Kateqoriyalar
Revmatologiya

Revmatik xəstəliklər

Revmatik xəstəliklər çox geniş bir qrupu əhatə edir. Xalqımızın bildiyi kimi, təkcə oynaq xəstəlikləri deyil bu revmatik xəstəliklər. Çünki ilk planda oynaqlar nəzərdə tutulur. Ağrı çünki sümüklərdə, oynaqlarda olduğu üçün dədə-babadan qalan bir fikirdir ki, “Əgər sadəcə oynaq ağrısı varsa, bu, revmatik xəstəlik deməkdir”. Xeyr, elə deyil. Bir çox revmatik xəstəliklər var ki, onlarda bu […]

Kateqoriyalar
Pediatriya

Uşaqlarda artıq çəkinin müalicəsi

Artıq çəkidən necə azad ola bilərik, necə müalicə aparılır? Ümumiyyətlə, yemək yemək həyat tərzidir. Çünki bir uşaq əgər anadan olandan etibarən yemək yeməyi həyat tərzi olaraq yaşayırsa, bizim həyat tərzini dəyişdirməyimiz lazımdır.  Həyat tərzinə bağlı artıq çəki ilə mübarizə Deyək ki, biz uşağı yazdırdıq “fitness”ə, üzgüçülüyə, ya da ağır idman növlərinə yazdırdıq və yaxud hər […]

Kateqoriyalar
Ginekologiya

Hamiləlik haqqında pasiyentlərin suallarına cavablar

Hamilə olduğumuzu bildikdə ginekoloqa nə vaxt müraciət etməliyik? Əgər xanımların menstrual tsiklləri requlyardırsa, günü keçmiş xanımlarda, əlbəttə, hamiləlik testi edirik və test müsbət olduğu halda dərhal ginekoloqa müraciət etməsi tövsiyə olunur. İlk müayinəmiz ultrasəs müayinəsindən ibarətdir və bu zaman biz döl kisəsini uşaqlıq içərisində izləyirik. Bundan sonrakı müayinələrimiz 12-ci həftəyə qədər qan və sidik analizindən […]

Kateqoriyalar
Cərrahiyyə Ginekologiya

Mastitlər

Mastit süd vəzinin iltihabi xəstəliyidir. Mastitlər laktasion və qeyri-laktasion olmaqla 2 qrupa bölünür.  Laktasion mastitlər, yəni süd verən analarda təsadüf olunan süd vəzinin iltihabı xəstəliyidir. Qeyri-laktasion mastitlər isə süd verməyən analarda, qızlarda təsadüf olunan mastitlərdir. Laktasion mastitlər Laktasion mastitlər haqqında danışarkən ilk növbədə onu demək istəyirəm ki, anqorjmanı aydınlaşdırmaq lazımdır. Yəni ki, doğuşdan sonra ilk […]

Kateqoriyalar
Pediatriya

Şəkəri uşağa sevdirməyin!

Mən bu gün uşaqlarda analar tərəfindən olan bəzi qidalanma xətaları haqqında məlumat vermək istəyirəm. Ən birinci əziyyət çəkdiyimiz mövzu uşaqlarda şirin çayların,şirin suların, kəmşirin çay və suların verilməsidir.  Ümumiyyətlə, belə bir suların verilməsi uşaqlara hər hansı bir yaşda qadağandır. Ələlxüsus, yenidoğulmuş dövründə sarılıqların olduğu müddətdə elə bir çay və suların verilməsi, çox təəssüf ki, təklif […]

Kateqoriyalar
Endokrinologiya

Yuxusuz qalmanın zərərləri

Təxminən həyatımızın 1/3 hissəsini yuxuda keçirdirik.  Yuxu həyat fəaliyyətimiz üçün, orqan toxumalarımızın sağlam, normal fəaliyyət göstərməsi üçün, metabolizmamız üçün, hormonlarımızın düzgün bioloji ritmlə sintezlənməsi üçün çox vacibdir. Yuxusuzluq bir sıra xroniki xəstəliklər, həmçinin bir sıra metabolik xəstəliklərin əmələ gəlməsi üçün risk faktorudur. Bunlardan: qan təzyiqinin yüksəlməsi, bir sıra ürək xəstəlikləri və diabet daxildir ki, yuxusuzluq […]

Kateqoriyalar
Ginekologiya

Təbii doğuşun başladığını necə bilərik?

Normal doğuşun başladığını necə bilərik? Normal doğuş başlayıbsa, nə zaman həkimə getməliyik? Ən çox verilən suallardan biri budur.  Xüsusilə də 37 həftəsini keçmiş qadınlar sürəkli narahat olurlar ki, “Birdən doğuş başlayar, mən həkimə gecikərəm, yolum uzaq olar, yolda başıma bir şey gələr”. Bu gün bu suallara aydınlıq gətirmək istəyirik. Öncəliklə, onu demək istəyirəm ki, əziz […]

Kateqoriyalar
Allerqologiya

Günəş allergiyası – Solar övrə

Günəş allergiyası ən çox yay aylarında xəstələri narahat edən allergik bir problemdir. Günəş allergiyası dedikdə nəyi nəzərdə tuturuq? Solar övrə – yəni, günəşin şüaları nəticəsində dəridə yaranan: qızarıqlıq, qabarıqlıq, qaşıntılı səpkilər. Bu səpkilər dərinin müxtəlif nahiyələrində yarana bilər. Günəşlə təmas olan, yəni günəşin toxunduğu açıq dəri səthində və ya günəşin heç dəymədiyi, paltarın altında qalan […]