Kateqoriyalar
Pediatriya

Uşaqlarda artıq çəkinin müalicəsi

Artıq çəkidən necə azad ola bilərik, necə müalicə aparılır?

Ümumiyyətlə, yemək yemək həyat tərzidir. Çünki bir uşaq əgər anadan olandan etibarən yemək yeməyi həyat tərzi olaraq yaşayırsa, bizim həyat tərzini dəyişdirməyimiz lazımdır. 

Həyat tərzinə bağlı artıq çəki ilə mübarizə

Deyək ki, biz uşağı yazdırdıq “fitness”ə, üzgüçülüyə, ya da ağır idman növlərinə yazdırdıq və yaxud hər səhər deyək ki, səhər durdu başladı qaçmağa… Bunların faydası var, amma qalıcı şeylər deyil. 

Pandemiya səbəbilə idman zalları bağlandı. Bu da bizim təkrar çəkini almağımız üçün bəhanədir. Amma biz həyat tərzimizi dəyişdirsək, deyək ki, şəkərli qidalardan uzaq dursaq, şəkərli içkilərdən uzaq dursaq, daha çox hərəkət etsək, qısa məsafələrə piyada getsək və ya hər gün axşam və ya səhər olsun, yürüyüşü özümüzə bir adət halına gətirsək… Sadəcə qaçaraq idman olmur, sürətli yeriməklə də idman olur. Gündəlik özümüzə hədəf qoysaq, məsələn, “Mən bu gün 5 km yeriyəcəyəm” və ya 6 km, 10 km… Pasiyentdən-pasiyentə dəyişir. Bu şəkildə həyat tərzimizi dəyişdirməklə çəki ata bilərik. 

Endokrin problemə bağlı artıq çəki ilə mübarizə

Digər tərəfdən də əgər uşaqda endokrin problem varsa, deyək ki, zob problemi varsa və ya şəkər problemi varsa, yəni insulin müqaviməti problemi varsa, ona müalicə verməklə biz çəkisinin atmasına köməklik edə bilərik. Dərmanlarla müalicə, ümumiyyətlə, 10-11 yaşdan sonra başlanılır. O yaşa qədər hər hansı bir müalicəsi yoxdur. Sadəcə həyat tərzini dəyişərək və diyetayla çəkimizi atmalıyıq və bu xəstəliklərdən azad olmalıyıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir