Kateqoriyalar
Cərrahiyyə

Qadınlarda süd vəzisindən olan axıntılar

Mövzunun aktuallığı ondan ibarətdir ki, cəmiyyətdə bu vəziyyət 5-10 faiz hallarda, doğurqanlıq çağında olan qadınlarda 80 faizində heç olmasa ömründə bir dəfə müşahidə olunan bir haldır.

Süd vəzisi giləsindən olan ifrazatlar qadınları narahat edən vəziyyətdir. Səbəbi ondan ibarətdir ki, doğuranda bunların bir qisminin altından süd vəzisinin bədxassəli şişləri çıxır. Amma narahatlığa əsas yoxdur. Bizim bu mövzuda danışmağımızın əsas səbəbi insanlarımızı, qadınlarımızı marifləndirməkdir.

Süd vəzi giləsindən olan ifrazatların böyük əksəriyyəti ya önəmsizdir, ya da xoşxassəli patologiyalardır. Çox az bir qismində bədxassəli patologiyalar müşahidə oluna bilir.

Süd vəzisi giləsindən olan axıntıların fərqləri

Süd vəzisindən olan axıntıların rəngi, miqdarı, bir və ya hər iki süd vəzisindən olması, bir axacaqdan və ya bir necə axacaqdan olması əhəmiyyətlidir və bizim diaqnoz qoymağımızda, bu cür xəstələri yönləndirməyimizdə və müalicəmizdə önəm ərz edir.

Hər iki süd vəzisində axıntı varsa

Hər iki süd vəzisində ifrazat varsa, əgər bir neçə kanaldan ifrazat varsa və bunu qadın sıxdığı zaman ifrazat gəlirsə, bunlar çox vaxtı xoşxassəli ifrazatlardır və rəngi, adətən, bunların “serroz” dediyimiz ağımtıl, sarımtıl və ya bozumtul. Bax, bu şəkildə olan ifrazatlardır. Çox vaxt da əhəmiyyətsiz olur.

Təkcə bir süd vəzisində axıntı varsa

Yox əgər süd vəzisinin birində ifrazat varsa, bir axacaqdan ifrazat varsa, gələn ifrazat daha çox qanlıdırsa, və bu spontan olursa, yəni özü-özünə gəlirsə belə olan halların 10-20 faizində süd vəzisində bədxassəli şiş, yəni xərçəng ola bilər və bunun əlaməti olaraq təzahür edə bilər.

Yəni burada diqqət etməyimiz gərəkən, yəni bir süd vəzisində olub, qanlı xarakterdə olub və özü-özünə gələn hallarda belə 80-90 faiz hallarda bunların altından başqa xoşxassəli patologiyalar çıxır. Sadəcə 10-20 faizində bədxassəli patologiya, yəni süd vəzinin xərcəngi müşahidə oluna bilir.

Ümumiyyətlə, süd vəzisindən ifrazat varsa, mütləq həkimə müraciət etmək lazımdır, süd vəzi cərrahiyyəsi təcrübəsi olan həkimə.

Süd vəzi giləsindən axıntılar zamanı diaqnoz metodları

Belə olan xəstələrdən biz anamnez alırıq, süd vəzini fizikal müayinə edirik, ultrasəs müayinəsi edirik, 40 yaşın üzərində olanlara mamoqrafiya əlavə edirik. Bu xəstələrin böyük qismində süd vəzisində hər hansı törəmə əllənmiyə bilər, amma instrumental müayinələrdə hər hansı bir patologiya aşkarlana bilər.

Gələn ifrazat əgər qanlıdırsa, şübhəli xarakterdədirsə, biz onlardan sitoloji incələnməyə, xalq dilində desək “əkilməyə” göndəririk. Eyni zamanda “duktorqrafiya” dediyimiz həmin axacağın rentgen müayinəsini edirik və ya “duktoskopiya” dediyimiz son müayinə şəkli var, hələ ki, Azərbaycanda yoxdur, həmən axacaqların içərisi görüntülənə bilir. Üstünlüyü ondan ibarətdir ki, əgər orada “intraduktal papiloma” dediyimiz xoşxassəli törəmələr varsa, eyni zamanda müdaxilə olunub onlar çıxarıla bilir.

Süd vəzində xoşxassəli axıntıların səbəbləri

Süd vəzisində xoşxassəli ifrazatların bir qismini istifadə olunan dərman preparatları, təzyiq preparatları, antidepressantlar, antipsixotik dərman preparatları, bəzi mədə qoruyucuları, oral kontraseptivləri – yəni hamiləlikdən qorunma preparatları, bunlar əmələ gətirə bilər. “Hipofizin adenomaları” dediyimiz törəmələr, “qalakteriya” dediyimiz – süd vəzinin süd ifrazına səbəb ola bilər. 

Bir də unutmamaq lazımdır ki, qadınlarda hamiləlik dövründə və doğuşdan sonra 2 il ərzində süd vəzisindən süd ifrazı ola bilər.

Süd vəzi giləsindən axıntılara ciddi yanaşmalıyıq, amma fikir etməməliyik

Yekun olaraq qeyd etməyimiz gərəkən budur: 

  • Əgər süd vəzisində özü-özündən ifrazat yoxdursa, bu əhəmiyyətsizdir və bir süd vəzisində ifrazat yoxdursa, əgər bu qanlı ifrazat deyilsə, adətən bunların əhəmiyyəti yoxdur. 
  • Və bir süd vəzisində qanlı, özü-özünə olan ifrazatların belə 80-90 faizi xoşxəssəli patologiyalardır, müalicəsi də rahatdır. Onların sadəcə 10-20 faizinin bədxassəli törəmələri təşkil edir.

Yenə də bu cür hallarda həkimə müraciət etmək lazımdır, amma fikir eləmək lazım deyil.

Sağlam olun!

Uzm. Dr. Niyazi Eminov, Ümumi cərrah

26 replies on “Qadınlarda süd vəzisindən olan axıntılar”

Salam doktor narahat ediremse uzurlu sayin.Doktor menim sag dosumde qanli ifrazat axir .1 il once her iki dosumde sarimtil sud kimi ifrazat var idi. indi ancaq sag dosumde qan kimi ifrazatdi ama agri qizdirma yoxdu.Doktor bu neyle elaqeli ola biler ?cox qorxuram.29 yasim olacaq 3 ovladim var . Bu xercengin elameti ola biler doktor?

Salam. Süd vəzisindən ifrazatlar ola bilər, öz özünə gəlmirsə, bunun çox da önəmi yoxdur. Spontan dediyimiz özü özünə ifrazat varsa, bu önəmlidir. Qanlı ifrazatın altında bəd xassəli bir səbəb ola bilər. Amma çox vaxtı xoşxassəli patalogiya olur. Nadirən altından bədxassəli bir şey çıxır. Müayinəyə gələ bilərsiniz. USM olmalısınız. Lazım gələrsə başqa müayinələrdən də keçilməlidir. Bu nəticələrə görə neyləmək lazım olduğuna qərar veririk. Xəstəni müayinə etmək məsləhətdir.
Uzman Dr Niyazi Eminov, Ümumi, Mammoloq, Onkoloq Cərrah

Salam doktor mən hər iki süd vəzinin fibroadenomasından əməliyyat olmuşam sol süd vəzidən qanlı az miqdarda axıntı var içərisində ürək kimi döyüntü var bu nə ilə əlaqəli olar

Salam Aygün xanım.
Şikayətiniz ilə əlaqədar olaraq müraciət etsəniz yaxşı olar. Müayinə olunmalıdır. USM təkrarlanmalıdır. Lazım olarsa doktoqrafiya deyilən müayinədən də keçirilməlidir. Ona görə müayinə olunsanız yaxşı olar.
Uzman Dr Niyazi Eminov, Ümumi, Mammoloq, Onkoloq Cərrah

Salam hekim men 30yasim var sol döşumde bərk sixdigda bir damcı ağ maye gelir ve aybaşı vaxtımda döşlərim agrayir bu aybaşıdan ola bilər qorxuludu

Salam Xəyalə xanım.
Süd vəzisini sıxanda əgər ordan ifrazat gəlirsə, bu normaldır. Biz o vaxt xəstəlik qəbul edirik ki, süd vəzisindən özü özünə maye gəlsin. Bu qeyd etdikləriniz normal sayılır, problem yoxdur. Aybaşı dövründə süd vəzisində ağrının olması da normal haldır. Bunlar normal fiziolojik hadisələrdir.
Uzman Dr Niyazi Eminov, Ümumi, Mammoloq, Onkoloq Cərrah

Salam doktor. Sağ sinə nahiyəsində orta hissədə yumru şişəbənzər bir yığıntı var. Əl vurduqda hiss olunur. Bərk basdıqda ağrı verir. Təsadüfən aşkarladım. 3-4 gün olar. İnternetdən axtarış etdim Mastopatiya xəstəliyinə bənzədirəm. Bəlkə də yanılıram Xərçəngdir. Ondan sonra dünən əlimlə bərk sıxdıqda süd vəzisindən ağ südə bənzər maye gəlir. Hər iki süd vəzisindən bu axıntı bərk sıxıldıqda gəlir. Şiş sağ hissədədi ama axıntı hər ikisindən gəlir. Bu hal məni narahat edir. Nədən ola bilər? Müayinə üçün hara yaxınlaşa bilərəm? Öncədən qeydiyyat lazımdırmı?

Salam.mənim döşümde sıxanda ağ maye gelir 1 döşümden.bu ay aybaşı 1ci günü oldu.sizce nigaran olmalıyam

Salam.
Süd vəzisini sıxanda əgər ordan ifrazat gəlirsə, bu normaldır. Biz o vaxt xəstəlik qəbul edirik ki, süd vəzisindən özü özünə maye gəlsin. Bu qeyd etdikləriniz normal sayılır, problem yoxdur. Aybaşı dövründə süd vəzisində ağrının olması da normal haldır. Bunlar normal fiziolojik hadisələrdir.
Uzman Dr Niyazi Eminov, Ümumi, Mammoloq, Onkoloq Cərrah

Doktor 32 yaşım var aybaşıdan öncə ağrı olur birde sıxdıqda bir süd vəzində ağ maye olur çox qorxuram

Salam. Süd vəzisini sıxanda əgər ordan ifrazat gəlirsə, bu normaldır. Biz o vaxt xəstəlik qəbul edirik ki, süd vəzisindən özü özünə maye gəlsin. Bu qeyd etdikləriniz normal sayılır, problem yoxdur. Aybaşı dövründə süd vəzisində ağrının olması da normal haldır. Bunlar normal fiziolojik hadisələrdir.
Uzman Dr Niyazi Eminov, Ümumi, Mammoloq, Onkoloq Cərrah

Salam doktor. Mənim hər iki döşümün ətrafından yəni piy vəzilərində ağımtıl axıntı olur, giləsində isə ağrı olur. Nə ilə əlaqəli ola bilər? Qorxuludurmu?

Salam doktor.men 35 yasin var.sud vezileribde axar genislemesi duyun kista var.sixdikda axinti olur.hemcindw agrilar olur sol qolaltida goyneme kimi.agirlik hiss edirem.sebeb nedi.sud vezi uzeri ise yaralar olur.

Salam. Qeyd etdiyiniz şikayətlər ilə əlaqədar olaraq müayinəyə gəlmək lazımdır. Burda xüsusi olaraq bir şey qeyd etmək istəyirəm; süd vəzisini sixarkən ifrazatın olması xəstəlik hesab olunmur, əgər özü özünə ifrazat varsa, onu biz xəstəlik hesab edirik. Amma yuxarıda qeyd olunan şikayətlər üçün əlbəttə Mammoloq müayinəsi gərəkdir.
Uzman Dr Niyazi Eminov, Ümumi, Mammoloq, Onkoloq Cərrah

Salam həkim mənim döşümdə sancı şəkilli ağrı var döşümü sıxanda sarı yapışkan maye gəlir. Birdə qeyd edim hamiləlikdən qorunmaq üçün tabletka qəbul edirəm

Salam. Süd vəzini sıxdığımız zaman ifrazatın gəlməyi normaldır. İfrazat öz özünə gəldiyi zaman xəstəlik hesab olunur. Amma yenə də müayinə də olmaqda fayda var.
Uzman Dr. Niyazi Eminov, Ümumi, Onkoloq, Mammoloq Cərrah

Salam doktor menim 39 yaşım var menim sol döşumde keçen ildən hiss edirdim ki, bulanıq axıntı var, indi ise sıxdıqda o axıntının goruremki gelir bu ne ile əlaqeli ola bilər? Öncədən təşəkkür edirəm

Salam Elnarə xanım. Süd vəzisindən olan ifrazat öz özünə gəlirsə, bu bir patalogiyadır. Bunu araşdırmaq lazımdır. Süd axacaqlarının geniş olmasına bağlı içərisində intraduktal papilloma dediyimiz xoşxassəli törəmələr ola bilər. Qanlı axıntıdırsa, hətta süd vəzi xərçəngi xərçənginə bağlı olmuş ola bilər və xəstə müayinəyə gəlməlidir.
Uzman Dr Niyazi Eminov, Ümumi, Mammoloq, Onkoloq Cərrah

Salam. Süd vəzisindən öz özünə olan axıntını araşdırmaq lazımdır. Bu müxtəlif səbəblərdən ola bilər. Hətta qanlı axıntıdırsa, bu süd vəzi xərçəngi də ola bilər. Ona görə araşdırmaq lazımdır. Həkimə müraciət etmək lazımdır.
Uzman Dr Niyazi Eminov, Ümumi, Mammoloq, Onkoloq Cərrah

Salam doktor mənim sağ döşümü sıxdıqda az çox az lap sıxdıqda qanlı ifrazat gəlir .Sol döşümdə isə ağ ifrazat gəlir sıxdıqda .Sol döşüm zədə almışdı bir ay öncə onla bağlı ola bilər ? Qorxuludurmu bu hal?

Salam. Süd vəzisindən sıxdığımız zaman ifrazatın gəlməyi patoloji hesab olunmur. Amma yenə də Mammoloq müayinəsində olmağınızda fayda var.
Uzman Dr Niyazi Eminov, Ümumi, Mammoloq, Onkoloq Cərrah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir