Kateqoriyalar
Revmatologiya

Revmatik xəstəliklər

Revmatik xəstəliklər çox geniş bir qrupu əhatə edir. Xalqımızın bildiyi kimi, təkcə oynaq xəstəlikləri deyil bu revmatik xəstəliklər.

Çünki ilk planda oynaqlar nəzərdə tutulur. Ağrı çünki sümüklərdə, oynaqlarda olduğu üçün dədə-babadan qalan bir fikirdir ki, “Əgər sadəcə oynaq ağrısı varsa, bu, revmatik xəstəlik deməkdir”. Xeyr, elə deyil.

Bir çox revmatik xəstəliklər var ki, onlarda bu oynaq problemi ilə yanaşı, qarın ağrısı – məsələn, FMF xəstəliyində, qızdırma, sidikdə, böyrəklərdə problemlər – məsələn, nefropatiyalar… 

Bəzi xəstələrdə ağız yaraları özünü göstərə bilir, məsələn, Lupus xəstəliyində, Beçet xəstəliyində, hansı ki, bunlar revmatik xəstəliklərin növləridir. 

Bəzilərində dəri əlamətləri özünü göstərə bilir. Bu xəstələrdə, məsələn, dəridə baxıb deyə bilərlər ki, “Sizin dəridə damarlar sanki üzdə imiş kimi görünür”. Bəzən bir-birlərinə deyə bilirlər insanlar. Buna “Livedo reticularis görünümü” deyirlər. Venoz damarlar ətraflarda – əllərdə, ayaqlarda, budda, bazuda, sanki elə bil ki, dərinin altından sezilir. Sanki damarların xəritəsi çəkilmiş kimi olur. 

Əslində bu bir simptomdur, bu bizi xəbərdar edən simptomdur. Məsələn, deyək, bu da revmatik xəstəliklərin bir nüansıdır.

Və yaxud bəzi xəstələrdə dırnaqlardakı quruluşlardan – məsələn, barmaqlarda, oynaqlardakı deformasiyadan bu nəticəyə gəlmək olar və yaxud da üz mimikasına baxdıqda, bəzi xəstələrə baxırsınız ki, burunla ağız arası həmin o qisimdə qırışlar əmələ gəlir. Bu qırışlar əslində qocalıq qırışları ilə eyni deyil, fərqlidir bunlar. Bunlar dəridə gedən kollagen toxumasının patoloji proseslərinə bağlı olaraq, məsələn, sklerodermiyada, sistemik sklerozda… 

Bunlarda ağızlarını yaxşı aça bilmilər. Tam yaxşı gülə bilmirlər. Xəstə deyir “Sanki, doktor, elə bil əziyyət çəkirəm”. Maska-sifət kimi bir quruluş əmələ gəlir bunlarda. 

Və yaxud da bunlarda udqunmada problem ola bilir. Məsələn, bu, mədə-bağırsaq sistemi problemləri ilə səhv salına bilir. Biz ona “ezofaqus dismotiliti”si deyirik. Bu da hansı ki, skledermiyada xəstəliyində görülmüş şikayətlərdən biridir. 

Uzm. Dr. Çinarə Səfərova, Terapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir