Kateqoriyalar
Cərrahiyyə Ginekologiya

Mastitlər

Mastit süd vəzinin iltihabi xəstəliyidir.

Mastitlər laktasion və qeyri-laktasion olmaqla 2 qrupa bölünür. 

Laktasion mastitlər, yəni süd verən analarda təsadüf olunan süd vəzinin iltihabı xəstəliyidir. Qeyri-laktasion mastitlər isə süd verməyən analarda, qızlarda təsadüf olunan mastitlərdir.

Laktasion mastitlər

Laktasion mastitlər haqqında danışarkən ilk növbədə onu demək istəyirəm ki, anqorjmanı aydınlaşdırmaq lazımdır. Yəni ki, doğuşdan sonra ilk birinci həftə, xüsusən də, üçüncü-beşinci sutkalarda qadınlarda süd vəzin anqorjmanına təsadüf olunur. 

Yəni süd vəzi şişir, gərginləşir, ağrı verir. Hətta ümumi əlamətlər də verə bilər. 

Bu, onunla əlaqədardır ki, bu qadınlarda, deməli, 1-ci fazada, yəni ki, doğuşdan sonra ilk günlərdə kolostrum, yəni ağuz süd ifraz olunur. O, çox az miqdarda və qatı olur. 

Sonra o kolosturum 2-ci fazaya keçir. Yəni qadınlarda artıq yetişkin süd ifraz olunmağa başlayır. O daha duru və çox miqdarda olur və süd vəzlərin süd dolduğu üçün süd vəzi şişir və gərginləşir, ağrı verə bilir. Bu, adətən, uşağı əmizdirmə ilə və ya soyuq duş qəbul etmək, ilıq kompreslələ keçib gedə bilir. 

Lakin bəzi hallarda əgər infeksiya da qoşularsa, onda bu qadınlarda zahılıq mastiti, yəni puerperal mastit, hətta süd vəzin absesi belə inkişaf edə bilər. Ona görə də qadınlar diqqətli olmalıdırlar.

Bir də, laktasion mastitlər haqqında onu demək istərdim ki, laktasion mastitlər, əsasən də, qızılı stafilokokklarda, onlar ya süd vəzi axarlarından, genişlənmiş axarlardan daxil olur süd vəzinə və yaxud gilə ətrafındakı çatlardan infeksiya, hematogen yolla keçərək mastitin yaranmasına səbəb ola bilirlər.

Qeyri-laktasion mastitlər

Qeyri-laktasion mastitlər isə qeyd etdiyim kimi istənilən yaşda təsadüf oluna bilər və qeyri-laktasion mastitlər travma nəticəsində də ola bilər ki, süd vəzinə infeksiyanın daxil olması və yaxud postmenopauzal qadınlarda… 

Məsələn, xərçəngin xüsusi bir forması var, süd vəzi xərçənginin, mastitə bənzər xərcəng: süd vəzində şişdən əlavə mastit əlamətləri: süd vəzində şişkinlik, qızartı, ağrı olur. Ümumi əlamətlər: bədən, hərarətin yüksəlməsi, əzginlik, yorğunluq da ola bilər.

Formasına görə mastitlər 

Mastitlər formasına görə 3 cür ola bilir: 

  • Seroz mastitlər.
    Bunlar süd vəzinin şişməsi, qızarması, gərginləşməsi, yüngül ümumi əlamətləri, yəni hərarətin yüksəlməsi əzginlik, yorğunluq müşahidə olunur.
  • İnfiltrativ mastit.
    Bu zaman süd vəzində bərkimə daha da artır, əlamətlər daha qabarıq olur. Ümumi əlamətlər daha kəskin olur.
  • Destruktiv mastit.
    Yəni əgər iltihabi proses davam edirsə, xəstə müalicə almırsa, o halda iltihabın alterasiya mərhələsi – destruksiya baş verir. Süd vəzi qanqrenaya uğrayır və belə qadınlar süd vəzini itirir. Yəni onlarda sanitar məqsədlə qanqren olunmuş süd vəzinin amputasiyası icra olunur. 

Ona görə də istənilən yaş qrupu, istənilən forma mastitlər olan qadınlardan tövsiyəmiz odur ki, əgər özlərini nəsə bir buna uyğun əlamətlər hiss edirlərsə, mütləq həkimləri ilə danışsınlar.

Dr. Rumiyə Maçanova Həkim-ginekoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir