Niyazi Eminov 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində təhsil almış və həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin III Cərrahi Xəstəliklər kafedrasında Cərrahiyyə ixtisası üzrə Klinik Ordinatura təhsili almışdır.
2006-cı ildə “STS” imtahınını, 2007-ci ildə “TUS” imtahanını müvəffəqiyyətlə verərək Türkiyə Respublikasında Uzmanlıq (rezidentura) təhsili almağa haqq qazanmışdır.
O, 2007-2013-cü illərdə İstanbul Universiteti, Cerrahpaşa Tibb Fakültəsi, Ümumi Cərrahiyyə kafedrasında Ümumi Cərrahiyyə ixtisası üzrə Uzmanlıq təhsili almışdır. 2013-2014-ci illərdə HB Güvən Klinikasında, 2015-ci ildə Avrasiya Hospitalda, 2016-cı ildə DTX-nin Hərbi Hospitalında ümumi cərrah vəzifəsində çalışmışdır.2017-ci ildən etibarən isə HB Güvən Klinikasında ümumi cərrah vəzifəsində çalışmaqdadır.