Kateqoriyalar
Ginekologiya

Hamiləlik haqqında pasiyentlərin suallarına cavablar

Hamilə olduğumuzu bildikdə ginekoloqa nə vaxt müraciət etməliyik?

Əgər xanımların menstrual tsiklləri requlyardırsa, günü keçmiş xanımlarda, əlbəttə, hamiləlik testi edirik və test müsbət olduğu halda dərhal ginekoloqa müraciət etməsi tövsiyə olunur.

İlk müayinəmiz ultrasəs müayinəsindən ibarətdir və bu zaman biz döl kisəsini uşaqlıq içərisində izləyirik.

Bundan sonrakı müayinələrimiz 12-ci həftəyə qədər qan və sidik analizindən ibarətdir. 

Skrininq testlər haqqında xüsusi qeyd eləmək istəyirəm ki, onların zamanını keçirmək olmaz. İkili, üçlü və dördlü testlərimiz olur. İkili test daha həssas hesab olunur.

Dölün detaylı ultrasəs müayinəsi vaxtlarını qeyd etməliyəm. İlkin müayinələrimiz 11-13-cü həftələrdə, daha sonra 18-23-cü həftələrdə bu müayinələr məqsədəuyğundur.

Riskli hamiləliklərdə isə bu detaylı ultrasəs müayinələrinin sayını artıra bilərik. 

Hamiləlik zamanı uşaqlıq yolundan qanlı və ya qəhvəyi axıntının olması normaldırmı?

Bu əslində normal hesab olunmur. 

Əlbəttə, bu axıntılar hamiləliyin erkən dövrlərində və gec dövrlərində müşahidə oluna bilər. Erkən dövrlərdəki hamiləlikdə bu şikayətlərin əsas səbəbi düşük, inkişafdan qalma, digər səbəb progestron çatışmazlığı, endometriumdaki hər hansı bir patologiya və yaxud da ki, uşaqlıq boyunda ektropiona bağlı ola bilər.

Əksər xanımlarda hamiləlik, yəni bu şikayətlərlə müraciət olan hamiləliklərdə xanımlar hamiləliklərini sona çatdıra bilirlər. Sadəcə bu qərarı onların ginekoloqları verə bilər.

Bu şikayəti olan xanım dərhal öz həkimi ilə əlaqə saxlamalıdır, müayinəyə yaxınlaşmalıdır və ultrasəs müayinədə sadəcə biz o zaman dəqiq qərar verə bilirik ki, burada risk nə dərəcədədir və sonrakı təyinatlarımızı müəyyən edib, daha sıx müşahidələr apara bilirik.

Gec dövrün qanamaları daha riskli hesab olunur. Burada plasentada qopma, hematom sahəsinin əmələ gəlməsi, vaxtından əvvəl doğuşun əlaməti ola bilər. Ona görə də diqqətli yanaşmaq lazımdır.

İkili, üçlü, dördlü testin nəticəsi yaxşı gəlməsə, nə etməliyik?

Digər bir sual: Skrininq testlər dediyimiz ikili, üçlü, dördlü testlər zamanı əgər testin nəticəsi yüksək risk qrupu gəlirsə, yəni nəticəmiz loru dildə desək “pis gəlirsə” nə etməliyik?

Bu analizin açılışı nə deməkdir? 

Məsələn, nəticəniz gəlib ki, 1/50 nisbətində riskiniz var. Yəni sizin yaş qrupunuzda və sizin göstərişlərinizlə 50 xanımdan sadəcə birində dölün genetik xəstə doğulma riski var. Və dərhal həyəcanlanmağa ehtiyac yoxdur, müayinələrimizi dərinləşdiririk, aminiosentez və yaxud da ki kordosentez icra olunur. Və yalnız bundan sonra diaqnoz təsdiqlənər və yaxud da inkar oluna bilər.

Dəqiq doğum tarixi necə müəyyən olunur?

Ümumiyyətlə, hamiləliyin özü 40 həftə davam edən çox maraqlı və macəra dolu bir dövrdür hər bir qadının həyatında… Və biz bu zaman sadəcə təxmini doğum tarixi müəyyən edə bilirik, çünki hətta cinsi əlaqədə olduğunuz günü xatırlasanız belə mayalanma 3 gün sonra baş vermiş ola bilər. 

Bununla bağlı biz xanımın son adət tarixini, menstrual tsiklin uzunluğunu və eyni zamanda ilk ultrasəs müayinənin nəticələrini diqqətə alırıq. Biz, ümumiyyətlə, hamiləliyin 38 və ya 41-ci həftələri arasında doğumu gözləyirik normalda. Bu zaman biz müşahidələrimizi daha sıx aparırıq. Nonstress testimizi edirik, hamilə qadına gündəlik dölün hərəkət aktivliyi haqqında bizə məlumat verməsini və nəzarət etməsini tövsiyə edirik.

Vaxtı ötmüş hamiləlik nədir?

Vaxtı ötmüş hamiləlik – müddətin 42 həftəyə qədər uzanması nəzərdə tutulur. 

Bu zaman biz döldə dölyanı mayenin həcminin həddən artıq azalması, dölün dərisində quruluğun və qırışların əmələ gəlməsi, eyni zamanda kəllə sümüklərin sərtləşməsi kimi əlamətlər qeyd edirik.

Hamiləlik zamanı köp və qəbizliyin səbəbi nədir?

Hamiləliyin müxtəlif dövrlərində qadınlarımızı narahat edən bir şikayət də köp, yəni meteorizmin, eyni zamanda qəbizliyin artmasıdır. Bunun səbəblərini izah etmək istəyirəm. 

Belə ki, hamiləlik zamanı progestron adlandırdığımız hormonun miqdarı yüksək olur və nəticədə bağırsaq əzələlərinin peristaltikası, yəni aktivliyi azalır. Bununla bağlı da qəbizliyə və meteorizmə meyillilik yaranır qadınlarda.

Digər bir səbəbi uşaqlığın hamiləliyin irəliləyən həftələlərində sürətlə böyüməsi nəticəsində bağırsaqların öz yerlərini dəyişməsi və yerinin daralması ilə bağlı hərəkət aktivliyinin azalması ilə izah edirik.

Hamiləlik zamanı ürəkbulanmanın səbəbi nədir?

Bunların əksəriyyəti hamiləliyin erkən dövrlərində müşahidə olunur ki, hamiləlik toksikozu deyirik, erkən dövrün toksikozlarını qeyd edirik… 

Əsas səbəb hamiləlik hormonu olan xorionik qonadotropinin qanda çox sürətlə artmasıdır. Və bu artma 12-ci həftəyə qədər davam edir, daha sonra eyni səviyyədə hamiləliyin sonuna çatır. Hormonların həddən artıq sürətli artması, hamilə qadınlarda ürəkbulanma, yuxululuq, halsızlıq kimi şikayətlər verə bilər.

Hamiləliyin irəliləyən dövrlərində ürəkbulanmanın və mədədə həssaslığın səbəbi isə qeyd etdiyimiz kimi, uşaqlığın həddən artıq sürətlə böyüməsi və mədə-bağırsaq sistemi təzyiqlə bağlıdır.

Hamilə qadınların qidalanma rejimi necə olmalıdır?

Biz hamilə qadınlarımıza az-az və tez-tez qidalanma tövsiyə edirik. Eyni zamanda buxarda və sobada bişmiş qidalar məsləhətlidir. Mövsümə uyğun meyvə, tərəvəz, ağartı məhsulları, eyni zamanda həftədə ən azı 3-4 dəfə mal əti və balıq, yəni dəniz məhsulları qida rejiminə daxil edilməlidir.

Bununla yanaşı, havada gəzinti, gün ərzində ən azı 2 saat müddətində təmiz havada gəzinti və qəbul edilən mayenin miqdarına xüsusi diqqət etmək lazımdır. 

Belə ki, günlük qəbul olunan mayenin miqdarı 1,5-2 litrə qədər olmalıdır. Bu yalnız sudan ibarət deyil, bunlara həmçinin gündəlik qəbul etdikləri şorba, meyvə şirələri və meyvələr daxildir.

Dr. Məhbubə Mirzəyeva, mama-ginekoloq

33 replies on “Hamiləlik haqqında pasiyentlərin suallarına cavablar”

Salam aybawi 1gun oldum kesildi 2gun sonra bulanti baw dönmə yuxulu kimi olmaqa başladım test yoxladim 2cixmiwdi bugünde yoxladim 1cixdi aradada axıntı olur ne etməliyəm və ne başa duwmeliyem

Salam hekim aybawi 1gun oldum kesildi 2gun sonra bulanti baw dönmə yuxulu kimi olmaqa test yoxladım 2cixdi bu günde yoxladım 1cixdi aradan axıntı olur ne etməliyəm nə bawa duwmeliyem hamiləyəm yoxsan deyilem

Salam, qandan hamiləlik testi – HCG versəniz dəqiq bilinəcək hamilə olmağınız.
Dr. Məhbubə Mirzəyeva Cərrah Mama-Ginekoloq

Salam Hekim Məndə 9 hefdelik hamiləyəm vaginal axintim yoxdu ürəy bulanmam yoxdu 5 ya6 ci həfdede ürəy bulanmam oldu indi yoxdur.İnkisafdan qala bilərmi.Sinemde ağrılarım var

Salam, sadaladıqlarınız hamiləliyin dolayı əlamətləridi, Ultrasəs müayinədə necə inkişaf etdiyini dəqiq biləcəksiz.
Dr. Məhbubə Mirzəyeva, Cərrah Mama Ginekoloq

Salam hekim men hamileyem uzide
hekim menden sorusdu ki axirinci defe ne vaxt aybasi olmusan . Men aybasinin ilk gununu demeliydim yoxsa qurtardigi gunu ? ?

Salam. 3 dəfə aptek testi aldım, hamilə çıxmadım. Xq analizində hamiləlik göstərdi. Lakin səhvən aybaşınn lk gününü səhv demişəm. 7 si yerinə 5i demişəm. Nəzərə alınır haçansa?

salam hekim hekim men noyabrin 1 oludum ay bawi ve 5 i qutardim ve noyabrin 29 u yene ay aybawi oludum dekabrin 1 i qutardim ve ayin 6 si test salidim ikinci xett zeyif gosterdi ve yene 10 salidim test yene zeyif ikinci xett gosterdi bugun ise salidim bir xett gosteerdim belimde heddssiz agirlae var qarnimin altinda ilk hamilekde olmuyub bele weyler ve keserle olmuwam teze bir il il bitdi olan keser yerimde agiryir ve yandir sizce hamileyen men yoxusa

Salam. Qandan hamiləlik testi-HCG analizi verin.
Dr. Məhbubə Mirzəyeva, Cərrah Mama-Ginekoloq

Salam hekim bagiwliyin siz narahat edirem.Men hamilelikden nece qoruna bilerem?derman vasitesi istemirem tebi yolla nece qorunum?zehmet olmasa cvb verediz

Salam, təbii üsulla qorunma şansı çox aşağıdır, Uşaqlıq daxili vasitə (Spiral) 98 % hamiləlikdən qoruyur.
Dr. Məhbubə Mirzəyeva, Cərrah Mama-Ginekoloq

Salam doktor 12 həftəlik hamiləyəm 37 yarım qizdirmadayam dünəndən və boğazım gəlib boğazımı liqola silə bilərəm?

Salam doktor mən sizdən məsləhət almaq istiyirəm.16.03.2022-ci il tarixində mən XQ testi verdim heçnə göstərmədi.ayın 19dan ürək bulanma qaytarmalar başladı məndə.Nəzərinizə çatdırım ki, aybaşım 26sı olmalıdır.testi tez yoxladığıma görə elə göstərmiş ola bilər?birdə qarnımda cuzi sancı var.

Salam
Mən 5ci kesr 7ay bundan öncə olub
Hələ menstirasiya olmamışam,çünki süd verirəm.
Bu gün test etdim 2ci xətt il öncə göstərmədi, bir az gözlədikdən sonra solgun göstərdi2ci xətt
Yəni mensturasiya olmadan özü də əməliyyat sonra çox az vaxt keçib,süd də verirəm…
Bu halda hamiləlik mümkündürmü?

Salam.8 aylıq hamiləyəm.hələ heç bir prablem olmayıb.amma bu gün anis bölgəsindən qan gəlir.az miqdarda.nə qədər təhlükəli ola bilər hamiləlik üçün.zəhmət olmasa.

Salam men kriptik hamilelik haqqinda genis oyrenmek isteyirem cunki kriptik hamile oldugumnan subhelenirem hamilelik elametlerim var coxdandir ancag ne evde etdiyim testde ne qanda ne de uzi de hec ne gorunmur

Salam. Mən axrıncı dəfə aprelin 20si aybaşı olmuşdum, indi isə mayın 25dir gecikmə baş verir. Test isə mənfi göstərir. Sizcə hamiləyəm mən?

Salam hekim. Menim reglime 4 gün var. Ama 3 defe sidik testi etmişem be üçündede iki xett çixib ama biri solğun olub. Bu günde etdim ama o solğun xett çixmadı bu ne anlama gelir?

Salam, sidik testi yanlış müsbət göstərə bilər, adət tarixinizdən keçdikdən sonra test etməyiniz, daha düzgün isə qandan hamiləlik testi verməyiniz tövsiyə olunur.
Dr. Məhbubə Mirzəyeva, Cərrah Mama Ginekoloq

Salam 15 gündür menstruaciya vaxtınnan kecib, 5 6 defe hamiləlik testi etmişəm, hamısında 2 ci xətt zəif görsədir,ilk gunler sinem agriyirdi, amma artiq hecne hiss etmirem,ve sarimtil cirke oxşayan axını gelir , bu hamiləlikdir yoxsa?

Salam cavablandirsaz sevirem
6 gun evvel cinsi elaqede olmusam amma boşalma olmayib.3 gun sonra test eledim neqativ cixdi.Amma indi 2 gundur ureyim bulanir arada ve qarnimda agrilar var.Hamileyem ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir