urəyimdə problem ola biler?

Salam men arıqladıcı kofe içmeye başladım və başladığım gündən qəribə şəkildə narahatlıq his edirəm özümdə sanki uçuram havada elə birdə üç gün icenden sonra üçüncü günde urəyin arxa terefində agri qolda agri keyime kimi problemler oldu burda urəkdə nəsə problem ola bilər?

Salam Nigar xanım, ürək nahiyəsində bir nöqtəyə iynə batırmış kimi, xəncər batırmış kimi ağrılar çox zaman sinir mənşəli olur. Lakin sizi çox narahat edirsə, müayinə üçün buyurub gələ bilərsiz.
Dr Sevinc Əhmədova, Terapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir