Kateqoriyalar
Ginekologiya

Təbii doğuşun başladığını necə bilərik?

Normal doğuşun başladığını necə bilərik? Normal doğuş başlayıbsa, nə zaman həkimə getməliyik? Ən çox verilən suallardan biri budur. 

Xüsusilə də 37 həftəsini keçmiş qadınlar sürəkli narahat olurlar ki, “Birdən doğuş başlayar, mən həkimə gecikərəm, yolum uzaq olar, yolda başıma bir şey gələr”. Bu gün bu suallara aydınlıq gətirmək istəyirik.

Öncəliklə, onu demək istəyirəm ki, əziz xanımlar, özəlliklə ilk hamiləliyi olan qadınlar, ilk dəfə həyatında doğacaq insanlar burada qorxacaq, təşvişə düşəcək bir şey yoxdur. Normal doğuş elə bir prosesdir ki, bunu öncədən bilməmək, hiss etməmək, o ağrıları başa düşməmək mümkün deyil. Yəni bu həyatınızda yaşayacağınız fərqli bir duyğudur və mütləq siz doğuşun başladığını hiss edəcəksiniz.

Sadəcə normal doğuş, özəlliklə, ilk doğuşda sancı sürəsi o qədər uzun bir müddətdir ki, sizin təşvişə düşüb o dəqiqə həkimə getməyinizə ehtiyac yoxdur. 

Özəlliklə, əgər sizin ciddi bir qanaxmanız yoxdursa, su gəlişiniz yoxdursa, uşağın hərəkətləri normaldırsa, sadəcə həkiminizə məlumat verə bilərsiniz: “Mənim bu şikayətlərin var, gözləməliyəm, yoxsa mütləq xəstəxanaya gəlməliyəm?”

Bizim üçün xəstəxanaya gəlməyinizi gərəkdirən təcili hallar var. Bu nədir? 

  1. Əgər sizin aktiv su gəlişiniz varsa. Yəni bildiyimiz normal su gəlişiniz var, suyunuz gəlirsə, təcili xəstəxanaya getmək lazımdır.
  2. Qanama varsa. Qanama az və ya çox fərq etməz bizim üçün önəmlidir.
  3. Uşağın hərəkətlərini hiss etmirsinizsə, böyük hərftədə. Bu çox vacibdir və təcili həkimə getmək lazımdır.

Bunlara daxil olmayan… Əgər sizdə çox az da olsa, bir vaginal ləkələnmə olubsa, qan qrupunuz neqativ deyilsə, narahat olmağa gərək yoxdur. Həkiminizə məlumat verirsinizsə, əgər sancılarınız başlayıbsa, həkiminiz zatən sizə izah edəcək.

Bizim üçün doğuş sancısı nədir?

Bizim üçün doğuş sancısı nədir?

Doğuş sancısı 40-50 saniyə cəmi davam edən, yəni bu sizi narahat edəcək səviyyədə bir ağrı verən qarnınızda sərtləşmə, daşlaşma kimi bir hiss verən bir ağrıdır. 

Amma normal doğuş ağrısı uzun çəkmir, cəmi 40-50 saniyə çəkir və bir neçə dəqiqədə bir təkrarlanması lazımdır. “İndi oldu, bir də axşam oldu” – bu doğuş sancısı deyil, bundan narahat olmayın.

Bizim üçün doğuş sancısı əvvəlcə başlayar, məsələn, 20 dəqiqədə bir hiss edirsən ki, qarnın aşağı hissəsində bir küt bir ağrı var, amma get-gedə bu ağrı güclənir və səni narahat etməyə başlayır. Amma müddətinə baxmaq lazımdır.

Mən həmişə öz xəstələrimə deyirəm ki, “Mütləq dəqiqə tutun o periodda. Baxın görün neçə dəqiqədə bir olmağa başlayıb”. Normal doğuşu başladacaq ağrılar – bizim 10 dəqiqədə, heç olmasa, 2-3 dəfə o ağrını hiss etməyimiz lazımdır. O zaman biz deyirik ki, “Hə, bu doğuş ağrılarıdır. Başlamış ola bilər”.

Ancaq yenə vurğulayım ki, doğuş ağrılarımız başlasa belə, biz onu sizin daha çox evdə çəkməyinizi istəyirik. Bunun da bir tərəfdən psixoloji bir tərəfi var ki, xəstəxanaya gələn hamilə birbaşa düşünür ki, “Mən gedirəm, doğuram” və bir yandan da xəstə yaxınları “Nə oldu, nə oldu?” havasına girirlər. 

Və əgər həmin dönəmdə xəstəxanada keysəriyyə əməliyyatı ilə doğacaq bir qadın da varsa, buradakı qadın normal doğuş ağrılarını çəkərkən, sancıları çəkərkən, əlbəttə, orada bir ağrılı period var… Yanındakı hamilə gəlir və bir anda gedir uşağı qucağında çıxır və psixoloji olaraq o dəqiqə “mən də keysəriyyə əməliyyatına getmək istəyirəm, artıq mən doğmaq istəmirəm, normal doğuş istəmirəm” psixologiyasına gedir və bu xəstəni fikrindən daşındırmaq çox çətin olur. 

Biz maksimum xəstələrimizə başa salırıq ki, “Normal doğuşun sancılarını mütləq evdə çəkin”. Əgər dediyim kimi uşağın hərəkətlərində bir problem yoxdursa, su gəlişi yoxdursa, qanaxma yoxdursa, doğuş sancılarını evdə çəkmək, evdə sevdiklərinizin, yaxınlarınızın yanında… Çünki xəstəxanaya gəldikdə, əlbəttə ki, yaxınlarınız da yanınızda olmur və bu səfər təklik psixologiyasına girib bir az daha əməliyyata meyillənir bizim xəstələrimiz.

O vaxt biz onu xəstəxanaya çağırırıq ki, əgər ilkin doğuşdursa, 5 dəqiqədə bir artıq şiddətli ağrı hiss edir qadın, mütləq xəstəxana çıxarmalıyıq. 

Digər bir tərəfdən əgər sizin 2-ci, 3-cü doğuşunuzdursa, o zaman isə daha erkən gəlməyiniz lazım ola bilər. Çünki artıq təkrari doğuşlarda sancı periodu o qədər uzun çəkmir və daha sürətli irəliləyir doğuş prosesi. Ona görə 10 dəqiqədə bir ağrı hiss etdikdə artıq xəstəxanaya gəlməyiniz lazım ola bilər.

Əlbəttə ki, bunu mütləq güvəndiyiniz, başından bəri yanına getdiyiniz həkiminizlə hər şey danışaraq… Çünki sizin elə bir özəl durumunuz ola bilər ki, siz xəstəxanaya çox erkən getməli olmalısınız. Bunu sizin həkiminiz bilir, sizin uşağınızda bəzi bəlkə bir problem var, bəlkə sizin üçün pediatriya komandasının erkən gəlməyi lazımdır. Bunu mütləq şəkildə öz həkiminizə danışmağınız lazımdır.

Mən bu məlumatları sadəcə mənim olmayan hamilələrin də məlumatlanması üçün paylaşıram, faydalı olmaq üçün. Təşəkkür edirəm.

Uzm. Dr. Günel Ziyadova, Cərrah mama-ginekoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.