Proktoloji xəstəliklər içərisində ən geniş yayılanı babasil xəstəliyidir. Babasil xəstəliyi nədir? Necə yaranır? Babasil xəstəliyi düz bağırsaqda olan venoz kələflərin, venoz damarların durğunluq səbəbindən qanla dolub şişməsi nəticəsində yaranır. Bəs bu durğunluğa səbəb nədir? Durğunluğa səbəb, əsasən, xroniki qəbizlik, xroniki ishal, qadınlarda hamiləlik və doğuş prosesidir. Həmçinin bəzi xəstəliklərdə portal hipertenziya, qaraciyər sirrozunda durğunluq yarana […]
Category: Cərrahiyyə
Anal çatlar
Anal çatlar “dentate line”dan “anal verge”ə qədər uzanan linear yırtıqlardır, mukoza yırtıqlarıdır. Bunlar, adətən, qan dövranı çox zəif olan anusun arxa divarında, posterior divarda və doğum eliyən qadınlarda anterior divarda görülür. Bəzən də atipik olan lateral divarda olan çatlar da olur. Xəstələr, adətən, tualetdə çox şiddətli, “şüşə kəsər kimi” ağrı ifadə edirlər və nəcis kütləsinə […]
Süd vəzi xərçəngi
Məmə kanseri, yəni süd vəzi xərçəngləri dünyada hər səkkiz qadından birində görülməkdədir və xərçəngə bağlı ölüm səbəbləri arasından ən ön sırada gəlməkdədir. Bu səbəblə də qadınlarımızın məmə kanserinə qarşı bir az daha diqqətli olmasını məsləhət görürük. Kimlər süd vəzi xərçəngi riski altındadırlar? Hansı xəstələrimizə biz, xüsusilə, diqqət etməyimiz lazımdır? Ailəsində məmə xərçəngi hekayəsi olan, yumurtalıq […]
Mastopatiya (artıq) xəstəlik deyil
Əvvəllər mastopatiyalar xəstəlik olaraq qəbul olunurdu. Müasir dövrdə müəyyən olunmuşdur ki, qadınların təqribən 50 faizində bu cür dəyişikliklər var.
Anesteziya qorxusu
Əməliyyata gələn xəstələrin 90 faizi əməliyyatdan daha çox narkozdan, yəni anesteziyadan qorxurlar. Bunun da əsas səbəbi əməliyyatla bağlı müəyyən qədər fikrə sahib olsalar da, anesteziya ilə (narkozla) bağlı bilmədikləri bir şeylə qarşılaşacaqları üçün “qulaqdan dolma” bilgilərə daha çox üstünlük verirlər. Ümumiyyətlə, qorxularının biz neçə səbəbi ola bilər. Bir qisim xəstələr əməliyyat sırasında narkozdan oyanacağını və […]
Bariatrik əməliyyat kimlər üçündür?
Deməli, pasiyentlərin bir çoxuna maraqlıdır ki: Hansı xəstələr bariatrik əməliyyata gedə bilər? Çünki bir sıra kateqoriyalı xəstələr var ki, onlar hətta ömür boyu çəki ilə yaşayırlar və düşünürlər ki, bunlara əməliyyat olmaz. Biz bunu necə müəyyənləşdiririk? Əgər bir pasiyentin bədənində 30 kilo və onun üzərində piy varsa, deməli, əməliyyat göstərişi doğur. Bədənimizdə 30 kilo və […]
Qadınlarda süd vəzisindən olan axıntılar
Mövzunun aktuallığı ondan ibarətdir ki, cəmiyyətdə bu vəziyyət 5-10 faiz hallarda, doğurqanlıq çağında olan qadınlarda 80 faizində heç olmasa ömründə bir dəfə müşahidə olunan bir haldır. Süd vəzisi giləsindən olan ifrazatlar qadınları narahat edən vəziyyətdir. Səbəbi ondan ibarətdir ki, doğuranda bunların bir qisminin altından süd vəzisinin bədxassəli şişləri çıxır. Amma narahatlığa əsas yoxdur. Bizim bu […]
Mastitlər
Mastit süd vəzinin iltihabi xəstəliyidir. Mastitlər laktasion və qeyri-laktasion olmaqla 2 qrupa bölünür. Laktasion mastitlər, yəni süd verən analarda təsadüf olunan süd vəzinin iltihabı xəstəliyidir. Qeyri-laktasion mastitlər isə süd verməyən analarda, qızlarda təsadüf olunan mastitlərdir. Laktasion mastitlər Laktasion mastitlər haqqında danışarkən ilk növbədə onu demək istəyirəm ki, anqorjmanı aydınlaşdırmaq lazımdır. Yəni ki, doğuşdan sonra ilk […]
Süd vəzisinin iltihabi xəstəlikləri
Süd vəzisinin iltihabi xəstəlikləri süd vəzisinin dərisinin qızarması ilə, eriteması ilə, eyni zamanda bəzən süd vəzisinin ağrıması ilə müşahidə olunan xəstəliklərdir. Süd vəzisinin iltihabi xəstəlikləri süd vəzisinin dərisinin xəstəlikləri, hansı ki, bu xəstəliklər süd vəzisinin dərisində olan tük kökünün iltihabı olan foluklit dediyimiz və ya fronkul dediyimiz xəstəlik, qızılyel dediyimiz xəstəlik və s. şəklində iltihabi […]