Kateqoriyalar
Urologiya Uşaq cərrahiyyəsi

Hipospadiya və ureteroplastika

Hipospadiya və onunla yanaşı anomal qüsurlarla doğulan xəstəlik haqqında danışacağıq.

Hipospadiya – anadangəlmə, doğuşdan gələn bir xəstəlikdir. Uretranın xarici dəliyi normalda uşaq doğulduqda cinsiyyət orqanının başına açılmalıdır – “mea nöqtəsi” dediyimiz nöqtəyə. Amma doğulduqdan sonra bu dəliklər yerinə, mea nöqtəsinə açılmır, cinsiyyət üzvünün uc hissəsinə və orta və aşağı üçdə birə – proksimal nahiyələrə açılır.

Təsnifatlara görə “distal forma hipospadiya”, yəni penisin uc nöqtəsinə açılan hipospadiyalar, orta üçdə birə, gövdə nahiyəsinə açılan hipospadiya və xayalıq, hətta alt perianeal nahiyəyə, bağırsağa doğru açılan, deməli, formaları vardır.

Hipospadiyanın səbəbləri

Bu xəstəliyin yaranma səbəbi nədir?

Ananın yaşı burada mühüm rol oynayır. Gec ailə qurduqda gənclər bu zaman, deməli, ananın yaşı mühüm rol oynadığı üçün hipospadiya xəstəliyi ortaya çıxır və digər səbəblərdən: Monoziqot əkizlərində daha çox süni mayalanma ilə doğulan uşaqlar ki, vardır, son dövrlər faiz etibarilə daha çox süni mayalanmadan sonra doğulan uşaqlarda meydana çıxmışdır.

Hamiləlik dövründə müalicə alan zaman, hamiləlik dövründə aldığı hormonal müalicələrdən sonra inkişaf dövründə bu problemlər ortaya çıxır.

Hipospadiyanın təyin olunması

Uşaq dünyaya gəldikdən sonra bunlar ortaya çıxır və bu analar tərəfindən uşağın bezləri bağladıqda və yaxud açdıqda, doğulan zaman pediatrlar tərəfindən və həkimlər, ginekoloqlar tərəfindən baxış zamanı ortaya çıxarıla bilər və yaxud da müəyyən olunmadıqda distal formalar, hətta ana baxış zamanı bu xəstəliyi ortaya çıxara bilir. Uşaq sidiyə gedən zamanbaxaraq bu xəstəliyi aşkarlayır.

Baxış zamanı uretradan çıxan sidik, deməli, axını mea nöqtəsinə çıxdıqda, bəzən burada mea nöqtəsi dediyimiz cinsiyyət üzvünün başında çox darlıqlar olur, buna “meatostenoz xəstəliyi” deyilir. 

Meatal stenozdan sidik ifrazı, deməli, xaric ola bilmir. Əks hallarda isə əksinə mea nöqtəsindən daha geniş “meqa meatus” xəstəliyi, yəni sidik kanalı xarici dəliyinin çox geniş şəkildə açılması bir formada doğula bilər.

“Peyğəmbəri pülük” kimi, yəni “yarım sünnət” kimi doğulmuş uşaqlar, bu adla yəni adlandırılır. Cinsiyyət üzvü, deməli, kordi olur, əyrilik olur, deformasiya olur və uşaqlar böyüdükcə, yaş artdıqca sidik ifrazı ayaq üstə getdikdə, deməli, üstlərini isladırlar, onun üçün daha ağır formalarda oturaraq sidiyə gedirlər.

Əlbəttə ki, bunlar həm oğlan uşaqlarında bu hipospadiya xəstəliyi olur, eyni zamanda qız uşaqlarında da təsadüf olunur, amma qızlardan fərqli oğlanlarda faiz etibarilə yüksəkdir.

Uc nöqtə distant hipospadiyalar faizlə göstəricilərinə görə 49, 50, 70% üzərində orta mid penil formalar isə 75%, daha ağır formalar isə, belə deyək, 17%   

Hipospadiyanın müalicəsi – Ureteroplastika əməliyyatı

Müalicəsinə gəldikdə isə, əlbəttə ki, cərrahi müalicə – müasir yanaşma cərrahi müalicədir. Ureteroplastika əməliyyatı icra olunmalıdır və distal formalarda 90% hallarda müsbət nəticə əldə olunur və müxtəlif modifikasiyalar vardır, bu əməliyyatları icra etdikdə. Ağır formalarda isə 80% müsbət nəticələr əldə olunur. 

Əlbəttə, distal formalar tək seanslı, bir seansda əməliyyat olur və tam 100% sağalma ilə, ağır formada isə cinsi üzvün əyriliyindən asılı olaraq tək seansda da ola bilər, iki seansda da ola bilər.

Hipospadiya xəstəliyini müalicə etdikdə, əlbəttə, ən önəmli sayılan məsələlərdən biri odur ki, bu mütəxəssis tərəfindən, uşaq cərrahı uroloqu tərəfindən əməliyyat icra olunmalıdır və əməliyyat olunduqda gələcəkdə bunların ailə həyatlarında problemlər olmasın deyə, yəni fəsadlar ortaya çıxmasın deyə düzgün təmir olunmalıdır, ureteroplastika əməliyyatı düzgün aparılmalıdır.

1 yaşa qədər bu əməliyat olunur. 6 ayında da etmək olur, 8 ayında da. Cinsiyyət üzvünün böyüklüyündən, qısalığından, uzunluğundan asılı olaraq əməliyyat icra olunmalıdır.

Və kanalı, deməli, təmir etdikdə mütləq düzgün formalaşdırılmalıdır kanal, gələcəkdə sidik ifrazı zamanı işəmə funksiyaları pozulmasın və uretradan yuxarıda sidik kisəsində, sidik axarlarında və böyrəklərdə ağırlaşmalar və fəsadlaşmalar ortaya çıxmasın.

Əlbəttə, deyirik hər kəs bu əməliyyatı icra edə bilər. Uşaq cərrahı uroloji mütəxəssislər bunları daha nəzərə alır və bütün anatomik, fizioloji göstəriciləri nəzərə alaraq əməliyyatı düzgün icra edirlər. 

Ona görə zamanında düzgün mütəxəssisə müraciət olunmalıdır ki, əməliyyatlar düzgün aparılsın, vaxtında aparılsın, yaşa uyğun aparılsın və gələcəkdə hər hansı bir ağırlaşma, tüklənmə, daşlaşma və böyrək sıxıntılar ortaya çıxmasın.

Çıxmaması üçün yerli materialdan, yəni cinsiyyət üzvünün başında sünnət olunmamış baş tərəfində yerləşən o kapuşon şəklində pülük dərisinin içindən, damarlarından istifadə edərək əməliyyatı, deməli, yerli materialdan istifadə edərək icra edirik. 

Amma əgər sünnət olunubsa, uşaqlar təbii ki, onda ağız boşluğundan bukkal makroza dediyimiz, alt dodaqdan və yaxud da yanağın içərisindən selikli qişa almaqla ureteroplastika əməliyyatı icra edirik.

Nəyə görə? Ona görə ki, əlbəttə, vücüdda tamamlanan və normal bir toxuma, selikli qişa köçürülməlidir sidik kanalına ki, gələcəkdə orada tük və daşlar formalaşmasın və böyrək, sidik yollarında infeksiyalarla rastlaşmayaq və gələcək həyatında ailə qurduqda, sonsuzluq və ailə intim münasibətlərinin pozulmaması və normal gedişatı üçün mütləq vacib hesab olunur.

Op. Dr. Rəfail Soltanov, Uşaq cərrahı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir