Kateqoriyalar
USM

Qaraciyərin elastoqrafiyası

Qaraciyərin elastoqrafiyası müasir ultrasəs müayinə metodu olub, qaraciyərin toxumasının sərtliyini yoxlanmasına əsaslanır.

Bildiyimiz kimi qaraciyərin toxuması yumşaq toxumadır və 4,5 kPa qədər olmalıdır.

Lakin bir çox xəstəliklər zamanı, əsasən də hepatitlər, autoimmun hepatitlər, Gilbert sindromu, hepatosteatozlar və mütəmadi olaraq alkoqol qəbulu zamanı qaraciyər toxumasının sərtliyi artmış olur və bu zaman fibroz əmələ gəlir. Vaxtında, erkən aşkar edilməzsə, qaraciyərin sirrozuna qədər gətirib çıxarır.

Qaraciyərin elastoqrafiyası gizli gedən qaraciyər xəstəliklərini aşkar edilməsinə kömək edir.

Bu müayinə tam ağrısız, kəsiksiz aparılır. Bu müayinənin biopsiyadan fərqi odur ki, qaraciyərin, demək olar ki, bütün səthi boyu onlarla müxtəlif nahiyənin sərtlik əmsalları ölçülüb, orta sərtlik əmsalı çıxardılır.

Qaraciyər elastoqrafiyası tam ziyansız olduğu üçün yaş məhdudiyyəti qoyulmur. Bu yalnız qaraciyər xəstəlikləri olan pasiyentlər deyil, 40 yaşından yuxarı hər bir kəs üçün məsləhət görülür.

Dr. Zümrüd Ələkbərova, USM həkimi

6 replies on “Qaraciyərin elastoqrafiyası”

Salam. Sizin e-mail adresinizə məlumat göndərildi. Müraciətiniz üçün təşəkkür edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir