Kateqoriyalar
Hematologiya

Limfoma nədir, necə yaranır?

Ağ qanın bir komponenti olan, bir növü olan limfositlərin formalarını dəyişərək kontrolsuz şəkildə artıb-çoxalıb limfatik orqanlarda, limfa düyünlərində, dalaqda, “thymus”da, “waldeyer” həlqəsində, peyer plaklarında və ekstralimfatik orqanlarda, məsələn: mədə, bağırsaq, ağciyər, qaraciyər, beyin, sümük, dəridə toplanması nəticəsində yaranan onkoloji xəstəlikdir. 

Limfoma nədən yaranır?

Bu xəstəlik nədən yaranır, tam bilinməsə belə, səbəb ola biləcək faktorlar arasında əksər insanlarda mədədə rast gəlinən helikobakter pilori dediyimiz infeksiya səbəb ola bilər. Eləcə də Hepatit C virusu səbəb ola bilər, Epşteyn-Barr virusu səbəb ola bilər, insan linfotrafik virusu səbəb ola bilər, QİÇS virusu səbəb ola bilər, radiasiya, immun sistemin aşağı olması… Və daha çox deyərdim ki, rast gəlinmə səbəblərindən biri də pestisidlərdir. Yəni bu kənd təsərrüfatında çalışan insanlarda da ola bilər və ya meyvə, tərəvəzdən istifadə edən hamıda, əgər yaxşı yuyulmasa, pestisidlər qidalarda qaldıqda, bunlar da limfoma, leykoz kimi digər onkoloji xəstəliklər də yarada bilirlər. 

Limfomanın əlamətləri nələrdir?

Bu xəstələrin əlamətləri nə olur? 

Böyümüş limfa düyünləri olur. Bu limfa düyünləri ağrısız və hərəkətsiz olur. Çox insanlarda limfa düyünləri böyüdükdə panikaya düşürlər. Ancaq əgər hərəkətlidirsə və ağrılıdırsa, bu daha çox limfa düyünlərin infeksion mənşəli iltihabı xəstəliyidir və qorxmağa ehtiyac yoxdur deməkdir. Ancaq hərəkətsiz və ağrısızdırsa, artıq bir həkim konsultasiyası lazım olur. 

Eləcə də gün ərzində qalxıb enən qızdırma ola bilər. Gecə massiv tərləmə ola bilər əlamətlərdən. 6 ay ərzində 10 faizdən artıq çəkinin itirilməsi ola bilər. Bunlara biz B simptomları deyirik. Əgər bunlar varsa, limfomadan şübhələnmək olar. 

Limfomanın diaqnozu necə qoyulur?

Ümumiyyətlə, limfoma diaqnozunu qoymaq üçün həmin o böyümüş limfa düyünündən və ya limfatik orqandan və ya ekstralimfatik orqandan, həmin toxumanın bir hissəsinin və ya tamamilə çıxarılaraq biopsiyaya verilməsi ilə qoyuruq diaqnozu. 

Xəstəliyin mərhələsini isə kompyuter tomoqrafiya və ya PET/KT dediyimiz üsulla bilirik. Əgər xəstədə bir limfa düyünü və ya limfatik orqan tutulmuşsa, birinci mərhələdir, yox, diafraqmanın (diafraqma bildiyiniz kimi döş qəfəsi ilə qarın boşluğunu bir-birindən ayıran əzələ və orqandır) bir tərəfində sadəcə birdən artıq limfa düyünü və limfatik orqan tutulumu varsa, ikinci mərhələ, hər iki tərəfində tutulum varsa, üçüncü mərhələ, qaraciyər, sümük tutulumu varsa, artıq dördüncü mərhələdir. 

Bu xəstəliyin proqnozu xəstəliyin mərhələsinə əsasən, təbii ki, müəyyən edilir. Və xəstənin yaşı, cinsi və  limfomanın hansı növü olmasından asılıdır. 

Limfomanın növləri hansılardır?

Limfomanı, ümumiyyətlə, iki qrupa ayırırıq biz: xoçkin və qeyri-xoçkin limfomalar. 

Bunlar bir-birindən nə ilə fərqlənirlər? Limfositlərin quruluşuna görə fərqlənirlər. Xoçkin limfomasında “red sternberg” hüceyrələri olur. Yəni bu linfasitlərdə birdən artıq nüvə olur. Və bu xəstələrin proqnozu qeyri-xoçkinlin formalara nisbətən daha xoş olur. Bu xəstələrin proqnozunu bilmək üçün yenə xəstəliyin mərhələsi, xəstənin yaşı, cinsi, hemoqlabinin, leykositin, limfositin, albuminin miqdarı nəzərə alınır. Amma qeyri-xoçkin linfomada xəstənin bundan əlavə performans vəziyyətinə baxırıq, LDH-na baxırıq. Və ümumiyyətlə, bütün onkoloji xəstəliklər içərisində deyərdim ki, nisbətən daha xoş gedişli olan linfomalardır. Və bunun da vaxtında aşkarlanması, erkən mərhələdə aşkarlanması ilə müalicəyə daha yaxşı cavab əldə etmək mümkündür.  

Limfomanın müalicəsi necə aparılır?

Müalicədə nədən istifadə olunur? Kimyaterapiyadan, radioterapiyadan, yəni şua terapiyasından və immunoterapiyadan istifadə olunur. Və bu müalicələr nəticəsində xəstədə həm erkən mərhələdə aşkarlanarsa, həm aqressiv forması olmazsa və hər orqanizm fərdidir deyə orqanizmə uyğun müalicə seçilərsə, 20 il və daha uzun müddət yaşam gözlənilir. Yəni bunun üçün də vaxtında müraciət etmək, xəstəliyi kontrol altında saxlamaq lazımdır. 

Dr.Minurə Abışova, Hematoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir