Valideynləri çox narahat edən mövzulardan biri də uşalarda immunitetdir. İmmunitet nəyə xidmət edir? Sadə dildə desək orqanizmə daxil olan bakteriya və viruslardan, yaranacaq xəstəliklərdən bizi qoruyur və mübarizə aparır. Bizi qoruyan bir mexanizmdir immunitet. Valideyinlərin ən çox verdiyi sual: “Doktor bizim uşağın immuniteti aşağıdır və mən ona immuniteti qaldırıcı bir dərman vermək istəyirəm”. Ümumiyyətlə, elə…
Süd vəzisinin iltihabi xəstəlikləri süd vəzisinin dərisinin qızarması ilə, eriteması ilə, eyni zamanda bəzən süd vəzisinin ağrıması ilə müşahidə olunan xəstəliklərdir. Süd vəzisinin iltihabi xəstəlikləri süd vəzisinin dərisinin xəstəlikləri, hansı ki, bu xəstəliklər süd vəzisinin dərisində olan tük kökünün iltihabı olan foluklit dediyimiz və ya fronkul dediyimiz xəstəlik, qızılyel dediyimiz xəstəlik və s. şəklində iltihabi…
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokollarına əsasən hər bir insan heç bir şikayəti olmasa belə 45-50 yaşın üzərində mütləq endoskopik müayinələrdən, qastroskopiya və kolonoskopiya müayinəsindən keçməlidir. Nəyə görə bu belədir? Çünki, poliplər dediyimiz xoşxassəli törəmələr var ki, və yaxud hər hansı xoralar, xərçəngləşmə riski olan xoralar, ilkin etapda aşkarlandıqda bunların demək polipektomiya vasitəsilə və yaxud xoraları…
Dərman allergiyaları Hər hansı bir dərmanı təyin etdikdə onun arzu olunmaz, istəyimizdən kənar olan əlamətlərinin ortaya çıxmasıdır. Dərman allergiyalarının hər bir orqana xas xüsusiyyətləri, əlamətləri vardır və multi-orqan, sistematik əlamətləri olur. Orqana xas əlamətlərini – dəri əlamətlərini nəzərinizə çatdırmaq istəyirəm ki, bu əlamətlər dəridə övrə və anjioödem şəklində özünü göstərən IgE vasitəsilə, yəni IgE-nin qanda…
Xalq arasında infarkt dediyimiz xəstəlik əslində tam tibbi adı miokard infarktıdır və bu xəstəlik ürəyi qidalandıran arteriaların tıxanması nəticəsində ortaya çıxır. Ürəyi qidalandıran arterialar tıxanır və ürəyin qidalanması pozulur, nəticədə də ürək əzələsində xəsarətlər ortaya çıxır. İnsanlar yaşa dolduqca ürəyin damarlarında, damar divarlarında xolesterin və yağ yığılır. Bu yığılmalar plak dediyimiz strukturları əmələ gətirir. Bu…
Qadınlarda sidikqaçırma problemi daha çox 35 yaşın üzərindəki xanımlarda görülür. Biz soruşsaq ki, hər xanımda görülürmü? Əksər xanımlarda cavab əlbəttə ki “xeyr” olacaqdır. Ancaq bu biraz məhrəm mövzu olduğu üçün bizim əksər xanımlar, analarımız bu problemi öz övladlarına belə danışmaqdan çəkinir. Bu daha çox sorğu nəticəsində, anamnez toplarkən bəlli olur ki, əslində qadınların, özəlliklə normal…
İndiki dövrdə qida pozuntuları hər bir yaş qrupunda rast gəlinə bilər. Əsasən bu yeniyetmələr, gənc qızlar, gənc oğlanlar və yetkinlər arasında rast gəlinir. Sosial şəbəkələrin inkişafı ilə paralel olaraq bizim özümüz haqda təsəvvürümüz də formalaşır. Əlbəttə ki, ideala bənzəmək istəyi, hər hansısa bir ulduza bənzəmək istəyi bizdə öz bədənimizin qavramasında problemlər yaradır. Bu problemlər qida…
Qadınlarda ən çox rast gəlinən və bizə olunan əksər müraciət problemlərindən biri Endometriozis xəstəliyidir. Endometriozis xəstəliyi endometrial vəzilərin stromanın uşaqlıq xaricinə çıxması ilə biruzə verən bir xəstəlikdir. Ümumiyyətlə bu xəstəlik gənc yaşlıların xəstəliyidir, çünki estrogen hormonuna bağlı olan xəstəlikdir və estrogen hormonu klimakterik dövrdə azaldığı üçün bu xəstəlik də adətən menopauzadan sonra öz-özünə geriləyən bir…
Ovulyasiya folikulun yetişib partlaması deməkdir. Yetişmiş yumurta hüceyrenin partlamış folikuldan xaricə atılması ilə ovulyasiya baş verir. Bu müddətdə də uşaqlıq daxilində hormonal dəyişikliklər baş verir. Ovulyasiyada xaricə atılan yumurta hüceyrə fallop borusu ilə irəliyərək sperm ilə mayalanır və döllənmiş yumurta uşaqlıq daxilinə yerləşir. Boruda hərəkət və mayalanmış yumurta hüceyrənin irəliləməsində problem olarsa hamiləlik boruda inkişaf…
Hb Güven klinikasında qurulan İnfeksiyon Kontrol Komitəsinin ilk seminarı keçirildi. Seminarda İnfeksiyon Kontrol Komitəsinin iş prinsipi, dezinfeksiya, əl gigiyenası, xəstəxanadaxili infeksiya, bundan qorunma metodları, tibb bacıları üçün doğru kultura alma qaydaları və vacibliyi haqqında müzakirələr aparıldı.
Son Şərhlər