Kateqoriyalar
Endokrinologiya Ginekologiya

Polikistik over sindromu

Polikistik over sindromu reproduktiv yaşdakı qadınların 10-15%-də görülür. Görülən ən sıx endokrin problemlərdən biridir.

Etiologiyası dəqiq məlum olmasa da, genetik faktorlar və ətraf mühit faktorlarının da rolu olduğu düşünülməkdədir.

Bir neçə kriteriyalar mövcuddur. Bunlardan “Rotterdam” kriteriyasında xəstədə ovulyasiyanın olmaması və ya oliqoovulyasiyanın olması, hiperandrogenizmin olması, klinik və ya biokimyəvi və xəstədə polikistik yumurtalıq görüntüsünün olması bu kriteriyalara daxildir və bu kriteriyalardan üçünün, ikisinin olması bizdə artıq polikistik over sindromu diaqnozu qoymağa əsas verir.

Polikistik over sindromu tüklənməyə səbəb olur

Bu kriteriyaları daha detallı analiz etsək, biokimyəvi hiperandrogenizm qanda başda “sərbəst testesteron” olmaq üzrə digər androgen miqdarların artması ilə gedən haldır və bunun nəticəsində xəstədə vücüdun bəlli bölgələrində tüklənmə artışı olur. Bunlara üst dodağın üst hissəsi, çənə nahiyəsi, sinə nahiyəsi, qarnın üst və alt nahiyəsi, kürək nahiyəsi, bel nayihəsi, bazu və bud nahiyəsində tüklənmə artışı ilə xarakterizə olunur və biz bu tüklənmənin dərəcəsini “Ferriman Gallwey skorlaması” ilə dərəcələndiririk. Əgər bu  skorun nəticəsi 6-nın üzərində isə bu xəstədə“Hirsutizm” olduğu müəyyən olunur.

Polikistik over sindromu menstrusiya requlyarlığını pozur

Digəri isə xəstədə ovulyasion disfunksiyadır. Bu nədir? Qadınların 21 gündən az müddətdə və ya 35 gündən gec vaxtda menstruasiya görməsidir.

Bəzi hallarda qadınlarda anovulyasiya olmasına rəğmən xəstələr normal menstruasiyalarını görürlər.

Polikistik yumurtalıq görüntüsü yaranır

Polikistik over görüntüsü nədir? Bu isə ultrasəs müayinəsində polikistik morfologiyada ölçüsü 2-9 mm olan 12 və üzərində antral follikulun görülməsidir.

Bunu da unutmamaq lazımdır ki, sağlam qadınlarda da 30/100 nisbətində ultrasonoqrafiyada polikistik over görüntüsü ola bilər.

Polikistik over sindromunun digər əlamətləri

Biz ilk öncə, polikistik over sindromu diaqnozu qoymadan öncə eyni klinik vəziyyətə səbəb olan digər xəstəlikləri istisna etməyimiz gərəkir. Bunlara hiperprolaktinemiya, kuşinq sindromu, teroid hormon pozuntuları, akromeqaliya, bəzən isə androgen ifraz edən şişlər daxildir buna.

Xəstəlik, adətən, pre-pubertal dönəmdə, yəni yeniyetmə dövründə xəstələrdə menstrual disfunksiya ilə başlayır, zamanla xəstədə hiperandrogenizm əlamətləri: bunlara vücudda tüklənmə artışı, dərinin yağlı olması, akne (sızanaq) şikayətin olması, kişi tipli saç tökülməsi kimi əlamətlərlə özünü büruzə verir.

Bunu da qeyd etmək lazımdır ki, polikistik over sindromu sadəcə, yəni yumurtalıqları, böyrəküstü vəzi, dərini deyil, eyni zamanda qaraciyəri, mədəaltı vəzini də tuta bilir. Və bu səbəbdən zamanla, illər içərisində metabolik sindrom və bununla yanaşı xəstəlikləri ortaya çıxa bilər. Bunlara da tip 2 diabet, hiperlipidemiya, hipertoniya aiddir və ola biləcək kardivaskular xəstəliklər də nəzərdə saxlanılmalıdır. Bəzi xəstələrdə isə bu polikistik over sindromunun klinik əlamətlərinə bağlı depressiya, anksiyete ortaya çıxa bilər.

Digər sıx rast gəlinən simptom isə insulin müqaviməti və buna bağlı hiperinsulinizmdir və bu bir çox xəstədə görülə bilər. 

Polikistik over sindromu olan xəstələrdə tip 2 diabet riski də artmışdır və bu səbəbdən də əgər xəstədə qlükoz intolereansı kimi hal varsa, ara-ara, zamanla xəstələrə oral qlükoz tolerans testi edilməsi tövsiyə olunur.

Polikistik yumurtalıq sindromu kimlərdə araşdırılmalıdır?

Gənclərdə əgər hirsutizm varsa (tüklənmə artışı), müalicəyə rəğmən keçməyən sızanaq, yəni akne problemi varsa, xəstədə menstrual disfunksiya varsa, piylənmə artışı, yəni obezite varsa və akantozis nigrikans mövcuddursa

Akantozis nigrikans nədir? Bu, dərinin qıvrım nahiyələrində: əsasən, boyun, qoltuqaltı və qasıq nahiyəsində dərinin rəng dəyişikliyi, piqmentasiyası və qalınlaşması ilə gedən haldır.

Bu əlamətlər varsa, bu xəstələr polikistik over sindromu şübhəsilə tədqiq edilməlidir.

Yetişkinlərdə isə hirsutizm, yenə vücudda tüklənmə artışının olması, sızanaq (akne) probleminin olması və kişi tipli saç tökülmə mövcüddursa, bu xəstələrdə polikistik over sindromu şübhəsilə tədqiq edilməlidir.

Polikistik over sindromunun müalicəsi

Müalicəsində məqsəd hiperoandrogenizmin yaratdığı əlamətlərin aradan qaldırılması, xəstənin normal menstrual tsiklinin tənzimlənməsi və reproduktivliyin əldə olunmasıdır. Amma əgər xəstə artıq çəkiyə sahib və ya obezitesi (piylənməsi) varsa, ilkin tövsiyəmiz xəstənin düzgün qidalanması, diyetaya diqqət etməsi və idmanla məşğul olmasıdır.

Müalicədə müxtəlif metodlar istifadə olunur. Hiperandrogenizm müalicəsində oral kontraseptiv dərmanlar istifadə olunur. Əgər bunlar yetərsiz qalarsa, androgen reseptor blakatorları müalicəyə əlavə oluna bilər. 

Eyni zamanda menstrual tsikl pozuntularında da oral kontraseptivlərin faydası var. Lazım olan hallarda ovulyasiya induksiyası üçün başqa müalicə metodları istifadə olunur.

Araşdırmalar göstərir ki, polikistik over sindromu olan xəstələrdə istər metabolik parametrlər, istər xəstənin reproduktiv funksiyaları, istərsə də endokrin parametrlərin düzəldilməsində xəstənin həyat tərzi dəyişikliyi, sağlam qidalanması, diyetasına diqqət etməsi və idmanla məşğul olması müalicənin əsasını təşkil edir.

Polikistik over sindromu müalicə olunmazsa…

Sonda onu qeyd etmək istəyirəm ki, polikistik over sindromuna sahib şəxslər, adətən, sonsuzluq (anovulyasiya) şikayətilə həkimə müraciət etsələr də, irəliləyən illərdə yaranacaq digər fəsadlar üçün bunlara: tip 2 diabet, hipertenziya, hiperlipidemiya və ya ürək damar xəstəlikləri üçün xəstənin düzgün müayinə və müşahidəsinin aparılması üçün vaxtında endokrinoloqa müraciət etməsi və onun müşahidəsində olması tövsiyə olunur.

Uzman Dr. Könül Əhmədova, Endokrinologiya yandal uzmanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir