Mən bu gün uşaqlarda analar tərəfindən olan bəzi qidalanma xətaları haqqında məlumat vermək istəyirəm. Ən birinci əziyyət çəkdiyimiz mövzu uşaqlarda şirin çayların,şirin suların, kəmşirin çay və suların verilməsidir.
Ümumiyyətlə, belə bir suların verilməsi uşaqlara hər hansı bir yaşda qadağandır. Ələlxüsus, yenidoğulmuş dövründə sarılıqların olduğu müddətdə elə bir çay və suların verilməsi, çox təəssüf ki, təklif edilir, amma bu heç bir halda düzgün deyil.
Çünki bunlar asan mənimsənən karbohidratlardır və uşaqlar onu qəbul etdikdən sonra onların bol vitaminli, proteinli və normal sağlam karbohidratların orqanizmə daxil olmasının qarşısı alınır.
6 ayadək körpələrə su verəkmi?
Uşaqlara ana südü verən zaman 6 aya qədər ən böyük mübahisəli məsələlərdən biri “Sudur, şirin çaydır verəkmi?”
Şirin çay, ümumiyyətlə, verilməməlidir.
Su çox mübahisəli məsələdir. Mən həmişə onu deyirəm – “Ana südü vasitəsi ilə 6 aya qədər uşaqlar hər suyu da, hər bir qidanı ala bilirlər.” Amma əlavə qidaya keçdikdən sonra təklif oluna bilər. Əgər uşaq içərsə, verilə bilər. İçməsə, yenə ana südün tərkibində o suyunu almalıdır. Amma suya hər hansı bir qatqı qatıb uşağa sevdirmək düzgün deyil. Ələlxüsus, ana südünü tərgidən dövrlərdə uşaqlara şirin çay təqdim olunur…
Ümumiyyətlə, çaydır, qəhvədir və kakao tərkibli, kafein tərkibli maddələrin uşaqlara verilməsi 3 yaşa qədər kalsiumun mübadiləsinə təsir etdiyi üçün verilməsi münasib deyil.
Uşağa şirin çay verməyin.
Uşağa kəmşirin çay da verməyin.
Mən deyəndə “Şirin çay verməyin!” deyirlər ki: “Doktor, biz şirin çay vermirik, biz sadəcə olaraq onlara kəmşirin veririk”.
Fərqi yoxdur, yəni yarı qənd atıldı, böyük qənd atıldı və ya yarı şəkər… O hamısı şəkərdir. Və biz onu verdiyimiz müddətcə uşaqlar qidanı qəbul etməyi dayandırırlar, doyurlar… Çünki doyma mərkəzə siqnal gedir, uşaq doyub deyə və uşağa məcbur, zorla hər hansı bir qidanı verməyə öyrədirik, yeməyə ikrah hissiyyatı, yeməyə nifrət hissiyatı oyanır, uşağın yuxusu pozulur. Çünki uşaq tam olaraq qidalanmır, tam ona lazım olan, məsələn, tərəvəzdir, ətli sup yerinə şirin çay yeyib doyur. Ona görə də mən onların verilməsinin qətiyyən tərəfdarı deyiləm.
“Bəs uşağa şəkəri necə verək?”
Ən çox analar sual verirlər ki, “Doktor, şirin çay olmaz, məsəl üçün, sıyıqlar bişirirlər səhər ona şəkər qatmağa icazə vermirsiniz. Bəs biz nə edək?”
Mən hər zaman o suala bu cavab verirəm ki, uşaqlar faydalı yolla karbohidratı alacaqlar, o şəkəri alacaqlar. Məsələn: alma, banan, meyvələrdən, bəzi tərəvəzlərdən… Bəzi çətin mənimsənilən karbohidratlar sırası var qidalarda, biz onları başa salırıq, onlardan onlar o şəkəri alacaqlar.
Yəni siz hazır, asan mənimsənilən, onun doyma mərkəzinə tez siqnalı verib, onun doymasına səbəb olan şirin çayı verməyin. Yetər ki, onu verməyin.
Qidalanma bünövrəsi necə qoyulsa, gələcəkdə də elə davam edəcək.
Mən hər zaman deyirəm “Necə qidalanma bünövrəsi qoyulursa, gələcəkdə də o formada davam edəcəkdir”.
Məsələn, 1 yaşa qədər qadağandır: inək südü vermək olmaz, bağırsaq qanaxması verə bilər, şirin çaylardır, şəkərlərdir, asan mənimsənilən şəkərlərdir, hazır mağaza qidalarıdır, sonra baldır – botulizm təhlükəsi olduğu üçün, duzdur… Bunlar bu səbəblərdən uşaqlara verilməsi qadağan olunan qidalardır.
Uşağa meyvənin özünü və adi su verin
Sonra təbii ki, 1 yaşdan sonra asta-asta bunları allergiya verib-verməməyi və dediyim şikayətləri verib-verməməyi yoxlamaqla sınaqdan keçirilərək uşağa təklif oluna bilər. Amma ən böyük, ən böyük, ən böyük səhvlərdən biri şirin çay, şirin sudur. Yəni konkret surətdə uşağa hər hansı bir suyu verirsiniz adi formada verəcəksiniz. Yəni onu şirin eləyərək, kompot formasında və yaxud… Kompotun özü də şəkərdir.
Bəzən olur, məsəl üçün, meyvəni atır, üzərinə qaynar su töküb onu soyudaraq verə bilərsiniz. Hə, meyvədəki nəsə bir şey keçə bilər.
Və yaxud da meyvə şirələrini verirlər. Deyirəm “meyvənin özünü verin və adi su təklif edin uşağa”. Yəni bu qədər.
Çox xahiş edirəm bütün valideynlərimizdən şirin su, şirin çay, kəmşirin su və kəmşirin çayı uşaqlara verib sevdirməsinlər. Qidalanmanı, karbohidratları, şəkəri tamamən təbii, daha düzgün mənbədən yaranaraq uşaqlara təklif etsinlər.
One reply on “Şəkəri uşağa sevdirməyin!”
Heyf ki dr 2006 cinillerde men ana olanda bunlarin hec birini bilmemisem .Ve usaq helede meni incidir cunki dediyiniz kimi bunovresi duzgun qoyulmayib.Cox heyfslenirem