Kateqoriyalar
Kardiologiya

Miokard infarktın müalicəsi

Daha öncə miokard infarkt əlamətləri hiss edən pasiyentlərimizin ev şəraitində nələr edə biləcəkləri haqqında məlumat bölüşmüşdük. Bu dəfə isə, miokard infarktın xəstəxana şəraitində diaqnozu və müalicəsi haqqında danışırıq. Həm mövzunun davamı olması etibari ilə, həm də bu sahədə son zamanlarda, son illərdə çox yeniliklər olub tibbi cəhətdən və artıq tamamən fərqli bir müalicə yolu izlənilir bu mövzuda.

Əvvəllər miokard infarktı keçirən xəstələrdə sadəcə damarı açmadan, dərmanlarla müalicə təyin edilirdi. Ən yaxşı halda isə damardakı tıxanıqlığı əritməsi üçün fibrinolitik və yaxud da trombolitik dediyimiz dərman vasitələri istifadə olunurdu ki, bu, bəzən yaxşı nəticə ilə nəticələnsə də, bəzən damarın açılmasına kömək edə bilmirdi, həm də bu dərmanların çox böyük riskləri var idi, beyin qanaxması və sairə orqanların qanaxması kimi. Son zamanlarda isə, angioqrafiya həyatımıza girəndən sonra müalicə istiqaməti tamamən dəyişmişdir miokard infarktında.

Miokard infarktın diaqnozu 

Miokard infarktında zaman çox önəmlidir. Özündə əlamətlər hiss edən pasientlər, yəni döş qəfəsi nahiyəsində, ürək nahiyəsində basıcı, sıxıcı tərzdə döş qəfəsi ağrısı hiss edən pasientlər mütləq təcili yardıma xəbər verməlidir və yaxud da özləri yaxınları vasitəsi ilə tibb müəssisələrinə, xəstəxanalara, poliklinikalara çatdırılmalıdırlar. 

Xəstəyə ən qısa zamanda mütləq elektrokardioqramma çəkilməlidir. Miokard infarktın əsas diaqnozu elektrokardioqramma vasitəsi ilə qoyulur. Elektrokardioqrammada infakt üçün spesifik əlamətlər olur, biz bu əlamətlərə ST dalğalarının yüksəlməsini göstərə bilərik. Ən az iki aparmada ST dalğalarında yüksəlmə və zidd aparmalarda isə çökmələr müşahidə olunur. Bu halda miokard infarktı diaqnozu dəqiqləşir.

Müalicədə yeni üsul: Angioqrafiya

Diaqnoz dəqiqləşdikdən sonra xəstəyə mütləq, ən qısa zamanda angioqrafiya edilməlidir. Əgər diaqnoz angioqrafiya salonu və İnvaziv kardioloq olan bir xəstəxanada dəqiqləşibsə, bu, çox gözəl bir haldır. O zaman xəstə vaxt itirmədən angioqrafiya salonuna alınılır, xəstənin infarkta səbəb olan tıxanmış damarı müəyyənləşdirilir və o damar açılır. Damar açıldıqdan sonra oraya stent implantasiyası edilir.

Son illər artıq dərmanla örtülü stentləri biz tövsiyə edirik. Yaxşı olar ki, əgər kardioloq da bu sahədə təcrübəlidirsə, əl biləyindən angioqrafiyanı aparsın, yəni radial angioqrafiya aparılsın. Bəzi şərtlərdə xəstə uyğun olmur və s. O zaman qasıqdan da femoral angioqrafiya da aparıla bilər.

Bu infarkta səbəb olan damar açıldıqdan sonra xəstəyə artıq digər dərman preparatları təyin olunur. 

Xəstə uyğun təchizatlı xəstəxanadan uzaqdadırsa 

Bəzən ola bilir ki, xəstənin elektrokardioqramması təcili yardım maşınında və yaxud da angioqrafiya salonu olmayan bir xəstəxanada və yuxud da poliklinikada çəkilir və diaqnoz belə dəqiqləşir. Bu zaman xəstənin mütləq ən qısa zamanda angioqrafiya salonu olan böyük bir xəstəxanaya transfer etmək lazımdır. Bu transfer mütləq çox qısa, yəni 1 saat ərzində ən azından gerçəkləşdirilməlidir.

Bəzən olur ki, xəstələr angioqrafiya salonuna olunan xəstəxanaya, yəni böyük tibb mərkəzlərindən, uzaqda yaşayırlar, ucqar bir yerdə yaşayırlar… Belə xəstələrin əgər transferi 2 saat ərzində mümkün olmayacaqsa, bu xəstələrə trombolitik və yaxud da fibrinolitik dediyimiz dərman vasitələrin vurulması tövsiyə olunur. Bu dərmanları vurduqdan sonra xəstəni yenə də transfer üçün hazırlamaq və transferi gerçəkləşdirmək lazımdır.

Xəstə lazımı mərkəzə transfer olunduqdan sonra orada təkrar kontrol kardioqramma çəkilir və xəstənin əgər şikayətlərində və elektrokardioqramma əlamətlərində geriləmə olmayıbsa, bu zaman xəstəyə təcili olaraq qurtarıcı angioqrafiya dediyimiz angioqrafiya edilir.

Əgər xəstənin şikayətləri geriləyibsə, elektrokardioqrammada əlamətlər geriləyibsə, yəni qismən də olsa, düzəlmə varsa, bu zaman xəstənin angioqrafiyası 24 saat ərzində planlaşdırıla bilər.

Əlamətsiz Miokard infarkt 

Miokard infarktının belə bir xüsusi qrupu da var ki, bu zaman elektrokardioqrammada hər hansı bir əlamət biz görmürük. Yəni xəstədə simptomlar olur, ürək ağrısı olur tipik miokard infarktına bənzər, ancaq elektrokardioqramma çəkdiyimizdə, biz orada spesifik əlamətlər görmürük. Bəzən qeyri spesifik hər hansı bir əlamətlər olur, bəzən isə heç bir əlamət olmur.

Elektrokardioqramma belə normal olsa da, biz xəstələrdə miokard infarktı diaqnozunu istisna edə bilmərik. Belə xəstələrdən mütləq qan analizi götürülməlidir.

Qan analizində qanda ürəyi göstərən “cardiac biomarker”lər dediyimiz markerlə baxılmalıdır. Bunlardan ən məşhuru, ən çox istifadə olunanı troponin dediyimiz markerdir.

Və sadəcə bir analiz də kifayət etməyəcəkdir. Xəstəxanaya ilk girəndə və 3 saat sonra ən az 2 analiz götürmək lazımdır. Və bu analizlər arasında “cardiac biomarker”lər  arasında müqayisə edərək artış olub olmadığını dəqiqləşdirmək lazımdır.

Əgər artış varsa belə “biomarker”lərdə xəstənin şikayətlərin də miokard infarktına uyğundursa, bu zaman biz xəstəni miokard infarktı olaraq qəbul edirik baxmayaraq ki, elektrokardioqrammada hər hansı bir əlamət yoxdur.

Belə bir miokard infarktı elektrokardioqramma əlamətləri olan infarkta nisbətən daha yüngül keçir, belə deyək. Ölüm riski daha aşağı olur, ağırlaşma riski daha aşağı olur. Amma yenə də öz-özlüyündə kifayət qədər ciddi bir vəziyyətdir və yenə də mütləq angioqrafiya edilməlidir. Sadəcə angioqrafiya təcili yox, 24 saat ərzində planlaşdırıla bilər.

Angioqrafiyadan sonra dərman müalicəsi

Və angioqrafiyadan sonra xəstəyə dediyimiz kimi dərman preparatları təyin olunur. Miokard infarktı damar tıxanması, damarın trombla tıxanması fonunda baş verdiyi üçün əsas bizim istifadə etdiyimiz preparatlar qan sulandırıcı preparatlardır ki, bunlarda trombun əmələ gəlməsinin qarşısını almaq üçündür.

Miokard infarktı xəstələrinə iki fərqli qrupda cəmi 3 dənə qan sulandırıcı preparat təyin edirik biz. Bunlardan ikisi tablet formunda olur və ağızdan qəbul edilir. Hətta bunlardan biri hamının tanıdığı kardiak aspirindir. Digər formda isə biz eyni zamanda xəstəyə “parenteral” yol ilə, yəni inyeksiya formasında da bir qansulandırıcı dərman təyin edirik.

Xəstəxanada yatış müddəti boyunca bu 3 dərman istifadə olunur. Xəstə evə yazılandan sonra isə inyeksiyanı artıq stoplayırıq, sadəcə 2 tablet formu ilə biz xəstəni evə göndəririk. Və bu 2 qan sulandırıcı dərmanlar 1 il müddətincə mütləq və mütləq istifadə olunmalıdır və heç bir şərt daxilində bu 2 dərmana hər hansı bir ara verilməməlidir.

1 ildən sonra bu 2 qansulandırıcı dərmanların birini də azaldırıq və sadəcə 1 dərman bütün ömür boyu istifadə olunur. Yəni infakt keçirmiş xəstə 1 ildən sonra bütün ömrü boyu 1 qansulandırıcı dərmanı istifadə etməyə davam edir.

Bundan əlavə olaraq xolesterin əleyhinə olan “statin” dediyimiz dərman qrupu yenə miokard infarktı keçirən xəstələrdə böyük rol oynayır və araşdırmalar göstərir ki, sağ qalma faizlərinə çox ciddi təsir göstərir. Ona görə də miokard infarktı keçirən xəstələrin xolesterin səviyyələrinə baxılmadan biz bu preparatları yüksək dozada təyin edirik.

Daha sonra xəstə angioqrafiya edildikdən sonra analizlər götürülür, xolesterinin səviyyələrinə baxılır və uyğun xolesterin preparatı, uyğun dozada təyin olunur.

Yenə də nəzərə almaq lazımdır ki və heç bir xəstəliyi olmayan normal populyasiyada olan xolesterin hədəf dəyəri miokard infarktı keçirən insanlarda eyni ola bilməz. Miokard infarktı keçirən insanların xolesterin dəyərlərini çox daha aşağı səviyyədə tutmaq tələb olunur.

Bundan əlavə olaraq yenə fərqli preparatlar da istifadə olunur, bunlar qan təzyiqini və nəbzi aşağa salmaq üçün dərman preparatlarıdır. Uyğun xəstələrə təyin olunur və xəstələrdən bu dərmanların çox düzgün bir şəkildə istifadə edilməsi tələb olunur.Miokard infarktı keçirmiş xəstələr çox yaxşı olardı ki, evə yazıldıqdan bir ay sonra mütləq kontrola gəlsinlər. Daha sonra da yenə müəyyən aralıqlarla, həkimin təyin etdiyi aralıqlarla ilk 1 il tez-tez kontrollar aparılır. 1 ildən sonra təkrarlayan infarktın keçirilməsi ehtimalı azaldığına görə kontrol sayılarımız da nisbətən azalır.

Uzman Dr. Həmidə Muxtarzadə, Kardioloq

4 replies on “Miokard infarktın müalicəsi”

Salam doxdur menim atam 58-ci il tevelludur dunen yeni 6.11.21 saat 6 axsamusdu infakt kecirib helede bir mudaxile etmediler semkiliyik burda yadim edildi gece seherine gonderdiler urek balinsesine ordada elece isdem kocururler devet balinsesidi anjo 10 gunen sora malice olunsun ediler deyirler atam isde sukan basinda is saati vaxdi bele olub diye devlete goturduk hem de pul yoxdu diye biz ne edek gecikmez ki xais edirem mene yol gosderin.

Salam.
Müdaxilə nə qədər tez edilsə, sağlamlıq o qədər az itirilmiş olar.
Dr. Əlirza Ağabəyli, Kardioloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir