Kateqoriyalar
Cərrahiyyə

Bariatrik əməliyyat kimlər üçündür?

Deməli, pasiyentlərin bir çoxuna maraqlıdır ki: Hansı xəstələr bariatrik əməliyyata gedə bilər? Çünki bir sıra kateqoriyalı xəstələr var ki, onlar hətta ömür boyu çəki ilə yaşayırlar və düşünürlər ki, bunlara əməliyyat olmaz.

Biz bunu necə müəyyənləşdiririk?

Əgər bir pasiyentin bədənində 30 kilo və onun üzərində piy varsa, deməli, əməliyyat göstərişi doğur. Bədənimizdə 30 kilo və onun üzərində piy varsa, bu, o deməkdir ki, artıq sizin metabolizmanız pozulub, idman və diyet və vasitələri çox da işə yaramayacaq. Elmi araşdırmalar göstərir ki, bu pasiyentlərin təxminən 98-99 faizi uğursuz olur.

“20 kilo arıqlamaq nədir ki?” deyirsinizsə…

Bəzən bunlar deyirlər ki, “Nədir 20-15 kilo çəkini atmaq?” Söhbət çəkini atmaqdan getmir. Söhbət burada atılan çəkinin qorunub saxlanmasından gedir. Yəni, elmi araşdırmalar göstərir ki, pasiyentlər çəkisini atdıqdan sonra bu pasiyentlərin 98-99 faizi uğursuz olur. Təzədən yenə həmin kilonu yığırlar. Hətta onun üzərində daha çox kilo yığmağa başlayırlar.

Ondan ötrü, əgər pasiyentin vücudunda 30 kilo və onun üzərində piy varsa, artıq çəki varsa, o zaman biz birbaşa əməliyyat məsləhət görürük.

Boyunuza 30 əlavə edin

Necə deyə bilərik ki, pasiyentin bədənində 30 kilo piy var, artıq piy var?

Bu çox sadədir. Bədən Kütlə İndeksi dediyimiz bir vasitə var, onunla hesablayırıq. 

Amma sadə vətəndaş bəsitcə belə hesablaya bilər: Əgər sizin boyunuz nədirsə, onun üzərində 30 gəlin. Məsələn, boyunuz 1.60 m., 90 kilo və üzərində çəkiniz varsa, əməliyyat düşür sizə. Və yaxud boyunuz 1.75-dir, o zaman üstünə 30 gəlir 105 kilo və onun üzərində artıq çəki varsa, o zaman siz əməliyyata uyğunsunuz. Və yaxud 1.55 m boyunda bir xanım pasiyent əgər onun çəkisi 85 kilo və onun üzərindədirsə, o zaman əməliyyat göstərişi olur.

Və bu pasiyentlər, adətən, əməliyyatdan fayda görür. Yəni dieta və idman vasitələrindən, demək olar ki, fayda görmə ehtimalı çox azdır.

Uzm. Dr. Elşad Rzayev, Bariatrik & Metabolik cərrah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.