Podaqra xəstəliyi nədir? Hanı Kimlərdə daha çox rast gəlir? Yayılması nə qədərdir dünyada?
Podaqra xəstəliyi bədəndə Purin mübadiləsinin pozulması nəticəsində sidik turşusu toplanmasıdır.
Ən çox kişilərdə rast gəlirik. Qadınlara nisbətən 2-3 dəfə çox rast gəlirik kişilərdə.
Daha çox inkişaf etmiş ölkələrin populyasiyada yayılması faizi 1 faizə qədərdir.
Ən çox rast gəlirik 65 yaşın üzərində, yaş artdıqca 4% artım rast gəlirik podaqrada.
Bunun da səbəbi təbii purin əsasları mübadiləsi pozulmasıdır. O da pivə, spirtli içki qəbulu, alkoqol qəbuluna bağlıdır. Xüsusən, alkoqol qəbuluna meyl edən ölkələr bu siyahıdadır. Pivə qəbulu, xüsusən, purinlərlə zəngindir.
Qadınlarda isə 65 yaşın üzərində menopauza dövründə rast gəlirik. Bəzən qadınlarda podaqra yox, izolə olmuş sidik hiperurikemiya – sidik turşusu artımı rast gəlir. Bunu da podaqra ilə səhv salırıq. Daha müalicəyə yatımsız forması qadınlarda rast gəlir.
Son zamanlar piylənmənin artması, qidalanmamızda şəkərli məhsullar, yağlı məhsulların artması, hazır qidaların artması bu xəstəliyin artmasına səbəb olmuşdur.
Ən çox hiperlipedemiyası olan xəstələr, dislipedemiyar – yağ mübadiləsi pozulmuş xəstələrdə rast gəlirik.
Ən böyük təhlükəsi – çox vaxt bunu həkimlərimiz ya xəstələr heç özümüz də fikir vermirik, ürək şikayətlərin olmasına gətirib çıxarır.
Niyə?
Dislipedemiya yaranır deyə, çox vaxt bu xəstələr gələndə artıq ya ürəyində stent, ya başqa bir əməliyyatlar keçirmiş xəstələr olur.
Podaqranın profilaktikası üçün
Müasir tibb, ümumiyyətlə, profilaktika üzərində qurulub. Qarşısını almaq üçün doğru həyat tərzinə keçiş lazımdır.
Ən çox ət məhsullarının həftə 1-dən çox olmayaraq qəbulu.
Paxlalı bitkilər: lobyadır, noxuddur… Bunların istifadəsi qadağan olunur.
Bəzi meyvələrdir: əncirdir, moruqdur, özləri və mürəbbələrinin istifadəsi… Sonra şokoladdır, kofein məhsullarıdır, podaqra xəstələrinə məhdudlaşdırmaq məsləhət görürük.
Tərəvəz məhsullarına üstünlük verirlər və aktiv həyat tərzi, kökəlməmək, bədən çəkisini normada saxlamaq lazımdır.
Podaqranın əlamətləri nələrdir?
Əlamətləri – əsas rast gəlirik ayaqda birinci barmaqda tutma şəkilli ağrı ilə, çox kəskin ağrılar olur. Xəstəyə sual verəndə “Heç vaxt ömründə belə bir ağrı hiss eləməmişəm, həyatımda birinci dəfədir.” Bənzədirlər, “Sanki it sümüyümü gəmirir” – belə bir ağrı ilə müqayisə edirlər ən çox.
Birinci, baş barmaq falanqası tutur. Amma bu o demək deyil ki, hər zaman eynidir. Hər zaman oynaq tutma yerini dəyişə bilər. Azərbaycan dilinə tərcümə etsək “həmlələr” deyirik buna. İki həmlə olması, birinci, baş barmaqda bir həmlə, digər oynaqlarda isə iki həmlə olması bizi podaqraya sürükləyir ki, bu haqqda düşünək.
Maksimal 7 gün, bir həftə çəkir.
Dərman müalicəsi olarsa, ağrı kəsicilər iltihab əleyhinə daha qısa çəkə bilir. 3-4 gündən sonra başlayır azalmağa. 1 həftə tamamında hətta xəstələr əhəmiyyət vermirlər, çox vaxt ikinci tutmadan sonra gəlirlər. Çünki birinci tutma deyirlər “Harasa vurmuşdum, nə isə olmuşdu, ona görə qızarmışdı”.
Yerli hərarət hiss olunur, qızarma, bir də hərəkət məhdudluğu. Xəstəni yataq rejiminə salır, bu iş qabiliyyətini tamamilə aşağa salır.
Oraya sidik turşusunun yığılması nəticəsində tofuslar əmələ gəlir. Çox vaxt partlama ilə də üzləşirik tofuslarda. Ağ kəsmiyəbənzər maddə ifraz olunur partlayanda, bunu aydın görürük.
Podaqrada genetik meyillilik
Genetik podaqra xəstəliyi olanlar daha çox meyillidir bu xəstəliyə. Hətta bir xəstəmiz var idi, qadın xəstə. Çox maraqlıdır, qadınlarda az rast gəlir, amma atası və bütün qardaşları podaqradır, bacılarından tək o podaqradır.
Əlilliyə, şikəstliyə, yataq halına qədər gətirib çıxaracaq xəstəlikdir.
Podaqra, yoxsa Hallux-valgus
Ayaq birinci barmaqda rast gəldiyi üçün “Hallux valgus”la səhv salınır. Bu tamamən ortopedik bir şeydir, deformasiyadır, düzgün seçilməmiş ayaqqabının, ağırlığının düzgün paylanmaması nəticəsində deformasiyasıdır. Bunu podaqra ilə səhv salmırıq.
Podaqra tutma şəkilli olur, daimi deformasiya vermir, 1 həftə çəkən ağrı, qızartı, ondan sonra keçib gedir.
Hallux valgus isə qalıcı bir əlamətdir, ömür boyu qalır xəstələrdə.
Podaqranın diaqnozu və müalicəsi
Müalicəsində dünyada istifadə olunan bir növ dərmanımız var, kolxisin tərkibli təyin olunur bunlara və baxılır sidik turşusunun qanda səviyyəsinə. Adətən, diaqnoz qoymaq üçün klinik əlamət və qan göstəriciləri tələb olunur.
Ən doğru diaqnoz sinovial mayedə urat duzların təyin olunmasıdır. Və yaxud da qanda və zərdabda sidik turşusunun miqdarına baxılır.
Kişilərdə 7-nin üzərinə olması, qadınlarda isə 6-nın üzərinə olması artıq podaqra diaqnozuna bizi düşündürür.
Klinik əlamətlər, labarator diaqnozumuzu qoymağa kömək edir.
Amma pəhrizə əməl edib, doğru həyat tərzinə keçirsək, podaqradan qurtula bilərik. Bu xəstələrdə təzyiq, yanaşı ateroskleroz, ürək şikayətləri görməyi nəzərdə saxlamaq lazımdır, mütləq.
3 replies on “Podaqra daha çox kimlərdə rast gəlinir?”
salam .hal hazirda mende bu elametler var.hansi derman vasitesinden istifade ede bilerem.melumata gore cox saqolun.
Salam. Sidik turşusuna baxılıb?
Dr. Aygün Əhmədli, Revmatoloq
Salam hamilelik zamanı ağrılar şiddətli olarsa padaqranı necə müalicə etmek olar?