Kateqoriyalar
Cərrahiyyə

Anal çatlar

Anal çatlar “dentate line”dan “anal verge”ə qədər uzanan linear yırtıqlardır, mukoza yırtıqlarıdır. Bunlar, adətən, qan dövranı çox zəif olan anusun arxa divarında, posterior divarda və doğum eliyən qadınlarda anterior divarda görülür. Bəzən də atipik olan lateral divarda olan çatlar da olur. 

Xəstələr, adətən, tualetdə çox şiddətli, “şüşə kəsər kimi” ağrı ifadə edirlər və nəcis kütləsinə bulaşmış təzə qırmızı qanın olduğunu ifadə edirlər. Bununla bərabər olaraq çox zaman xroniki dönəmdə anal çatı olan xəstələr, anal bölgədə islanma və qaşıntı şikayətləri də gəlirlər. Çox özəl bölgə olduğu üçün çox zaman xəstələr həkimə müraciət etməyə çəkinirlər və evdə özləri hər hansı üsullar istifadə edərək bundan qurtulmağa çalışırlar. 

Ümumiyyətlə, qeyd etmək istərdim ki, anal çatların əmələ gəlməsində qəbizlik başlıca səbəblərdəndir.  Belə ki, nəcis kütləsinin bərkiməsi nəticəsində gedərək selikli qişanı yırtır və uzun dönəmdə selikli qışa yırtıqları artıq çatlara səbəb olur. Bunlar da şiddətli ağrı ilə özünü biruzə verir. 

Qəbizliklə bərabər ishal da xəstələrdə anal çatlara səbəb olur. Və yaxud keçirilmiş travmalar, anorektal bölgədəki əməliyyatlar, qadınlarda doğum aktı eyni zamanda anteriorda, yəni ön divarda çatlara səbəb ola bilir. 

Xəstələrimiz müraciət etdikdə şiddətli ağrının olduğunu ifadə edirlər və qanın olduğunu ifadə edirlər nəcis kütləsinin içərisində.

Mütləq premyer xəstəlik araşdırılmalıdır

Burada bir çoxsəbəblər araşdırılmalıdır. Özəlliklə, çox diqqətli olmalı vəziyyətlərdən biri də anorektal xərçənglərdir. Çünki anorektal xərçənglər də oxşar simptomla gələ bilir. Ona görə də xəstələrin çox diqqətli olması və mütləq ixtisaslı həkimə müraciət etməsi lazımdır. 

Ümumiyyətlə, çatlar dedik, tipik olaraq anterior, yəni ön divarda və arxa divarda yerləşirlər və lateral divarda yerləşənlər başqa xəstəlikləri düşündürür. Siflis, HIV, vərəm, ya da kron xəstəliyi alta çıxa bilər. Mütləq premyer xəstəlik araşdırılmalıdır. 

Akut dediyimiz, erkən dönəm, altı həftənin altındakı çatlardır. Bunlar, adətən, medikametoz müalicəyə cavab verirlər. Xroniki dönəm çatlar isə daha bir az bizim işimizi çətinləşdirir. Çünki bu dönəmdəki çatlar ətrafında fibrotik toxuma əmələ gəlmişdir. Hipertrofik papilla vardır, “sentinel pile” yaranır və bunların artıq cərrahi müdaxiləsi gərəklidir. Beləcə, adətən, akut dönəmdəki çatlarda xəstələrə biz topikal dərman vasitələri yazırıq. Yəni bunlar arasında nitrat kremləri çox geniş istifadə olunur. Onun yanında eyni zamanda istifadə olunan kalsium kanal blokatorları, diltiazem, nifedipin kimi və bəzən kortizollu kremlərdən xəstələr fayda görür. Adətən, botilinumtoksin injeksiyası cərrahi öncəsi edilən bir prosedur olub, qaz və nəcis qaçırma faizləri burda daha azdır. 

Anal çatın yaranmasının əsas səbəbi intern anal sfinkterin, yəni daxili sfinkterdəki təzyiqin yüksək olmasıdır. Yəni normalda 40 mm civə sütunu olmalı olan təzyiqin daha yüksək olmasıdır. Bu səbəblə də orada biz birbaşa batilinum toksindən internal anal sfinkterdə, onu paralizə edərək rahatlaşmağını təmin edirik. 

Başqa bir vasitə də xroniki dönəmdə yenə xəstələrin baş vuracağı lateral internal sfinkteratomiyadır. Bu da yenə xəstəxana şəraitində, əməliyyatxanada epidural anesteziya altında edilə bilən bir prosedurdur və xəstələr bundan da çox fayda görürlər. Batilinum toksinlə yanaşı xəstələrə lateral internal sfinkteratomiyada edilir. Bəzən də flep çevrilir. Anocutaneous fleplər çevrilir V-Y fleplər və rotasional flepler və digər fleplər çevrilə bilər. Bunları da, adətən, biz mütləq öncədən anal kanala bir anal monometriya edilməsi lazımdır ki, internal sfinkterin tonusunu yoxlayaq. Əgər atonikdirsə, o zaman biz anal flepləri daha çox istifadə edirik. Yəni bu tamamilə cərrahın verəcəyi əməliyyatın gedişatı sırasında, ya da xəstənin xəstəliyinin təkrarlanmalarını göz önündə saxlayaraq cərrahın verəcəyi qərardır. 

Xəstələrə tövsiyəm o olardı ki, bəhs etdiyim səbəblər varsa, şikayətlər varsa, mütləq ixtisaslı həkimə müraciət etsinlər ki, altda yatan səbəb diqqətli bir şəkildə araşdırılsın. 

Uzman Dr.Günel Məmmədova, Ümumi cərrah, mammoloq-onkoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir