Kateqoriyalar
Psixoterapiya

Tıxananacan çoxyemə pozuntusu

Tıxananacan çoxyemə xəstəliyi artıq çox aktual mövzulardan biridir. Çünki qida qəbulu pozuntuları arasında artıq son illərdə ilk yerlərdən birini tutur.

Əsasən, bu pozuntu nə ilə xarakterizə olunur? Əfsuslar olsun ki, insanlar yemək qəbulu zamanı kontrolu itirir öz üzərində və həddən artıq böyük bir miqdarda qida qəbul edir. Bu qida qəbulu kontrolsuz baş verdiyinə görə bəzən həddən artıq çox sayda, həftə ərzində baş verir. Biz 4 növünü ayıra bilirik: yüngül, orta, ağır və çox ağır tıxananacan çoxyemə pozuntusu.

Yaranma səbəbləri

Bizim bugünkü cəmiyyətimizdə həddən artıq çox pressinq altında yaşayırıq. Yəni stress, multifaktoral problemlər – ailə problemləri, hər hansısa bir işdə problemlər və ya sosio-mədəni problemlər, bizim şəxsiyyət kimi cəmiyyətdə qəbul olunmağımız və ya olunmamağımız  və s. fərqli-fərqli psixoloji faktorlar gətirib çıxara bilir bu xəstəliyə.

Xəstəliyin əlamətləri

Çox yeməkdən əlavə olaraq bu xəstəlik zamanı insanlar yediklərindən sonra yediklərinə görə böyük bir günahkarlıq hissi yaşayırlar ki, “Nəyə görə mən bu qədər çox yedim?” 

Əlavə simptomlar kimi bəzən onlar ac olmayanda belə yeyirlər və ya yeməklərini gizlətmək, tək yeməyə meyillilik, yedikləri yeməklərin qablarını tullamaq və ya gizlətmək ki, ətrafdakılar görməsin, ailələrindən yeməklərini gizlədirlər tez-tez. 

Bu insanlar kontrolu o qədər itirir ki, artıq həyatının məqsədini yeməkdə görürlər.

Çoxyemə probleminin həlli

Bəs bundan necə azad ola bilik?

Əsasən, azad olunma üsullarından biri də öz problemini anlamaqdır. Yəni insan qəbul etməlidir ki, bu problem məndə var. 

Daha sonra düzgün rasionun qurulması. Əlbəttə ki, burada psixoloji yardımdan əlavə olaraq dietoloqun yardımı da vacib sayılır.

Daha sonra bu krizlərin baş vermə anında diqqətini dağıtmaq, yəni emosional faktorların altında əzilməmək üçün digər hansısa bir fəaliyyətlərlə məşğul olmaq olar. 

Məsələn, hər hansısa bir beyin inkişafetdirici oyunlar, hər hansısa bir başqa bir işlə məşğul olmaq, kitab oxumaq, elementar sudoku və ya krossvord işləmək kimi çox fərqli bir fəaliyyətlərlə məşğul ola bilərlər.

Və ən əsası cəmiyyətdəki “emosional pressinq”in altında əzilməmək üçün bu pressinqlə düzgün mücadilə aparmaq üsullarını psixoloqla keçməlidirlər.

Biz koqnitiv elmlərdən bilirik ki, emosional problemlər əsasən bizim fikirlərimizdən gəlir. Demək ki, biz cəmiyyətdə olan pressinqin nəticəsi olaraq səhv düşünürük. Yəni bizim neqativ düşüncəmiz, bizim beynimizdə yaranan avtomatik fikirlər bizdə hər hansısa bir neqativ emosional fikirlərlə nəticələnir və bu neqativ emosiyalar artıq gətirib çıxardığına görə bu problemə pasiyent mütləq şəkildə psixoterapiya zamanı bu emosiyalarla necə mücadilə aparmağı öyrənməlidir. 

Bundan sonra artıq qida qəbulunun normativləri müəyyənləşir. Artıq pasiyent qəbul qaydalarını bilir və əgər həftədə 10 dəfə idisə, artıq 5 dəfəyə düşür, 4 dəfəyə, 3 dəfəyə… və artıq normal qida qəbuluna gəlib çıxarır.

Bu xəstəlik əfsuslar olsun ki, çox aktualdır və mütləq şəkildə burada professionalın müdaxiləsi vacib sayılır.

Aydan Xasməmmədzadə, Psixoterapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir