Kateqoriyalar
Psixoterapiya

Uşağı neçə yaşında məktəbə qoyaq?

Ailələrimizi narahat edən mövzulardan biri də: “Uşağımız 6 yaşındamı, yoxsa 7 yaşında məktəbə qoyulmalıdır?” Lakin daha çox fikir verdikləri hissə intellektual hazırlığın olmasıdır. Uşağımız IQ cəhətdən, zəka baxımından məktəbə hazır olub-olmadığı müəyyən olunur və buna uyğun da məktəbə qoyulur. 

Təkcə intellektual hazırlığın olması yetərlidirmi?

Bir uşağın məktəbə hazır olması üçün intellektual hazırlıq, emosional iradə hazırlıq, sosial şəxsiyyətin formalaşması və motivasiyalı hazırlığına diqqət yetirmək lazımdır. Emosional iradə hazırlıq, bir uşağımızın çətin vəziyyətdə özünü idarə edə bilməsi və çətinliklərin öhdəsindən gələ bilməsini nəzərdə tuturuq. Bəzi uşaqlarımız evdə görmədiyi situasiyaları məktəbdə gördüyü zaman bir travma yaşamış olurlar və buna görə də məktəbə getməyə çətinlik çəkirlər. 

Məktəbə adaptasiya problemi yaşayan uşaqlar

Bəzən valideynlərimiz: “2-3 həftədir uşağım məktəbə gedir. Lakin hələ də ağlayır. Adaptasiya ola bilmir.” deyə müraciət edirlər. Lakin bilməliyik ki, adaptasiya prosesi 1 ilə 3 ay ərzində dəyişir. Burada əhəmiyyət verməli olduğumuz hissə isə uşağın bağçaya getmişdimi və yeni şeylərə, ümumiyyətlə, necə adaptasiya olunur? Yeni evə, əgər köçmə kimi vəziyyəti varsa, yeni bağçaya, yeni sinifə… Ümumiyyətlə, bu uşaq adaptasiyanı öz həyatında necə keçirdir? Çətin bir adaptasiya olan uşaqdırmı, yoxsa rahatlıqla yeni şeylərə adaptasiya ola bilirmi? 

Nə zaman psixoloqa müaraciət etmək lazımdır?

Əgər uşağınız məktəbə gedərkən: şiddətli şəkildə ağlayırsa, qarın ağrıları, baş ağrıları, ürəkbulanma, altını islatma kimi hallarla qarşılaşırsınızsa, psixoloqa aparmaq da məsləhət görülür. 

Öncə psixoloq uşağınızın məktəbə hazır olub-olmadığını ölçür. Əgər uşağınız məktəbə hazırdırsa, sadəcə başqasına güvənməkdə, kollektiv içərisində emosional olaraq özünü idarə etməkdə çətinlik çəkirsə, bunun üzərində bir psixoterapiya qurulur və bu psixoterapiyanı keçəndən sonra rahatlıqla məktəbə getməyini məsləhət görürük. 

Ayşən Rəfiyeva, Psixoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir