Enurez son 3 ayda ən az ayda 1 dəfə gecə yatarkən sidik qaçırmasına deyilir.
Enurez və “işəmə disfunksiyaları”na nə aiddir?
“İnkontinans” – yəni sidik qaçırma, davamlı olur və yaxud aralıqlı olur.
- “Aralıqlı inkontinans” yatarkən və ya oyanıq halda sidik qaçırmaya deyilir.
- “Davamlı inkontinans” isə hər zaman – gecə-gündüz sidik qaçırmaya deyilir.
Bundan başqa,
- “Enurez nokturna” – gecə sidik qaçırmasına deyilir.
- “Gündüz inkontinansı” isə – sadəcə gündüz vaxtı sidik qaçırmağa deyilir.
Gecə sidikqaçırmasının növləri
Enurez nokturna “monosimptomatik” və “monosimptomatik olmayan” olur.
Monosimptomatik nədir?
Yəni, təkbaşına gecə sidik qaçırması var və aşağı sidik yolları disfunksiyası yoxdur. Əgər aşağı sidik yolları disfunksiyası varsa, bu “monosimptomatik olmayan enurez nokturna”dır.
“Aşağı sidik yollarının disfunksiyası” – buraya anatomik səbəblər və yaxud nevroloji səbəblər olmadan olan disfunksiyadır və “sidik kisəsi boynunun disfunksiyası” aiddir.
Enurez və “işəmə disfunksiyaları”nın əlamətləri
Simptomlara gəldikdə:
- sıxışma hissi,
- gecələr sidik qaçırma,
- sidiyə getmə saylarının artması – bu uşaqlarda 8 və daha çox olmasıdır və yaxud
- sidiyə getmə saylarının azalması – bu 3 və daha az olmasına deyilir,
- tutma manevraları – bəzən uşaqlar sidiyə getmək üçün qarına basmaqla, təzyiq verməklə sidiyə getmələr,
- sidiyə getdikdən sonra damcıldatmaq,
- sidiyə gedərkən yanma,
- qasıq nahiyəsində ağrı və s.
simptomlar olur.
Aşağı sidik yollarının, sfinktoru, sidik kisəsi boynunun disfunksiyası
“Aşağı sidik yollarının disfunksiyası”nı sinifləndirsək: hiperaktiv sidik kisəsi…
“Hiperaktiv sidik kisəsi” nədir?
Əsas əlaməti ani sıxışma hissi, ayaq yoluna tez-tez getmək istəyi olur. Burada detrusorun aktivliyinə bağlı olur bu isə. Hiperaktiv sidik kisəsində isə əksinə detrusor daha az yığılır və nəticədə sidiyə getmək üçün qarına basmaqla sidiyə gedir uşaq.
Bundan başqa, “disfunksional işəmə” – sfinktorun disfunksiyasına bağlı olur.
İnkontinansların içərisində isə “stress inkontinansı” fiziki aktivliyə bağlı qarın içi təzyiqin artması olur. Bunlar öskürək, fiziki idmanla məşğul olan zaman, asqırmaq və sair zamanı sidikqaçırma olur.
“Gülmə inkontinansı” uşaqların sadəcə gülmə zamanı sidik qaçırmasına deyilir…
Və “sidik kisəsi boynunun disfunksiyası”.
Enurez və “işəmə disfunksiyaları”nın diaqnostikası
Bu simptomlarla müraciət edən uşaqlarda nələrə diqqət edirik?
- Problemin işəmə və ya dolum fazasında olmağının və yaxud hər 2 fazasında olmasındandır.
- Anatomik və nevroloji səbəblər inkar edilməlidir.
- Bundan başqa müayinədə diqqət edəcəyimiz şeylər var:
- uşağın psixoloji vəziyyəti nəzərə alınmalıdır,
- anatomik səbəblərdən, məsələn, “posterior uretral valv”ı varsa, sidiyə getmənin zəif olması ola bilər.
- Müayinədə sidik kisəsinin ultrasəs müayinəsi zamanı diqqət edirik sidik kisəsinin həcminə,
- sidiyə getdikdən sonra qalıq sidik varmı ona diqqət edirik,
- “Urofloumetriya”dan istifadə edirik. Bu sidiyə gedərkən bizə bir əyri verir ki, ona bağlı uşağın sidiyə getməsinin normal və yaxud hiperaktiv olduğunu göstərir.
- Bundan başqa “urodinamiya” – daha invaziv metod olsa da, gərəkli halda urodinamiyadan da istifadə edirik.
Enurez və “işəmə disfunksiyaları”nın müalicəsi
Müalicəsinə gəldikdə bütün enurez və aşağı sidik yollarının disfunksiyası zamanı əgər altda yatan səbəb, məsələn, qəbizlik varsa, ilk olaraq onu müalicə edirik. Bundan sonra “uroterapiya” dediyimiz müalicə önü prosedur aparırıq.
Uroterapiyaya nə aiddir?
- Uşağın aralıqlı olaraq 2-3 saatda bir tualetə göndərilməsi,
- tualetdə oturarkən, unitazda oturarkən ayaqlarının aralı şəkildə oturması,
- ən az 10-20 saniyə bitdikdən sonra oturub, tam sidik kisəsinin boşaldılması.
- Bu dönəmdə kofe, kola, şokolad və tərkibində kofein olan bütün qidalardan uzaq durması,
- enurezi varsa, gecə yatmadan öncə 1,5-2 saat öncə maye qəbul etməməsi,
- tualetə göndərilib daha sonra yatırılması.
Bundan başqa tipindən asılı olaraq da, məsələn, enurezdə “desmopressin” kimi dərmanlardan istifadə edirik, hiperaktiv sidik kisəsində antixolinergik dərmanlardan və digərlərində də uyğun olaraq seçib preparatlardan istifadə edirik.
Dr.Zaur Əhmədov, uşaq nefroloqu