Mən bu gün bütün dünyada və eləcə də ölkəmizdə sürətlə yayılan bir xəstəlik haqqında danışmaq istəyirəm – xərçəng xəstəliyi.
İlk öncə ondan başlayım ki, nəyə görə “xərçəng xəstəliyi” adlanır?
Hamımıza məlum olan xərçəng həşəratı necə ki, bütün həyatını sakit bir şəkildə, amma daim hərəkətli bir şəkildə keçirir, xərçəng xəstəliyi də əslində bu cürdür. Vücudda yarandığı gündən etibarən bu xəstəlik sürətlə artır, böyüyür, metastaz verir, yayılır… Ancaq bütün bunları çox səssiz bir şəkildə eləyir və adətən, xəstələr ən son mərhələyə qədər, 4-cü mərhələyə qədər heç bir şikayət, heç bir simptom hiss etməyə bilirlər.
Və deyək ki, xəstənin həkimə gəldiyi mərhələ artıq son mərhələdə sümük metastazların olmasına görə patoloji qırıqlarla gələ bilir və ya qaraciyər metastazları olan sarılıqla gələ bilir xəstələr ən son mərhələdə. Bu baxımdan yəni çox uğurlu bir ad seçilib bu xəstəlik üçün. Onu deyə bilərəm…
Xərçəng xəstəliyi necə yaranır?
Ümumiyyətlə, xərçəng xəstəliyi niyə yaranır?
Bizim vücudumuzda sinir və əzələ hüceyrələrindən başqa bütün hüceyrələr daim bölünür, böyüyür, çoxalır, yetişir və vücud üçün bəlli bir funksiyanı yerinə yetirir, daha sonra qocalır və proqramlaşdırılmış ölümə məruz qalır. Tibbdə bu “apoptoz” adlanır.
Bütün bu proses, hüceyrə siklusu vücudun kontrol mexanizmaları tərəfindən tənzimlənir və daim nəzarətdə saxlanılır. Ancaq xərçəng xəstəliyi zamanı bu mərhələlərin birində deyək ki, bölünmə mərhələsində və yetişmə mərhələsində və ya qocalmış hüceyrənin apoptoza getmə mərhələsində kontrol mexanizmlərinin nəzarəti pozulur. Nəticədə həmin hüceyrələr özləri avtonomiya qazanaraq vücudun nəzarətindən, kontrolundan çıxaraq sürətli bir şəkildə, aqressiv bir şəkildə artır, çoxalır və xərçəng xəstəliyinin əsası qoyulur.
Xərçəngə səbəb olan faktorlar hansılardır?
Nəyə görə bu kontrol mexanizmalarında bu cür pozğunluqlar baş verir? Burada müxtəlif səbəblər var. Ən çox görülən səbəblər: genetik amillər, alkol, siqaret, şüalanma, bəzi viruslar, vücudun bəzi xroniki xəstəlikləri, həmin xəstəliklərin müalicəsində istifadə olunan müəyyən dərman preparatları, xroniki stress və s.
Xərçəng xəstəliyinin effektiv müalicəsi erkən diaqnozla mümkündür
Xərçəng xəstəliyi irəli mərhələdə ortaya çıxa bilən və təbii ki, bu mərhələdə ortaya çıxdığı üçün müalicə şansı azalan bir xəstəlik olduğu üçün və eyni zamanda da irəli mərhələdə müalicə dəyərləri də, yəni maliyyə baxımdan da bu uyğunsuz olur, “cost-effective” olmur.
Ona görə də bu xəstəliklə mübarizənin ən uyğun yolu erkən mərhələdə diaqnostika edilməsi və ya prekonserogen, yəni “xərçəngönü” mərhələdə diaqnozun qoyulmasıdır. Yəni xəstəliklə mübarizənin əsası əslində “tarama testləri” – skrininq testləri təşkil edir.
Skrininq sözünün mənası “ələmə” deməkdir və bu testlərin əsas məqsədi ona yönəldilib ki, müəyyən yaş və risk qrupunda olan xəstələrdə aparılır. Bəlli bir xərçəng xəstəliyi üçün ən spesifik olan, ən həssas olan və qiymət baxımından ən uyğun olan – “cost-effective” olan üsul seçilir, müayinə metodu seçilir və təbii ki, bunlar arasında da xəstəyə ən az “invaziv” olan, yəni ən az zərər verən müayinə metodu seçilir.
Risk qrupuna görə skrininq testləri
Bu baxımdan Amerika Kanser Cəmiyyətinin müəyyən kanserlər üçün, yəni xərçəng xəstəlikləri üçün skrininqləri var.
Deyək ki,
- 40 yaş üzərində qadınlarda, süd vəzi xərçəngi riski artdığı üçün illik mammoqrafiya təklif olunur,
- 20 yaş üzərində, cinsi həyatı başlamış qadınlarda ginekolojik xərçənglərin önlənməsi məqsədi ilə pap-smear testi uyğundur,
- 50 yaş üzəri kişilərdə prostat kanser riski artdığı üçün prostat spesifik antigen (PSA) baxılır qanda,
- yenə 50 yaş üzəri insanlarda yoğun bağırsaq xərçəngi riski artdığı üçün 5 ildə bir sigmoidoskopiya və ya 10 ildə bir kolonoskopiya məsləhət görülür.
Skrininq testlərin dediyim kimi, əsas məqsədi erkən mərhələdə diaqnoz qoyması və ya prekonserogen mərhələdə xərcəng yönü mərhələdə xəstəliyin diaqnostika edilməsidir.
Qan analizi ilə xərçəng xəstəliyinin aşkarlaması
Burada bəzi hallarda sual ortaya çıxır ki, məsələn, müəyyən qanda baxılan testlər var, bunlar “tümör markerləri” və “kanser markerləri” (onkomarkerlər) adlandırılır. Təbii ki də baxılması daha rahatdır. Qan analizi ilə baxılır. Ancaq nəyə görə skrininq test olaraq (tarama test olaraq), nəyə görə bunlar istifadə olunmur?
Əslində yəni xəstələr tərəfindən də bəzən hətta istək də ola bilir ki, yəni – “Məndə müəyyən şikayətlər var. Ailədə də xərçəng var idi. Bu testlərə baxılsa, olarmı?”
Tümör markerləri arasında bəziləri bəli, çox spesifikdir, müəyyən sadəcə bəlli bir xərçəng növlərində artır və onlar bu məqsədlə istifadə oluna bilir. Məsələn, prostat spesifik antigen (PSA).
Amma çoxu bu tümör markerlərin spesifik deyil. Onların həssaslığı da aşağıdır. Yəni xəstəliyin erkən mərhələdə diaqnostikası üçün uyğun deyil. Çünki erkən mərhələdə bu təstlər artmamış ola bilir və ya irəli mərhələdə yüksəlir və deyək ki, müəyyən bir kanser, yəni tümör markerinin yüksəlməsi bizə göstərmir ki, bu mədə xərçəngidirmi, mədəaltı vəzi xərçəngidirmi və ya kolon kanseridirmi (bağırsaq xərçəngidirmi). Yəni bəlli bir artmış tümör markerini görürük, amma bunun səbəbini görmürük və yenə də irəli müayinəyə ehtiyacı olur.
Dolayısı ilə, yəni həssaslıqları və spesifikləri daha düşük olduğu tümör markerləri bu məqsədlə istifadə olunmur.
Onkomarkerlər nə zaman istifadə olunur?
- Daha çox hallarda xərçəng xəstəliyinin diaqnozu qoyulduqdan sonra proqnostik baxımdan baxıla bilir. Çünki nə qədər yüksəkdirsə, o qədər proqnoz pis olur.
- Və ya müalicə başlanmış şəxslərdə müalicəyə cavabı dəyərləndirmək üçün istifadə oluna bilər.
- Və bir də xərçəng xəstəlikdən tamamilə sağalmış insanlarda xəstəliyin təkrarlanmasını – residivini dəyərləndirmək üçün istifadə oluna bilər.
Amma skrininq testlər üçün uyğun deyil.
Uzman Dr. Aysel Şıxəliyeva, Terapevt
4 replies on “Xərçəng xəstəliyi”
Salam .oğlum yaxın günlerde cember bağırsağında törəmə diaqnozu ilə emelyat edilib.ve çıxarılıb 30-40 sm
Uğurlu demek olar
Ama emelyat önceki ve sonraki dəyərləri bütünlüklə temiz çıxıb.ankomarkerler bele temizdir
Xərçəng ehtimalı varmı?
Labaratoriya verilib cavab hele cixmayib
Salam. Əməliyyat materialının histolojik müayinəsi önəmlidir. Sizin xəstənizdə törəmənin xoş və ya bədxassəli olduğunu histolojik müayinə göstərəcək.
Uzman Dr. Aysel Şıxəliyeva, Terapevt
Salam anamda uşaqliq sarkoması var 6ay kımya alıb en yüksek doza ıle 3gun dalbadal ve sumukde metastaz var.6ay kimyadan sonra her ay sumuk ıynesı vurulur.hekım başqa analiz ve ya derman yazmır deyende deyır gerek yoxdur.bu belemı olmalıdır?
Salam. Bəlli onkoloji xəstəliklərdə sümük metastazlarına yanaşma belədir.
Uzman Dr. Aysel Şıxəliyeva, Terapevt