Kateqoriyalar
Laboratoriya

Faringit zamanı analizlər

Faringit klinisist həkimlərin günlük praktikalarında sıx qarşılaşdıqları klinik tablodur. 

Xüsusilə, qış aylarında və yaz aylarında daha sıx görülür. Əsas boğaz ağrısı ilə, udqunma zamanı narahatlıq, limfa düyünlərində şişkinlik və bəzən hərarətin yüksəlməsi kimiklinik əlamətlərlə özünü göstərə bilər.

Lakin bu klinik əlamətlərə əsasən biz xəstədə törədicinin viral və yaxud da bakterial olduğunu aydınlaşdıra bilmirik. Bunun üçün köməyimizə laborator analizlər gəlir. 

Faringitlərin törədiciləri arasında 70-80% hallarda törədici viruslardır. Bunlara biz koronavirusları, rino virusları misal göstərə bilərik. Bakteriyalar 10-20% hallarda törədicidirlər ki, və bu törədicilər arasında 90 % hallarda törədici A qrup beta hemalitik streptokoklardır. 

Törədicilər necə müəyyən olunur?

A qrupbeta hemalitik streptokokların təyini əsas iki test vasitəsilə həyata keçirilir. Sürətli antigen olaraq adlandırdığımız Strep A testi və əsnəyin kultivasiyasıdır. Hər iki test zamanı heç bir hazırlığa ehtiyac yoxdur. Və xəstə laboratoriyaya daxil olaraq steril tampon vasitəsilə xəstənin ağız içinə toxundurmamaq şərtilə badamcıqlardan və udlağın arxa divarından nümunə götürülür. 

Strep A testi

Sürətli antigen testi bir immunoloji testdir və bu zaman xəstənin nəticəsi 20 dəqiqə müddətində çıxmış olur. Nəticə pozitiv olarsa, xəstə yoluxucu hesab olunur və antibiotikə başlaya bilər. Və antibiotikin qəbulu mütləq şəkildə həkim tərəfindən həyata keçirilməlidir. Çünki həkim antibiotiki xəstənin yaşına, çəkisinə və xəstəliyin ağırlığına əsasən təyin edir. Və yaxşı olar ki, düzgün olar ki, testin nəticəsi çıxmamış antibiotik qəbulu başlanılmasın. Çünki faringitlərin törədiciləri arasında viruslar öncə də dediyimiz kimi, 70-80% hallarda törədici viruslardır. Və qəbul etdiyimiz antibiotiklər yalnız bakteriyalara təsir etdiyini nəzərə alsaq törədici virus olarsa, bunun heç bir əhəmiyyəti olmayacaq və xəstənin vəziyyəti düzəlməz. Əksinə gələcəkdə daha davamlılıq yaranmasına səbəb olarıq. Bu səbəbdən antibiotik qəbulu yalnız həkimin nəzarəti altında keçirilməlidir. 

Testin nəticəsi çıxdığı andan xəstə yoluxucu hesab olunur və antibiotik qəbulundan 24 saat keçdikdən sonra yoluxuculuq azalır. Xəstədə nəticə neqativ çıxarsa, bu həkim daha irəli bir test istəyə bilər. Bu isə əsnəyin kultivasiyasıdır. Və əsnəyin kultivasiyası “streptococcus pyogenes”in təyinində qızıl standart hesab olunur, daha güvənilir bir metod hesab olunur. 

Əsnəyin kultivasiyası

Strep A testi pozitiv çıxarsa, nəticə heç bir testlə təsdiqləməyə ehtiyac yoxdur. Neqativ çıxarsa, əsnəyin kultivasiyası ilə təsdiqlənməlidir. Xüsusilə, 5-15 yaşlı uşaqlar arasında. Çünki 5-15 yaşlı uşaqlar arasında çox nadir də olsa kəskin qlomerulonefrit və yaxud da revmatizm kimi ağırlaşmalara qədər gətirib çıxara bilər. Bu səbəbdən bu bakteriyanı təyin etmək çox önəmlidir. 

Yetişkin insanlarda isə yalnız həkimin istəyi olarsa, əsnəyin kultivasiyası ilə təsdiqlənə bilər. Əks halda yetişkin insanlarda streptokokal infeksiyalar görülmür. Əsnəyin kultivasiyası daha güvənli bir yöntəmdir. Sadəcə cavablar 24-48 saata qədər uzana bilər. Qızıl standart hesab olunur streptokokların təyinində. 

Törədici nə qədər erkən təyin olunarsa, xəstəliyin yayılma riski aşağı salmış olarıq və pasiyentin məktəbə və yaxud da iş həyatına geri dönməyi daha tezləşər. 

Dr.Sədinə Tağıyeva, Klinik mikrobioloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir