Bipolyar pozuntunun adından yola çıxarsam, “bi” 2 deməkdir, “polyar” qütb deməkdir. 2 qütbü olan xəstəlikdir.
Bir qütbündə xəstəlik özün enerjinin artması ilə, yuxuda ehtiyacın azalmağı ilə, çox danışmaqla, çox pul xərcləməklə, çox aktiv olmaqla… Məsələn, gündəlik işlərdə həddindən çox iş görməklə və yaxud da bir hədəfə istiqamətlənmiş davranışların miqdarında kəskin artma ilə büruzə verən və ən az 1 həftəlik bu prosesin davam etdiyi bir vəziyyətdir. Buna “maniakal epizod” deyirik.
Birinci qütb: Maniakal epizod
Bu vaxt diqqət artır, amma eyni zamanda diqqəti davam etdirmək də pozulur. İnsanlar danışanda çox danışmaqları olur, amma müxtəlif mövzulardan daha çox danışırlar. Mövzular tez-tez dəyişər. Çox vaxt bir-birinin arasında da bir əlaqə tapılmaz. Qıraqdan o dəqiqə seçilir. “Bu adamda bir dəyişmə var” deyilir. Maniakal epizodda təxminən bu cür olur.
Maniakal epizod elə bir problemdir ki, bunu sezməmək mümkün deyil. Yaxınları tərəfindən həmən hiss olunan bir problemdir.
Bir də “hipomaniakal epizod” var.
Hipomaniakal epizod
Hipomaniakal epizodda maniakal epizoddan fərqli olaraq ətrafdan həmən hiss olunacaq qədər bu saydığım problemlər artmır. Gündəlik işə mane olmur. Amma enerjidə yenə artma olur, yuxu ehtiyacında yenə azalma olur, çox danışma olur. Belə insanların riskli davranışları çox olur, impulsiv hərəkətləri çox olur. Maniakal epizod çox biləndir. Dolayısı ilə bunu bir başqa hadisə olmadan da insanları yaxınları daha çox xəstəxanaya, ya da yanımıza gətirirlər.
Hipomaniakal epizodda isə daha çox nə zaman gəlirlər?
Deyək ki, heç vaxt istifadə etmədiyi zərərli vərdişlərdən istifadə etməyə başlayır və yaxud da bankdan lazımsız miqdarda kredit götürmələrlə və yaxud da yaxın adamlardan borc almaqla və yaxud da riskli maşın sürməklə, riskli hərəkətlər etməklə daha çox davam edir və bunları görüb, sezən və yaxud da problem olanlar da gəlir.
Bu, qütbün bir tərəfidir, bipolyar xəstəliyinin qütbün bir tərəfidir.
Digər qütb isə depressiyadır.
Bipolyar pozuntuda ikinci qütb: Depressiya
Depressiya daha çox, bəlkə, bilinəndir. Depressiyada nə olur? Enerjisizlik olur, keyifsizlik olur, yuxu miqdarında artım olur. Maniakal epizodda insanlar 3 saat, 4 saat yatır və gün ərzində enerjik olurlar, yatmağa ehtiyacları olmur. Amma depressiyada yatmağa hər gün ehtiyacları var, hər saat ehtiyacları var. Yuxuya ehtiyac çoxalır, amma yuxu miqdarını dəyişmə ola bilər, gerçək yuxu da az və yaxud çox ola bilər. İştah dəyişir. Azalır və ya çoxalır. Cinsi istək də eyni zamanda daha çox azalmağa meyillidir. Enerji azalır. Bu, depressiyadır, depressiya tərəfidir.
Unipolyar depressiyadan, yəni bildiyimiz major depressiv pozuntudan fərqli olaraq bunun müalicəsi tam fərqli istiqamətdə gedir, əgər bipolyarın depressiyasıdırsa.
Bipolyar, yoxsa unipolyar depressiya?
Bir çox halda bipolyarın depressiyası ilə unipolyar, yəni tək depressiyanı ayırmaq bir-birindən çətin olur.
Çətin olmağının səbəbi bundan irəli gəlir: Hər ikisində təxminən şikayətləri eynidir. Amma bipolyarın anamnezində, yəni əvvəlki tarixçəsinə baxanda mütləq o hipomaniakal, ya da maniakal epizodlardan birini görmüş oluruq. Onu görürüksə, onda tipik depressiya kimi müalicə etmək ona fayda göstərmir. Bipolyar kimi müalicədən də xəstələr sağalırlar.
Bipolyar pozuntunun müalicəsi
Diqqət edəcəkləri ən böyük şey nədir? Yuxunun, xüsusilə də, gecə yuxusunun nizamlı olmasıdır və içiləcək dərmanın davamlı gündəlik içmələridir. Belə olanda xəstələr stabil olurlar.
Müalicə müddəti: Əgər biz bipolyar diaqnozu qoyduqsa, birinci epizodda, onda ən az 4 il dərmana davam edərik. 4 il müddətində təkrarlanma olmazsa, dərmanı kəsərik. Əgər təkrarlanma olarsa, yenə bir 4 il və yaxud da ömür boyu dərman verərik.
Daha çox görsənir 30-lu yaşlarda. Amma 5 yaşından 60 yaşına qədər bipolyar xəstəliyi görsənə bilər.