Kateqoriyalar
Allerqologiya

Post-COVID allergik reaksiyalar

COVID-19 xəstəliyindən sonra yaranan allergik reaksiyalar.

Bildiyimiz kimi, son 2 ildə ən aktual mövzu bu COVID-19 mövzusudur. Xəstələr bu xəstəliyin ağırlıq dərəcəsindən asılı olmayaraq sonradan bəzi allergik problemlər yaşayırlar.

“Bu allergik problemlərin yaranma səbəbi nədir?” sualı ortaya çıxır.

COVID-19 bildiyimiz kimi immun sistemə güclü təsir göstərir, immun sistemini zəiflədir və bu zəiflətmə nəticəsində allergik fon artır. 

Allergiyanın yaranma səbəblərindən biri də COVID-19 vaxtı istifadə olunan dərman preparatlarıdır. Kombinatsiyalı vitaminlər, antibiotiklər, virus əleyhinə preparatlar, müxtəlif cür bələ deyək, el dilində desək, “sistemlər”, xəstələrimiz xoşlayırlar… Bu şeylər hamısı allergik fona təsir edir və müxtəlif formalarda allergik reaksiyaların yaranmasına gətirib çıxardır.

COVID xəstəliyindən sonra yaranan allergik reaksiyalar

COVID-19 sonrası – post-COVID allergik reaksiyalarına nələri aid edə bilərik?

  1. Övrə. Övrə xəstəliyi bədənin müxtəlif nahiyələrində qaşıntılı, qabarıq səpgilər kimi özünü büruzə verir. Dırnaq izlərinin qalması, dırnaq izlərinin qabarması da övrəyə aid olunur. Gözlə görünəcək heç bir səpgi olmadan dərinin quru qaşınması da buna aiddir.
  2. Quru öskürəklər və ya bəlğəmli öskürəklər allergik öskürəklərə aiddir ki, COVID-dən sağaldıqdan sonra uzun müddət davam edə bilər.
  3. Bundan başqa atopik dermatitlər (ekzemlər) – yəni əldə yara şəklində allergik yaralar. Bu post-COVID allergik reaksiyalara aid olunur.

Post-COVID allergiyaların müalicəsi

Müalicəsi, təbii ki, allerqoloq tərəfindən aparılmalıdır. Əgər heç bir zaman allergik reaksiya olmayıb və COVID-dən sonra və ya peyvənddən sonra ortaya çıxan bir allergik reaksiya ilə qarşılaşırlarsa, xroniki hala çevirmədən, 6 həftəni keçmədən həkimə müraciət etmələri tövsiyə olunur.

Allergiyası olanlara COVID vaksini olarmı?

O ki, qaldı vaksinasiya məsələsinə… Xəstələr çox müraciət edir ki: “Mənim uşaqlıqdan allergiyam var. Doktor, olar ki, mənə arayış verəsiniz, vaksin olunmayım?” 

Amma bu absurd bir mövzudur. Belə deyək… Hər hansı bir peyvəndlənmədə bayılma halı, anafilaksiya halı müşahidə olunmayıbsa, allergik xəstələrin hamısına peyvənd olunmağı tövsiyə edirəm. Çünki COVID-ə yoluxarlarsa, müxtəlif dərman preparatlarının istifadəsində çətinlik yaranacaq. Çünki allergiyalı xəstələrdə dərman allergiyaları da müşahidə olunur. Başqa reaksiyalarla çarpaz olaraq dərman preparatlarına qarşı da reaksiyalar müşahidə olunur.

Bundan başqa peyvəndlənmə ilə bağlı demək istərdim ki, allergiyadan əziyyət çəkən xəstələr müalicə fonunda peyvənd oluna bilərlər və ya hər hansı bir reaksiyadan qorxmasınlar və allerqoloq tərəfindən və öz terapevtlərinə müraciət etsinlər, profilaktik müalicə fonunda vaksinasiyadan keçsinlər.

Dr.Nigar Təhməzova, Allerqoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir