Kateqoriyalar
Psixoterapiya

Psixoterapevtə nə zaman müraciət etməliyik?

İnsanların verdiyi suallardan biri də odur ki, psixoterapevt kimdir, nə zaman ona müraciət etməliyik və ümumiyyətlə, bizə necə yardım edə bilər? Bilirik ki, indiki zamanda psixoloji problemlər, psixatrik pozuntular və ümumiyyətlə, stres bizim cəmiyyətdə o qədər yayılıb ki, hər bir insanın yardıma, dəstəyə ehtiyacı var.

Psixoterapiya nədir?

Psixoterapiya dərman, yəni farmakoloji üsullarla yan-yana gedən, psixoloji üsullarla insana dəstək olma vasitəsidir.

Psixoterapevtə nə zaman müraciət edirik?

Hamının bildiyi bir fikir var ki, yalnız bizim psixoloji pozuntumuz olanda gedirik. Əslində elə deyil, hər bir insan indiki zamanda streslə üzləşir və ya hər hansısa, bir seçim etməlidir həyatında hansı ki, onun gələcək həyatını müəyyən edəcək. Bu zaman biz, əlbəttə ki, psixoterapevtə müraciət etməliyik. Bəzilərinin ən çox verdiyi suallardan biri də odur ki, “bəs bizim danışdığımız psixoterapevtlə mənim aramda qalacaqmı?”. Əlbəttə ki, Dünya Səhiyyə Təşkilatı və psixoloji təşkilatların birgə qərara gəldiyi bir fikir var ki, anonimlik təmamilə qorunmalıdır. Əgər hər hansısa bir mütəxəssis anonimliyi pozursa, bu artıq o deməkdir ki, qanunları pozmuş sayılır. İndi belə bir sual ən çox verilir ki, “bəs psixoterapevt bizə necə kömək edəcək?”. Biz məsləhət vermirik, çünki məsləhət hər hansısa bir insanın keçmiş təcrübəsidir və kiminsə təcrübəsi başqasına pis təsir edə bilər. Psixoterapevt yönləndirə bilər və xüsusi psixoterapevtik üsullarla hansı ki, səhiyyə təşkilatı tərəfindən dəstəklənir və psixoloji təşkilatlar bunu artıq qəbul edib, o zaman biz o üsuldan istifadə edərək pasiyentə hər hansısa bir həyatının çətin anında kömək edə bilərik.

Psixoterapiya insana necə təsir edir?

İş buradadır ki, elmi tədqiqatlar artıq göstərir ki, dərmanlar qədər təsir edə biləcək psixoterapevtik üsullar var. Bizim beynimizin biokimyəvi sturukturu psixoterapiya aldıqdan sonra, yəni bizim serotonin, dopamin, yəni xoşbəxtlik hormonlarımız tədqiqatlar nəticəsində psixoterapiyadan sonra ortaya çıxır ki, tamamilə dəyişib. Yəni əgər depresiyalı bir insan dərman qəbul edirsə və ya depresiyalı insan terapiya qəbul edirsə, onun biokimyəvi beyin sturukturu artıq dəyişmiş sayılır və bu o deməkdir ki, hər bir insan tamamilə inanaraq hər bir sertifikasiyadan keçmiş psixoterapevtə müraciət edə bilər və hər bir pasiyent psixoterapiya yardımı alandan sonra problemindən azad ola bilir. Psixoterapiya bu günkü zamanda bütün dünyada geniş istifadə olunur və hər hansısa bir psixoloji problem və ya psixiatrik pozuntu adekvat strategiya üsulu ilə aradan qaldırıla bilər.

Aydan Xasməmmədzadə, Psixoterapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.