Kateqoriyalar
Kardiologiya

Müalicəyə baxmayaraq enməyən təzyiq

Aparılan təzyiq müalicəsinə nəzərən təzyiq niyə enmir?

Nəzərə alsaq ki, təzyiq xəstəliyindən müalicə alan xəstələrin sadəcə 1/5 lazım olan hədəfə, yəni 120/80 hədəfinə çata bilir, bu yəqin ki, onlar üçün çox aktual bir sualdır.

Təzyiq xəstəliyi o zaman deyilir ki, arterial təzyiq 140/90-dan yuxarı olur. Əgər bundan yuxarıdırsa biz ona hipertoniya xəstəliyi deyirik və müalicə olunmalıdır. Tövsiyə olunan hədəf isə 120/80-dir.

Əgər təzyiqiniz 140/90-dan yuxarı olarsa, o zaman orqanizmdə qaçınılmaz zədələnmə prosesləri baş verəcək.

Təzyiqin idarə olunması bir sıra səbəblərdən asılıdır. 

  1. İlk başda xəstənin dərman qəbul etməsində göstərdiyi səliqə önəmlidir. Xəstələr bəzən hansısa bir səbəbdən dərman qəbulunu saxlayırlar, bəzən istədikləri vaxt qəbul edirlər, bəzən bir müddət qəbul edən dərmanı kəsirlər. Bu da müalicənin effektivliyini aşağı salır.
  2. Sonra qidalanma rejimi ikinci yerdə durur. Hər bir hipertoniya xəstəsinə bir siyahı verilir. Hansı yeməkləri yemək olar, hansı yeməkləri yemək olmaz? Amma bəzən xəstələr bu qaydaları pozurlar. Arterial təzyiqi yüksəldən müxtəlif qidalar istifadə edirlər. Məsələn, bura alkoqollu içkilərdir, siqaretdir, çoxlu duz qəbuludur və s.
  3. Üçüncü yerdə isə psixoloji vəziyyəti durur xəstənin. Bəzi xəstələr gecə işində işləyir, bəzi xəstələrin gündüz işi gərgin olur, bəzi xəstələrdə müxtəlif psixoloji, psixiatrik və sair problemləri olur. Bunlar da nəzərə alınmasa, müalicə yetərsiz qalacaq.
  4. Dördüncüsü isə, xəstəliyin periodik vizitlərə – yəni təkrar konsultasiyalara gəlməməsi olur. Xəstə düşünmür ki, 6 aydan bir yazılan təkrar müayinələr onun üçün faydalıdır. O, 6 ay ərzində bir az daha yaşlanmış olacaq, onun daha əlavə xəstəlikləri əmələ gəlmiş ola bilər və bütün bunlar da müalicəni effektsiz edə bilir.

Həkimə baxan tərəfi isə,

  1. İlk öncə həkimin məlumat bazası güncəl olmalıdır, yəni müasir olmalıdır. Yəni dünyada təzyiq müalicəsi ilə bağlı hansı işlər görülür onu bilməlidir.
  2. İkincisi təcrübəsi yetərli qədər olmalıdır. Yəni ki, xəstəni düzgün araşdırmalıdır, xəstəni bir bütün orqanizm kimi təsəvvür edib yanaşı xəstəliklər, təzyiq xəstəliyinin yaratdığı fəsadlar, bunların hamısını müayinə edib, aşkar edib və uyğun müalicə yazmalıdır. 
  3. Üçüncü başlıqsa texniki səbəblərdir. Bəzən müəyyən şirkətin müxtəlif ölkələr üçün də istehsal etdiyi dərmanlar fərqli keyfiyyətdə olur. Məsələn, başqa bir yerdə aldığı dərman daha yaxşıdır, amma Azərbaycanda aldığı daha zəifdir. Bu səbəblər də müalicə keyfiyyətinə təsir edir.

Amma xəstələr həmişə yadda saxlamalıdırlar ki, hər bir təzyiq kontrol altına alına bilir.

Dr. Əlirza Ağabəyli, Kardioloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir