Kateqoriyalar
Ortopedia-travmatologiya

Çiyin ağrıları

Bu gün sizlərə çiyin ağrıları haqqında bəhs etmək istərdim.

Xəstələrin həkimə müraciət etməsinin ən çox bel ağrıları, diz ağrıları və üçüncü yerdə çiyin ağrıları olur. Xəstələr çiyin ağrıları ilə həkimə müraciət edirlər.

Çiyin ağrıları müxtəlif səbəblərdən ola bilər. Bunlara əsasən: irəli yaşlarda olan artroz, keçirilmiş müəyyən travmalar fonunda yaranan artroz, yaşlı xəstələrdə olan oynaq artrozu və revmatizmal xəstəliklər fonunda yaranan çiyin ağrılarına rast gələ bilirik. Adətən, yanaşı olaraq da ağciyər və ürək xəstəlikləri olan xəstələrdə də çiyin ağrıları bizi yanlış olaraq çiyində olan problemə bağlı olaraq da qeyd edə bilərik.

Ümumiyyətlə, çiyin ağrılarını yaradan səbəblərdən əsas yerdə çiyində sıxışma sindromu götürülür. Sıxışma sindromu – çiyni, bazunu hərləndirən əzələ vətərlərinin çiyində iki sümük arasında sıxışması nəticəsində yaranan bir patalogiyadır. Çiyində olan bursa dediyimiz kisənin şişməsi nəticəsində əzələlər sıxışır və çiyni qaldırdığımızda müəyyən ağrılara, hərəkət məhdudluğuna gətirib çıxara bilir.

Çiyində sıxışma sindromu diaqnozu necə qoyulur?

Çiyində sıxışma sindromu diaqnozunu təsdiqləmək, adətən, əyani müayinədən başlayır. Müəyyən çiyin testləri var. O testləri edirik və bunun fonunda ilkin bir təəssürat yaranır ki, bu problem ola bilər və problemi təqribi bildikdən sonra, adətən, rentgen müayinəsinə yönləndiririk xəstələri və rentgen müayinəsində də müəyyən qədər də olsa, dəqiqləşdirə bilirik. Sümüyün quruluşunu dəqiqləşdirə bilirik, oynağın vəziyyətinə baxa bilirik, oynaq yarığının dar və ya geniş olmasına baxa bilirik. İmpincment sindromunun daha dəqiq diaqnozunu MRT ilə, MRT müayinəsi nəticəsində təsdiqləyə bilirik.

Sıxışma sindromu müalicəsi

Müayinə təsdiqləndikdən, diaqnoz qoyulduqdan sonra çiyində sıxışma sindromu müalicəsi, adətən, konservativ yolla başlayırıq. 

Əgər konservativ müalicə fayda vermirsə, sonrakı etapda əməliyyat tövsiyə edilə bilər. 

Konservativ müalicədə, adətən, hərəkəti məhdudlaşdıran bir qol asqısı tətbiq edirik xəstələrə. Buz tətbiqi önəmlidir. Buz tətbiqi zamanı orada olan iltihabın sorulmasına kömək edir. Müəyyən ağrıkəsici preparatlar, qeyri steroid iltihab əleyhinə dərmanlar təyin olunur və bu dərmanlar da oradaki yaranmış iltihabın götürülməsinə və ağrının azalmasına gətirib çıxara bilir.

Və yanaşı olaraq da steroid inyeksiya edə bilirik çiyinə. Bu steroid inyeksiya da bu sıxışma sindromu fonunda yaranan iltihabın götürülməsinə və orada olan artıq miqdar mayenin sorulmasına kömək edərək müalicə olunur.

Çiyin ağrılarının müalicəsində fizioterapiya

Əgər bu konservativ müalicələr fayda vermirsə, o zaman yanaşı olaraq fizioterapiyaya başlaya bilirik. Bu çiyin ağrılarının əsas müalicəsi fizioterapevtik prosedurlar fonunda olur. Yəni normal, düzgün fizioterapevtik müalicə çiyin ağrılarının təqribən 70-80 faizini azalda bilir.

Çiyin ağrılarında əməliyyata göstəriş

Əgər bunlar da fayda vermədikdə əməliyyat tövsiyə olunur. Yəni sıxışma sindromunu aradan götürmək üçün müəyyən əməliyyat növləri var. 

Adətən, bursa – o kisənin kəsilib çıxarılması və bəzən də olur sümükdə aparılan osteotomiya əməliyyatları fonunda, yəni sıxışmaya səbəb olan sümük çıxıntısının – “spur” deyirik, o sümük çıxıntısının kəsilib götürülərək sıxışmanın aradan qaldırılmasına kömək edir. 

Bəzən də artroskopik əməliyyatlarla – “artroskopik debridman” edərək çıxıntının götürülməsi ilə əməliyyat sonlandırılır.

Dr. Nicat Bağışov, Ortoped-Travmatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.