Kateqoriyalar
Daxili xəstəliklər

Sklerodermiya xəstəliyi olan qadınlar hamilə qala bilərlərmi?

Sistemik sklerodermiya xəstəliyi və bu sistemik sklerodermiya xəstələrinin… hamiləlik olarmı bunlara? Bir ginekoloqun və bir revmatoloqun müşahidəsi altında gedərsə, necə ola bilər? Mümkündürmü? 

Əlbəttə ki, düzgün şəkildə müalicə olunarsa, xəstə hamiləliyə remisiya ilə girərsə, yəni, şikayətləri azalmış şəkildə girərsə, uğurlu şəkildə hamiləlik də sonlandırıla bilir. 

Düzdür, bu nisbət biz istədiyimiz səviyyədə olmur, adətən. Çünki xəstə bir az yaxşı olan kimi xəstəliklərini unudur. Amma bu xəstəlikləri unutmaq olmaz. Çünki bunlar “insanı içdən yeyən” xəstəliklərdir və simptomları da üzə çıxdıqdan sonra geri dönməsi də bir az uzun sürən proseslər olur. 

Sklerodermiya xəstəliyinin simptomları nələrdir? 

Sklerodermiya xəstəliyi – xəstədə oynaq şikayətləri olur, o öz yerində. Bunlarda barmaqlarda yaralarla gələ bilirlər bəzən bizə. Məsələn, bunu bizə göndərə bilər, deyək ki, başqa bir sahənin doktoru, hansı ki, bu xəstəlikdən agah olan bir doktor deyə bilər ki, “Bəli, bu sizdə revmatik bir şikayətin əlamətidir”. 

Bunlarda, adətən, periferik – barmaqların uclarında, ayaq barmaqlarının uclarında, yəni, hansı ki, periferik qan dövranının pisləşdiyi yerlərdir… Yəni, qan-damar kapilyarları burada artıq çox daralmış vəziyyətdə olur və bu xəstəliklərdə bu daralma daha da çox artır. 

Çünki revmatik xəstəliklərdə “reyno” deyilən bir sindrom var, yəni, “periferik vazospazm” olur. Bu vazospazmın səbəbilə də qidalanma dövran daha da pisləşir. Ona görə də bu xəstələrdə periferdə qan dövranı pisləşdiyi üçün yaralar əmələ gəlir. Bəzən bu şəkər xəstəlikləri ilə qarışıq salına bilir. Venoz və ya venoz yetməzliklərinə bağlı olan – aşağı ətraflarda daha çox olursa, qarışıq salına bilər. Amma üst ətraflarda varsa, mütləq burada revmatik xəstəlik ağıla gəlməlidir. Sklerodermiya ağıla gəlməlidir.

Reyno sindromunun klinik əlaməti nədir? 

Reyno sindromunun özünün klinik əlaməti nədir? 

Xəstələr soyuq havaya çıxanda əllərinə əlcək geyinməsələr, bu zaman əllərdə ağarmalar baş verir. Hətta deyir ki, xəstə “Doktor, sanki barmaqlarımın yarısı ağarıb, yarısı normal rəngdə qalıb. İçəri girirəm, ağarmış barmaqlarım əvvəlcə qızarır, şişir, ondan sonra normal vəziyyətinə gəlir.” Bu da bir az ağrılı, xəstəyə çox diskomfort hissi verən bir şey olur. 

Və yaxud “Soyuq su ilə qab yuya bilmirəm. Özümü soyuq havada çox narahat hiss edirəm. Eyni zamanda udqunanda məndə mədəmdə bir narahatlıq olur. Qida yaxşı keçmir qida borumdan.” 

Və yaxud “Doktor, sanki son dövrlərdə çəki itirmişəm.” 

Normalda bu bir vaskulit olduğu üçün, sklerodermiyada bir vaskulit tablosu olduğu üçün, damar iltihablanması olduğu üçün burada böyrəkləri də əhatə edə bilir və bu böyrəklədə albuminin itirilməsi, zülalların itirilməsi, nefropatiya xəstələrdə zəiflikliyə gətirib çıxarır. Orqanizmin çəki itirməsinə, halsızlığa, yanaşı B simptomlarının əmələ gəlməsinə səbəb olur. 

Bu zaman biz xəstələri tam müayinə etdikdən sonra mütləq qan testlərinə baxırıq. 

Amma məsələn, xəstələr protein itirə bilər, zülal itirə bilər böyrəklərdə. Kreatinin, yəni böyrəklərin dəyərləri yüksələ bilər. Bu isə çox vacibdir. Çünki əgər bir xəstə buna ginekoloqu nəzarət etmədən bir hamiləlik planlaşdırarsa, ginekoloqu tərəfindən, bu, xəstə üçün daha ağır fəsadlara gətirib çıxara bilər. Böyrək yetməzliyinə qədər gəlib çıxa bilirlər bu xəstələr. 

Ona görə də bunların hamısı revmatoloqlar tərəfindən – yəni bizlər tərəfindən normala gətirildikdən sonra ginekoloqun da dəstəyi ilə bu xəstələr hamiləliklərini birlikdə davam etdirə bilirlər. 

Həkim müşahidəsində hamiləlik planması vacibdir. 

Biz xəstələrə deyirik ki, ümumi sidik analizinin müayinəsi çox vacibdir. Sidikdə zülal, protein varmı, silindirlər və yaxud orada sidiyin elementləri var, onların vəziyyəti nə yerdədir, qan elementləri varmı və xəstələrdə qızdırma, infeksion xəstəliklərə meyillilik nə yerdədir. 

Çünki burada dərmanların seçilməsi də çox vacbdir. Hamiləlik zamanı hansı dərmanları istifadə edəcəyik, hamiləlik olmayan zaman hansı dərmanları istifadə edəcəyik və yaxud yanaşı hansı xəstəliyi varsa, hansı dərmanları seçəcəyik. Bu artıq bizim öhdəmizdə olan bir şey olduğu üçün xəstələrin də bizimlə birlikdə bu xəstəliklərini yaxşı və aktiv bilmələri çox vacibdir. 

Ona görə də belə problemlərlə qarşılaşırsınızsa, mütləq şəkildə düzgün mütəxəssisə müraciət etməyiniz məsləhət görülür.

Uzm. Dr. Çinarə Səfərova, Terapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir