40 yaş üzərində, 40 yaşa yaxın qadınlarda daha çox rast gəlinən revmatoloji xəstəliklərdəndir. Ən çox revmatoloji xəstəliklərin içərisində yer alan artritli xəstələrimizdir, revmatoid poliartritlər.
Xəstələrdə, demək, xronik olduğunu anlatmaq lazımdır ki, “Bu xəstəlik xronikdir, sizlə ömür gün yoldaşıdır”. Proqnoz olaraq verəriksə – 10 % halda spontan sağalma olur, 60-70 % dərman remissiya, 20-30 % də dərman remissiyası belə əldə etmək çətindir bu xəstələrdə.
“Mən nə vaxtadək dərman qəbul edəcəyəm?”
Artritli xəstələr bir növ öz xəstəliklərini həyat tərzinə çevirməlidirlər. Necə ki, şəkərli diabet qəbul edir insulin iynələrini, təzyiq xəstələri hər gün təzyiq dərmanlarını içirlər, bunlar da qəbul etməlidirlər ki, “Mənim hər gün qəbul edəcəyim və ya mütəmadi müayinə, müalicə alacağım bir dövr var.” Təbii ki, bunu həkim ilə dinamik müşahidədə olmaqla.
Artritli xəstələri ən çox düşündürən suallardan: “Nə vaxt bitəcək dərmanlar, normal həyatıma nə vaxt qayıdacağam?”
Çox çətindir bu sualı cavablandırmaq. Xəstəliyin gedişinə bağlı qərar veririk ki, nə vaxt dərmanları azaldırıq, dozaları dəyişirik, artırırıq. Kəskinləşmə – remissiya dövrləri bir-birini əvəz edir bunlardan.
Revmatoid artritli xəstələr dənizə, hovuza girə bilərmi?
Günəş işığının faydası var, vitamin D alırıq, xüsusən, oynaq xəstələrimizə faydalıdır. Amma kəskinləşmə dövründə, iltihabi faktorların qanımızda yüksək olan dövründə, təbii ki, bir də həkiminizin məsləhəti olmadan, dəniz faydalı deyil bu xəstələrə.
Dəniz faktoru o zaman olar ki, bu xəstələr “osteoartroz”lu olarlar və iltihabi faktorları qanda yüksək olmaz və təbii ki, həkimi icazə verərsə.
Olar. Kəskin isti olmadan, yəni temperatur dəyişmələrini kəskin etmədən. Məsələn, soyuq suya girmək artritli xəstəyə olmaz. “İsti quma girim” o, heç olmaz. Çünki iltihabı artıracaq.
Yəni hər şeyin ortalamasını seçmək və həkimi ilə məsləhət aldıqdan sonra, həkim razı olduqdan sonra təbii ki, dənizdir, sonra sanatoriya-kropt mərkəzləri bunlarda fayda var bu xəstələrə. Xüsusilə, kontrakturalar, oynaq deformasiyaları yaranmış xəstələr də bundan fayda görəcəklər.
Revmatoid artritli xəstələr necə qidalanmalıdır?
Onsuz da, öz revmotoloqları hormon dieti verirlər. Biz özümüz hazırlamışıq, veririk hormon dietini ki, hansı ki, bu qidalanmaya riayət etməzlərsə, kilo alma, üzlərində şişmə, tüklər… Hormonal dəyişiklər, ümumiyyətlə, görünür. Bizdən asılı olmayaraq görülür. Amma maksimal önləmək istəyirik. Yəni qarşısını almaq istəyirik əlavə təsirlərin, hormonun.
Çəki almamaq üçün, hormonun əlavə təsirlərini hiss etməmək üçün şəkər və duz azaldılmalı, sonra karbohidratlar, xəmir xörəkləridir, kartofdur… Sonra mədə qıcıqlandırıcı maddələrdir, orada: qırmızı istiot, qara istiot, bibərlər, müxtəlif ədvaların istifadəsi məhdudlaşdırılır.
Şirniyyat, məsəl üçün, deyir “Doktor, şirniyyat yemirəm. Mən quru meyvə ilə çay içirəm.” Təbii ki, bunun da bir məhdudiyyəti var. Meyvələrin tərkibindəki də qlukozadır sadəcə fruktoza formasında. Bu da şəkərə çevrilir, yığılır bədəndə.
Şikəst olmaqdansa, hormon qəbulu daha yaxşıdır
Əlavə təsirlərini həmişə həkiminizlə məsləhətləşin.
Bir də nə baş verir? “Bu hormondur içmə, hormon qəbul eləmə.” Apteklərdən xüsusən və yaxud da “Qonşudan soruşdum, mənə dedi olmaz”, “Qohumum dedi, olmaz.”
Həmişə zəng edin həkiminizdən soruşun ki, “Mən hormon içirəm, doktor. Mənə belə bir söz deyirlər.”
Dayandırmaq olmaz! Böyrəküstü vəzin fəaliyyətini pozursunuz, xəstəliyiniz aktivləşər. Şikəst olub kalyaska halına gəlməkdənsə, hormon qəbulu daha uyğundur.
Hormon qəbulunu özbaşına dayandırmaq olmaz!
Xarici ölkələrdə, ümumiyyətlə, Avropada… Tutaq ki, həkimə getmisiniz… Almaniyada belədir, həkimlə xəstə müalicə haqqında qərara gəlirlər ki, “Doktor, mən bunu istəmirəm, bunu edirəm, bunu etmirəm.”
Təbii ki, doktor da qarşısındakını dinləyir, baş verəcək fəsadları deyir və hansı məsləhətdir onu deyir. Həmişə müalicə həkiminizdən müalicəni qərarlaşdırın. Gedin araşdırın, özbaşına kəsməyin dərmanların. Araşdırandan sonra həkiminizə sualları yazılı şəkildə gətirib, məsləhət alıb sonra kəsmək…
Kəsmək olmaz bu hormon müalicəsini. Özbaşına kəsmək heç olmaz.
Yəni xəstə bir də görürsən tam yaxşılaşır… Gəlir: “Doktor, şişmə verdi. Doktor, bu oldu… saçım töküldü, nə oldu…”
Fəsadlarını doktora vaxtında bildirməmiş özbaşına dayandırırlar. Bu, təbii ki, əlilliyə, şikəstliyə gətirmə halları artır.
Gənclər arasında yanaşma daha yaxşıdır
Son dönəmlər şikəstlik halını daha az görürük. Məsəl üçün, əvvəlki qəbullarda və ya irəli yaşlı pasiyentlərimiz tutaq ki, 70-75 yaş əlil arabasında gələnlərimiz var.
Amma daha gənc illərin daha maariflidir deyə xəstələri, ağrı oldu oynaqda, narahatlıq oldu – həmən müraciət edirlər və indi elə bir preparatlar var ki, o əlilliyin qarşısını alır.
Ona görə vaxtında doğru şəkildə həkiminizə müraciət edin.