Kateqoriyalar
Kosmetologiya

Botoks və dolğu nə ilə fərqlənir?

Hər bir xanım gözəlliyinin və cavanlığının daimi olmasını arzulayır. Bunun üçün də estetik kosmetologiyada müxtəlif prosedurlar, manipulyasiyalar vardır. Lakin son illər ərzində botoks ve dolğu proseduru daha geniş istifadə olunur. Nədir bu prosedurları belə məşhur edən? 

Gəlin əvvəlcə bu 2 prosedurun oxşar cəhətləri haqqında danışaq, sonra isə fərqlərini müzakirə edərik.

Oxşar cəhətləri hər 2 prosedurun nazik iynə vasitəsilə dəri altına yeridilməsindən ibarətdir. Amma fərqləri həddindən artıq çoxdur. Hər 2 prosedur həm təsir mexanizminə görə, həm də tərkibinə görə bir birindən kifayət qədər fərqlənir.

Botoksdan başlayaq. Botoks, yəni botulino terapiya, botulotoksin deyilən toksin vasitəsilə həyata keçirilir. Botulotoksin, yəni Clostridium botulinum deyilən bir bakteriyaların ifraz etdiyi zülal tərkibli toksindir. Toksin, yəni zəhərdir.

Bu mükəmməl preparat dəri altına yeridildikdən sonra sinir impulslarının əzələyə ötürülməsini blok edir. Və beləliklə də əzələnin iflic olması proseduru baş verir və mimiki qırışlar bu təsir nəticəsində aradan qalxmış olur.

Dolğular isə, yəni fillerlər, təmizlənmiş hyaluron turşusundan ibarət olan xüsusi gellərdir. Dolğu istifadə olunur hər hansı bir boşluq yaranarsa, üz nahiyəsində, əllərdə… Həmin o nahiyələrə dolğu yeridilir ki, həcmsizlik aradan götürülsün.

Botoks isə mimiki qırışları açmaqdan ötrü istifadə olunur. 

Ola da bilər ki, botoks istifadə edək, mimiki qırışlar açılsın, lakin dərin izlər qalmış olsun. Bu izləri aradan qaldırmaqdan ötrü biz istifadə edirik fillerlərdən. O nahiyəyə fillerlər yeridilir və dəri orada tamamilə hamarlaşır.

Botulina terapiya əgər vaxtında olunmasza dərin qırışlar əmələ gələcək ki, bu zaman biz ilk öncə botoks edirik, daha sonra dolğudan istifadə edirik.

Botoks 2-3 dəqiqəmizi bizim alır, amma dolğularda isə bu belə deyil: Prosedur haradasa 30-40 dəqiqə arasında çəkir.

Daha bir fərqi qeyd edim, məsələn botoksu biz etdikdən 3-10 gün ərzində effekti görə bilirik. Lakin dolğulardan istifadə zamanı isə 80 faizə qədər, yəni gözlə görüləcək bir dəyişiklik olur.

Botoks hamilə xanımlara və 18 yaşdan aşağı insanlara etmək olmaz, bu əks təsir göstərir. Və əgər üzdə yaralar, xoralar varsa, açıq yaralar varsa, təbii ki, biz botoks etmirik.

Dolğularda da yaş məhdudiyyəti var. Yəni 18 yaşdan yuxarı, adətən, olunur və təbii ki, hamilə qadınlara, laktasiya dövründə olan xanımlara biz məsləhət görmürük. Tərkibində çünki bəzi dolğuların lidokain var, o da yəni ana südü vasitəsilə körpəyə keçə bilər və yaxud da hamiləlikdə də yəni eynən dölə təsir edə bilər.

Botoksun effektivliyi 6-9 ay ərzindədir ilk dəfə əgər olunursa. Növbəti dəfələrdə bu daha da arta bilər. Lakin dolğularda isə bu belə deyil. Dolğularda orqanizmdən asılı olaraq 6 aydan 2 ilə qədər bu prosedur effektivliyini qoruyub saxlayır.

Adətən, dolğular edildikdən sonra pasiyentlər həmişə müraciət edirlər ki, bəs “Üz dərimin keyfiyyəti çox gözəlləşib”, “Nəmlənib dərim”, “Dərim gümrah, sağlam görsənir”. Bu da hyaluron tərkibli olması ilə əlaqədardır. Bildiyimiz kimi hyaluron turşusu bizim dərimizin əsas komponentlərindən biridir. Ona görə də o, elastin və kollagen sintezini stimullaşdırır və beləliklə də bizim dərimiz daha nəmlənir, daha sağlam, daha cavan görünməyə başlayır.

Dr. Nurlana Ələkbərova, Həkim-kosmetoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir