Kateqoriyalar
Qastroentrologiya

Axalaziya

Axalaziya səbəbi dəqiq məlum olmayan xəstəliklər qrupundandır. 

Patogenezində distal ezofageal sfinktr və ezofaqus gövdəsindəki mentrik pleksusdakı inhibitor neyronların seçici degenerasiyası nəticəsində distal ezofageal sfinktr və ezofaqus gövdəsindəki kontraksiyonların itməsi və buna bağlı olaraq da distal ezofageal sfinktrın gevşəməsinin pozulması nəticəsində yaranan ezofaqusun primer (birincili) motor xəstəliklərindəndir.

Axalaziyanın insidansı ildə 100 mində 1,8 – 12,6 nəfərdir. 

Axalaziyanın diaqnostikası bu günümüz üçün “qızıl standart” olan yüksək çözünürlüklü ezofaqus manometriyası nəticəsində qoyulur.

Axalaziyanın əlamətləri

– Axalaziya xəstələrin şikayətləri 90/100 disfagiyadır. Disfagiya – yəni udqunmanın çətinləşməsi, 

– Sonra burada gəlir kilo itkisi – 50 faiz hallarda,

– 70 faiz hallarda requrqitasiya – yəni qidanın geri qayıtması, 

– 40-45 faiz hallarda sinə ağrısı və 

– “heart-bone”dediyimiz döş sümüyü arxasında yanma, göynəmə 27-42 faiz hallarda rast gəlinir.

Bildiyiniz kimi disfagiya “alarm” simptomudur və bu xəstələrə mütləq şəkildə endoskopiya olunmalıdır. Əgər endoskopiyada hər hansı bir orqanik patologiya yoxdursa, udmanı çətinləşdirən bu xəstələr mütləq yüksək çözünürlüklü ezofaqus manometriya müayinəsindən keçməlidirlər. 

İlk başlarda qastroezofageal reflyuks xəstəlikdən şübhələndiyimiz və turşuluğu azaldan müalicə verərək nəticə almadığımız xəstələrdə axalaziyadan şübhələnməli və diaqnostikası aparılmalıdır.

Axalaziyanın diaqnostikası və sub-tiplərin müəyyən olunması

Dediyimiz kimi diaqnostikası yüksək çözünürlüklü ezofaqus manometriyası nəticəsində aparılır. Burada “Çikaqo 4” sinifləndirilməsinə görə axalaziyanın 3 sub-tipi müəyyənləşdirilir:

1-ci tip, ən çox rast gəlinən klassik tipdir ki, 20-40 faiz hallarda görülür,

2-ci tip, 50-70 faiz hallarda görünən diffuz ezofageal spazm müşahidə olunur,

3-cü tip, müalicəyə ən çətin tabe olan tiplərdəndir. Burada 5/100 hallarda rast gəlinir bu tipinə axalaziyanın və burada distal ezofaqusda yüksək amplitudalı spastik kontraksiyalar müşahidə olunur.

Axalaziyanın müalicəsi

Çikaqo 4 siniflənməsinə görə bu sub-tiplərin müəyyən olunması həm axalaziyanın proqnozu, həm də müalicə tipinin seçilməsində çox önəm daşıyır.

Məsələn, tip 2 axalaziyada pan-ezofageal spazm zamanı axalaziyanın bütün növ müalicəsinə yaxşı cavab verdiyi hallarda, tip 3-də isə burada geniş miatomi tələb olunur.

Axalaziyanın bu gün üçün müalicə növləri mümkündür. Burada xəstənin yaşı rol oynayır, axalaziyanın tipi rol oynayır. Bu gün üçün cərrahi olaraq “heller miotomi” mümkündür. Sonra, “peroral endoskopik miotomiya” mümkündür. Sonra, “balon dilatasiyası” mümkündür və ən son hallarda bu müalicələrə uyğun olmayan və yaşı yuxarı olan yaşlı xəstələrdə, eyni zamanda axalaziyanın “botulinum toksini ilə inyeksiyası” mümkündür. 

Və son hallarda bütün müalicələrə xəstə uyğunsuzdursa, xəstəni medikal müalicə edirik. 

Balon dilatasiya floroskopiya altında həyata keçirilir. 30-35-40 milimetrik balonlarla dilatasiya olunur.

Tam barium ezofaqroqram müayinəsi

Axalaziyanın diaqnostikasında həm də eyni zamanda barium ezofaqroqram müayinəsindən istifadə olunur. Bu manometriya şübhəli qaldığımız və klassik olaraq şərtləri ödəməyən xəstələrə tam barium ezofaqroqram müayinəsində istifadə edirik. Burada yüksək boluslu xəstə barium udduqdan sonra 1-ci, 2-ci və 5-ci dəqiqələrdə bariumun səviyyələnməsini hərəkət sürətini ölçərək xəstənin, demək, diaqnozunu qoyuruq. Barium ezofaqroqramda tipik olaraq, deməli, ezofaqusun dilatasiyası, bariumun retansionu, yəni orada toplanması, hərəkət etməməsi və “quş qaqası sindromu” görürük.

Endoskopik olaraq da girdikdə qida borusunun dilatasiyası (genişlənməsi), qida borusu mənfəzində qida qalıqlarının və sekresiyasının mümkün olması və distal ezofaqusun büzülmüş formada görünməsi və endoskopla keçərək xəfif zorlanaraq keçirilməsi hiss olunur. Ancaq axalaziyanın ilkin dövrlərində normal endoskopik əlamətlər da görülmüş olur. 

Qızıl standart – Yüksək çözünürlüklü ezofaqus manometriyası 

Bütün bunları nəzərə alaraq axalaziyanın diaqnostikası qızıl standart olaraq yüksək çözünürlüklü ezofaqus manometriyasıdır. Manometriya əsasında xəstəyə diaqnoz qoyulur, sub-tipi müəyən olunur və müalicə üsulu həyata keçirilir.

Klinikamızda həm endoskopik, həm manometriya üsulu ilə axalaziya xəstələrinin diaqnostikası aparılır və bütün müalicə növləri həyata keçirilir.

Dr. Şahnaz Atayeva, Qastroenteroloq- Hepatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir