Kateqoriyalar
Otorinolarinqologiya

Qulağın iltihabi xəstəlikləri – Otitlər

Mövzumuz “qulaq xəstəlikləri” haqqında olacaq – “qulağın iltihabi prosesləri” haqqında.

Qulağın iltihabi xəstəliklərinə – otit deyilir.

Qulaq özü duyğu orqanıdır, əslində. Amma yalnız eşitmək üçün yox, hətta balans saxlamaq üçün də çox vacibdir.

Anatomik olaraq qulaq 3 yerə bölünür: xarici qulaq, orta qulaq, bir də daxili qulaq.

Bugünkü mövzumuz otitlərə aid olan xarici və orta qulaq haqqında olacaq.

Xarici qulaq nədən ibarətdir?

Bu, qulaq seyvanıdır, xarici qulaq kanalıdır və təbil pərdəsidir.

Xarici qulaq otitləri

Xarici otitlər əsasən yaz-yay mövsümündə ümumi rast gəlinir..

Nədən bu baş verir? Çünki insanlarımız dəniz, hovuz sezonu başlayarkən, belə bir yerlərə gedərkən və əllərinin altında qulaq pambıq çöplərini çox-çox, tez-tez istifadə etdikdə həmin bu xarici qulaq kanalına infeksiyanı salmış olurlar.

Orta qulaq otitləri

Orta qulaq xəstəliklərinə isə əsasən, payız-qış aylarında tez-tez rast gəlinir.

Çünki bu mövsümdə yuxarı tənəffüs yolları infeksiyası, respirator xəstəliklər uşaqlarda, böyüklərdə tez-tez gürülür və infeksiya bu yolla… Deməli, burunla qulaq arasında olan – Yevstax borusu deyilən bir boru var. Bu yolla daha tez orta qulağa keçməyi rahat olur.

Xarici otitlərin əlamətləri

Xarici otitlər deyilən xəstəliklərin özünün simptomatikası var. 

Bunlara hansılar aiddir? Bunlara qulaq seyvanının özünün kəskin ağrısından, şişməsindən, xarici qulaq kanalının özünün şişməsi, yəni eşitmənin azalmasından şikayətlənirlər və ən önəmli simptomdur burada olan – şiddətli ağrı və ağzının açmasına xəstə çətinlik çəkir.

Bu halda nə tövsiyə edərdik, belə hala rast gəlinirsə? Əlbəttə ki, sudan qorunmaq – bu, birinci. Yəni dəniz, hovuz sezonudursa, mütləq şəkildə ora girməmək. Qulaq çöpləri, deyək ki, pambıq çöplərindən qəti istifadə etməmək. Və birinci əl altında, təcili nə ola bilər? Ağrıkəsicilərdən istifadə edib və təcili həkimə müraciət etmək.

Orta otitlərin əlamətləri

Orta otitlərin isə simptomatikası… Orada da ağrı olur. Amma xarici otitlərə baxarkən ağrı daha az olur və eşitmə zəifliyi birinci önə keçir. 

Ondan əlavə, onların da öz növləri var. Yəni orta qulağın iltihabından asılı olaraq hər hansısa bir infeksiya, hansı ki, gətirir bu otitə çıxarırsa, onun özünün simptomatikası var.

Bəzən də olur ki, viral bir infeksiya nəticəsində, onda “bulyoz otitlər” olur. 

Hansısa bir bakteriyal infeksiya nəticəsində olursa, onda orta kəskin irinsiz otitlər və irinli otitlər… Bunu da əlbəttə ki, həkim differinsasiya edir. Yəni xəstə bunu heç vaxt bilə bilməz. Çünki qulaq qapalı bir yerdir. Oraya hər hansısa bir damcıdan istifadə etmək tövsiyə olunmur. 

Yenə də ən rahatı, ən düzgün olarsa, nə olarsa? Quru pambıq qoymaq qulağa, isindirici bir kompreslər və ağrıkəsicilərdən istifadə edib yenidən həkimə müraciət etmək.

Otitlərin müalicəsi

Diaqnozu, əlbəttə ki, həkim təyin edir. Təyin olandan sonra, diaqnoz qoyulandan sonra hər otitin özünəməxsus bir müalicəsi olur. 

Viral otitlərin müalicəsində biz antibakterial damcılardan istifadə etmirik. Burada burun damarlarını büzən damcılardan istifadə olunur. Spesifik qulaq damcıları istifadə olunur və hər hansısa, bir infeksiya bunu törədirsə, bu infeksiyaya qarşı antibakterial müalicə təyin olunur.

Xarici otitlərin isə burada müalicəsi ən birinci və ən əsas olan nədir?

Xarici qulaq kanalının genişləndirilməsi. Bura spesifik məhlulu olan turundalar yeridilir və bu turundalar, demək, plitələr qulaqda 1-2 gün qalmaqla həmin ağrını kəskin azaldır və xəstənin vəziyyəti daha da, daha da çox rahatlaşır.

Op. Dr. Lalə Seyfullayeva, Otorinolarinqoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.