Kateqoriyalar
Cərrahiyyə

Süd vəzi xərçəngi

Məmə kanseri, yəni süd vəzi xərçəngləri dünyada hər səkkiz qadından birində görülməkdədir və xərçəngə bağlı ölüm səbəbləri arasından ən ön sırada gəlməkdədir. Bu səbəblə də qadınlarımızın məmə kanserinə qarşı bir az daha diqqətli olmasını məsləhət görürük.

Kimlər süd vəzi xərçəngi riski altındadırlar? Hansı xəstələrimizə biz, xüsusilə, diqqət etməyimiz lazımdır?

Ailəsində məmə xərçəngi hekayəsi olan, yumurtalıq xərçəngi hekayəsi olanlar risk altındadırlar, hormon əvəzedici terapiya gören xəstələrimiz, “sedantal” həyat tərzi keçirən irəli yaşlı qadınlar, obez qadınlar, özəlliklə də, erkən yaşda menstrual qanama, aybaşı qanamasını görənlər, gec menopauzaya girən xəstələrimiz və xüsusilə, gec doğuş edən, 35 yaşın üzərində əmizdirən qadınlarımız, gecə növbəsində çalışan qadınlarımız bir az daha diqqətli olmalıdırlar bu mövzuda.

Kişilərdə süd vəzi xərçəngi riski

Bəs süd vəzi xərçəngi kişilərdə də görülə bilərmi, yoxsa sadəcə qadınlardamı görülür?

Süd vəzi xərçəngi 1 faizin altında da olsa, kişilərdə də görülə bilir. Özəlliklə, ailəsində genetik mutasiya olan kişilər, radiasiyaya məruz qalanlar, obezitə və siroz səbəbiylə estrogen/androgen balansı pozulan insanlarda, kişilərdə, Klaynfelter sindromlu kişilərdə biz süd vəzi xərçəngi görə bilərik. Bir az daha diqqətli olmalarını məsləhət görürük.

Qadınların özünü müayinəsi vacibdir

Süd vəzi xərçəngi üçün özəlliklə, öncəliklə xəstənin özünün özünü mütəmadi müayinə etməsi məsləhətdir. Çünki birinci, öncəliklə, siz bunu təsbit edib sonradan həkiminizə müraciət edirsiniz. O səbəblə də ayda 2 dəfə hamamda qadınların güzgü önündə duraraq, özəlliklə, süd vəzi müayinələrini etmələrini məsləhət bilirik. 

Süd vəzi xərçənginin əlamətləri

Burada diqqət edilməsi gərəkən süd vəzində asimmetriya varsa… Bəzən struktur olaraq anatomik assimetriyalar olur, bunlar əhəmiyyətli deyil. Bizi maraqlandıran asimmetriya tamamilə xərçəng hüceyrəsinin süd vəzisini tutmasına bağlı olaraq çəkilmələr “inverted nipple” dediyimiz məmə başında çökmələrin olması, bununla yanaşı məmədə “dermal lenfatiklerin” tıxanmasına bağlı olaraq məmə cildində dərisində “peau d’orange” olaraq dediyimiz portağal qabığı görünüşünün olması ciddi siqnaldır. Məmə başı axıntıların olması, məmə başı axıntılarının da, özəlliklə, əgər bunlar qanlı və yaxud şəffaf rəngli məmə baş axıntıları varsa, xəstəmizin diqqət etməsi lazımdır. 

Xəstələrimiz, xüsusilə, bizə məmədə ələ gələn ağrısız kütlələrlə gəlir. Amma bu o demək deyil ki, məmədə ağrılı bir kütlə varsa, tamamən biz güvəndəyik. 5% ehtimalla ağrılı kütlələrin altından da süd vəzi xərçəngi çıxa bilir. 

Qoltuqaltı limfa düyünləri də müayinə olunmalıdır

Önəmli bir məsələni də qeyd edim. Məmənin limfatik drenajının 75 faizi qoltuq altına olduğu üçün qoltuq altı müayinəsini də axsaltmamalıdırlar və əlbəttə, təsbit etdikləri hər hansı bir patoloji vəziyyətdə mütləq və mütləq ixtisaslı cərraha müraciət etməlidirlər.

Uzman Dr.Günel Məmmədova, Ümumi cərrah – mammoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir