Kateqoriyalar
Psixoterapiya

Autizm spektrlı uşaqlar

Bu gün sizə Autizm spektrlı uşaqlar haqqında məlumat verəcəm.

Autizm spektr pozuntusu sosial ünsiyyətdəki çətinliklər, məhdudlaşmış təkrarlanan davranışlarla xarakterizə olunur. 

Autizm spektr pozuntusu 6 aylığından – 3 yaşa qədər araşdırılmalarda beyin inkişafında olan fərqliliklə müşahidə olunur. 

Psixiatrlarımız autizm spektr pozuntusunu növbəti yaşlarda diaqnozunu qoysalar da, risk qrupuna daxil olan uşaqlarımızı biz daha erkən yaşlarda müşahidə edib, müəyyən edə bilirik. Nə qədər erkən periodlarda müəyyən edilmiş olsa, autizm spektr risk qrupundan çıxma ehtimalı bir o qədər yüksəkdir.

Autizm Spektr Pozuntusu əlamətləri

Uşağınız 3 aylıqdan qığıldanmırsa, növbəti aylarda adına reaksiyası zəifdirsə, ümumi olaraq reaksiyaları zəifdirsə, öz aləmində bir növ oyunları davam etdirirsə, obrazlı oyunları, məqsədyönlü oyunları zəifdirsə, təkrarlanan davranışları, stereotip davranışları, hansı ki, əşyaları sırayla ard-arda düzmək, eyni paltardan davamlı olaraq istifadə etməyi sevmək, eyni davranışı bir neçə dəfə hər gün yenə eyni qayda ilə təkrar etməsi, barmağı ilə istədiyi əşyanı göstərmirsə, fırlanan əşyalara marağı çoxdursa, maşını məqsədyönlü olaraq sürməkdən əlavə olaraq təkərlərini fırladıb oynadırsa, həmyaşıdları ilə oyuna daxil olmursa, valideynləri onu qucaqladıqda toxunmaq istəyi yoxdursa və yaxud qarşılıqlı oyunlarda, məsələn, gizlənpaç kimi bir oyunda iştirak etməsi demək olar ki, olmursa və barmağının ucunda yeriyirsə uşaq, əllərini davamlı olaraq yellədirsə, özü durduğu yerdə yellənirsə, qəribə obsessiv davranışlar büruzə verirsə, siz artıq şübhələnə bilərsiniz ki, sizin uşaqda autizm spektr risk qrupuna daxil olma ehtimalı yüksəkdir.

Autizm Spektr Pozuntusu zamanı inkişaf ləngimələri

Autizm spektr pozuntusu inkişaf ləngiməsi qrupuna aid olmasa da, inkişaf ləngiməsinin əlamətlərini müşahidə etmək olar: nitqdə, anlamada, qavramada, öz yaşıdlarından dala qalırsa, burada şübhələnməyimizə artıq zəmin yaranır. 

Nitq pozuntuları exolaliya halında özünü göstərir. Monoton, təkrarlanan nitq şəklində büruzə verir. “Adın nədir?” kimi sual verdiyimizdə “Adın nədir?” deyə cavab verirsə uşaq, “Yaşın neçədir?” sual verdiyindən “Sənin yaşın neçədir?” deyə cavab verirsə, bu exolalik nitqə aid olan hissədir.

Exolaliya sadəcə nitq şəklində deyil, hərəkət şəklində də özünü göstərə bilər. Sizin hərəkətlərinizi davamlı olaraq təkrar edirsə, bu exolaliyaya aid olan hərəkətlər qrupuna daxildir. 

Təbii ki, düzgün metodikalarla həftəlik olaraq 20 ilə – 40 saat ərzində bu uşaqlarla məşğul olmaq lazımdır.

Autizm Spektr Pozuntusunun xüsusi bir dəman müalicəsi yoxdur

Autizm spektr pozuntusu diaqnozu qoyulan uşaqların valideynlərinin etdiyi bir neçə səhvlərdən biri də həkim-həkim gəzərək müalicə metodikalarına baş vurmaq və fərqli-fərqli dərman müalicələrini yazdırmaqdır.

Bilmək lazımdır ki, autizm spektr pozuntusunun xüsusi bir dərman müalicəsi yoxdur. Yanaşı gedən problemlərdə hər hansı bir dərman müalicələrindən istifadə etmək mümkündür. Sadəcə sırf autizim spektr pozuntulu olan uşaqlara bir dərman müalicəsi tətbiq olunmamaqdadır. Bunun əvəzində isə reabilitasiya prosesləri həyata keçirilir.

Autizm Sperktr Pozuntusu Davranış və Nitq Problemləri ilə səhv salınmasın

Autizm spektr pozuntulu uşaqlarımızın valideynlərin etdiyi səhvlərdən biri də “Uşağımızın nitqi var idi” – təbii ki, burada nitq exolaliya formasında olan təkrarlanmış monoton nitqdən söhbət gedirdi, “müəyyən qədər bizi anlaya bilir, davranışlarında bəzi problemlər var idi” və psixoloq və psixiatra müraciət etməyə ehtiyac görmədiklərini bildirirlər. 

Vaxtında psixoloq və psixiatra müraciət etməyinizdə fayda var.

Ayşən Rəfiyeva, psixoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir