Kateqoriyalar
Kosmetologiya

Botoks və dolğu nə ilə fərqlənir?

Hər bir xanım gözəlliyinin və cavanlığının daimi olmasını arzulayır. Bunun üçün də estetik kosmetologiyada müxtəlif prosedurlar, manipulyasiyalar vardır. Lakin son illər ərzində botoks ve dolğu proseduru daha geniş istifadə olunur. Nədir bu prosedurları belə məşhur edən?  Gəlin əvvəlcə bu 2 prosedurun oxşar cəhətləri haqqında danışaq, sonra isə fərqlərini müzakirə edərik. Oxşar cəhətləri hər 2 prosedurun […]

Kateqoriyalar
Ginekologiya

Menopauza

Menopauza insan həyatında fizioloji dövrdür. Sadəcə həyatımızın başqa bir dövrün bitdiyini, başqa bir dövrün başladığını göstərir.  Ümumiyyətlə, menopoz deyə bilməyimiz üçün ən az 1 il, 12 ay heç aybaşı qanaması görməməlidir qadın. 1 il heç görmədiyinidə biz o zaman deyirik ki, bu qadın menopauza  girmişdir.  Əlbəttə ki, burada yaş faktoru önəmlidir, genetik faktorlar önəmlidir. Bütün […]

Kateqoriyalar
USM

Qaraciyərin elastoqrafiyası

Qaraciyərin elastoqrafiyası müasir ultrasəs müayinə metodu olub, qaraciyərin toxumasının sərtliyini yoxlanmasına əsaslanır. Bildiyimiz kimi qaraciyərin toxuması yumşaq toxumadır və 4,5 kPa qədər olmalıdır. Lakin bir çox xəstəliklər zamanı, əsasən də hepatitlər, autoimmun hepatitlər, Gilbert sindromu, hepatosteatozlar və mütəmadi olaraq alkoqol qəbulu zamanı qaraciyər toxumasının sərtliyi artmış olur və bu zaman fibroz əmələ gəlir. Vaxtında, erkən […]

Kateqoriyalar
Kardiologiya

Miokard infarktın müalicəsi

Daha öncə miokard infarkt əlamətləri hiss edən pasiyentlərimizin ev şəraitində nələr edə biləcəkləri haqqında məlumat bölüşmüşdük. Bu dəfə isə, miokard infarktın xəstəxana şəraitində diaqnozu və müalicəsi haqqında danışırıq. Həm mövzunun davamı olması etibari ilə, həm də bu sahədə son zamanlarda, son illərdə çox yeniliklər olub tibbi cəhətdən və artıq tamamən fərqli bir müalicə yolu izlənilir […]

Kateqoriyalar
Revmatologiya

Podaqra daha çox kimlərdə rast gəlinir?

Podaqra xəstəliyi nədir? Hanı Kimlərdə daha çox rast gəlir? Yayılması nə qədərdir dünyada? Podaqra xəstəliyi bədəndə Purin mübadiləsinin pozulması nəticəsində sidik turşusu toplanmasıdır. Ən çox kişilərdə rast gəlirik. Qadınlara nisbətən 2-3 dəfə çox rast gəlirik kişilərdə. Daha çox inkişaf etmiş ölkələrin populyasiyada yayılması faizi 1 faizə qədərdir. Ən çox rast gəlirik 65 yaşın üzərində, yaş […]

Kateqoriyalar
Endokrinologiya

Şəkərli diabet Tip 1 müalicəsində insulin istifadəsi

Şəkərli diabet tip 1 müalicəsində insulin müalicəsi əvəz olunmazdır. Çünki bu xəstələrdə insulin hormonu bədəndə çatmır və müalicə insulin hormonunu yerinə qoymaqla aparılır. Bizim ölkəmizdə istifadə olunan insulin müalicəsi inyeksiya şəklində dəri altına istifadə olunan insulin müalicəsidir. Düzdür, bəzi təcili hallarda, ağır hallarda həkimin nəzarəti altında insulin əzələdaxili və yaxud da venadaxili belə istifadə oluna […]

Kateqoriyalar
İnfeksion xəstəliklər şöbəsi

COVID-19 peyvəndindən sonra immunitet qazanılması necə yoxlanılır?

İnsan orqanizmində bəzi viruslara qarşı, eləcə də COVID-19 virusuna qarşı daha çox 2 tip anticism əmələ gəlir. Bunlar İmmunoqlobulin G və İmmunoqlobulin M anticisimləridir. İmmunoqlobulin M anticismi qoruyucu deyildir. Xəstəliyin daha çox 7-10-cu günündən sonra qanda pozitivləşməyə başlayır. İmmunoqlobulin G anticismi isə xəstəliyin daha çox 14-cü günündən sonra qanda pozitivləşməyə başlayır və biz bunu qoruyucu […]

Kateqoriyalar
İnfeksion xəstəliklər şöbəsi

COVID19 Peyvəndi

Biz niyə Çin istehsalı peyvənd alırıq? Peyvəndlərin saxlama şəraiti Azərbaycan COVID19-a qarşı Çin istehsalı olan “Sinovac” peyvəndi tətbiq edir. “Sinovac”ın saxlama şəraiti standartdır. Soyuducu istiliyində: 2-8°C arası temperaturda olmalıdır. Ona görə də poliklinikaların soyuducu varsa orada, ya da xüsusi qabda saxlanıla bilər. Onsuz da hamı bu qablardan alır. O qabların içində buz qoyulur, yəni soyudur.  […]

Kateqoriyalar
Stomatologiya

Dental implantın üstünlükləri nələrdir?

Dental implantlarının üstünlüklərindən biri odur ki, çənə sümüyünü mühafizə edir. Yəni dişin özü və yaxud da dental implant olduğu zaman implant ətrafı, implant nahiyəsindəki sümüklər mühafizə olunur. Çünki implant o sümüyü saxlaya bilir. Ondan əlavə çeynəmə qabiliyyəti çox yüksək olur pasiyentlərdə. Taxılıb çıxarılan protezlə implantın çeynəmə qabiliyyəti arasında, haradasa, iki dəfə fərq var. Protezlə bir […]

Kateqoriyalar
Psixoterapiya

Psixoterapevtə nə zaman müraciət etməliyik?

İnsanların verdiyi suallardan biri də odur ki, psixoterapevt kimdir, nə zaman ona müraciət etməliyik və ümumiyyətlə, bizə necə yardım edə bilər? Bilirik ki, indiki zamanda psixoloji problemlər, psixatrik pozuntular və ümumiyyətlə, stres bizim cəmiyyətdə o qədər yayılıb ki, hər bir insanın yardıma, dəstəyə ehtiyacı var. Psixoterapiya nədir? Psixoterapiya dərman, yəni farmakoloji üsullarla yan-yana gedən, psixoloji […]