Kateqoriyalar
Laboratoriya

Diaqnostikada biokimyəvi analizlərin rolu

Biokimya canlı toxumaları təşkil edən maddələri və onların funksiyalarını öyrənən elmdir. 

Hər bir inkişaf etmiş və ya sadə olan canların öz kimyası var. Bunlar hamısı biokimya mövzusuna daxildir. Hüceyrələrə daxil olan üzvi və qeyri üzvi maddələr bunlardan: karbohidratlar, zülallar, mineral maddələr, hormonlar, vitaminlər biokimya mövzusuna daxildirlər. 

Bundan əlavə bütün qeyri üzvü və üzvü maddələr sulu mühitdə getdiyindən, bu proseslərin meydana gəlməsində, bu reaksiyaların getməyində sulu mühitin və biofiziki hadisələrin biokimya mövzusunda mühüm əlaqələri vardır.

Xəstəliyin müəyyən olunmasında və təqibində biokimyəvi analizlər

Biokimyəvi analizlər vasitəsilə bir çox xəstəliklər aşkar olunur və təqibində istifadə olunur ki, klinist həkimə orqanların necə işləməsi barəsində biokimyəvi analizlər böyük əhəmiyyət daşıyırlar.

Pasiyentlərin xəstəlikləri barədə məlumat əldə etmək üçün biokimyəvi analizlərin rolu böyükdür.

Laboratoriyamızda biokimyəvi analizlər qan, serum, plazma, sidik, beyin onurğa mayesi, daş kimi materiallardan istifadə edərək aparılır.

İlk başda pasiyent klinist həkimə müraciət etdikdə həkim tərəfindən analizlər istənilir. Çıxan nəticəyə görə müalicə təyin edilir və təqibində 2-ci dəfə təkrar biokimyəvi analizlər istənilə bilər ki, xəstənin xəstəliyinin irəliləyişi barədə həkim məlumat əldə etsin.

Analiz nəticələrinin düzgünlüyünə necə əmin ola bilərik?

Laboratoriyamız ən son texnoloji laboratoriya cihazları ilə təchiz edilmişdir ki, bu cihazlar analizlərin operativ və dəqiq əldə edilməsi üçün istifadə olunur. Laboratoriyamız laboratoriya daxili, gündə bir dəfə, ayda bir dəfə isə Türkiyədə KBUDEK şirkətindən əldə etdiyimiz xüsusi reaktivlər vasitəsilə kontrol kalibrasiya edilir ki, laboratoriyadan çıxan nəticələrin düzgün işləyib işləməməsi barədə analiz nəticələrini müqayisə edirik.

Dr.Elman Aytayev, Klinik biokimya mütəxəssisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir