Ginekoloqlar nə zaman doğuşu süni şəkildə başlatmalıdır?
Bu mövzunu ona görə seçdik ki, bizə, xüsusilə, çox sual gəlir ki,
- “Niyə həkim tərəfindən süni doğuş başladılır, süni sancı verilir?”
- “Zərərlidirmi?”
- “Kimlərə edilməlidir?”
- “Nə kimi faydası var?”
Bunu belə deyim, bir cümlə olaraq… Doğuş o zaman bir həkim tərəfindən, ginekoloq tərəfindən başladılır ki, hamiləliyin davamı ana üçün və ya körpə üçün daha təhlükəlidir, nəinki doğuşun baş verməsi.
Hansı hallarda doğuş süni şəkildə başladılır?
Əgər ananın, hamilənin suyu erkən gəlibsə və ya uşağın bundan sonrakı həyatı üçün ana bətnində risk varsa və ya ananın elə bir xəstəliyi var ki, hamiləliyi artıq davam etdirmək olmur və ya uşağın güvən verməyən NST dediyimiz vəziyyətləri var. Ana bətnində hipoksik hallar yaranmış ola bilir.
Bu hallarda və ya ananın hamiləliyi boyunca yüksək təzyiqi var və ya şəkəri var. Bu zaman biz artıq hamiləliyin gedişatının həm körpə, həm də ana üçün zərərli olduğunu düşündüyümüz üçün doğum prosesini başladırıq.
Əlbəttə ki, bunu hər adama etmək olmaz, hər hamiləyə etmək olmaz.
Süni doğuş kimlərə icra olunur?
Birinci növbədə su gəlişi var, çanaq uyğundur, ancaq doğuş sancıları başlamayıb. Bu halda ilk seçimimiz doğuşu başlatmaqdır.
Digər bir tərəfdən ananın əgər çanaq strukturu bu doğuşa uyğundursa və ya uşağın çəkisi həddindən çox deyilsə… 3500 qramdan az olan doğumlarda daha effektiv üsullar olur.
Süni doğuş kimlərdə tətbiq oluna bilməz?
Kimlərə bu doğum prosesinə kömək etmək olmaz, yəni doğumu başlatmaq olmaz?
Əgər,
- daha əvvəlki hamiləliyində qeysəriyyə əməliyyatı ilə doğuş keçiribsə qadın və ya
- daha əvvəl miomadan və ya uşaqlıqda olan hər hansı patologiyadan, belə deyim, uşaqlığın açılması ilə nəticələnən bir əməliyyat keçiribsə, yəni orada çapıq toxuması varsa və ya
- uşaq 4 kq-dan artıqdırsa və ya
- anada dar çanaq varsa və ya
- ananın ciddi kardiak yetməzliyi, ciddi kardiak stenozu varsa…
Bu insanlara, əlbəttə ki, olmaz.
Doğuşu necə başladırıq?
Bunun çox sadə üsullarından tutmuş, çox mürəkkəb üsullara qədər bir neçə metodu var.
Ən bəsit bildiyimiz metod “mexanik yollar” dediyimiz, birinci növbədə bu “amnion qişaları”nın ayrılmasıdır. Həkim tərəfindən əl vasitəsilə edilir və 90% effekitv olur. Altdan, vaginal müayinə etməklə doğuşun nisbətən başalamasını asanlaşdırmış oluruq.
Digər bir metod amnion qişaların erkən açılmasıdır. Bəzən doğuş başlamadığında biz amnion qişalarını erkən açaraq doğumu nisbətən başlatmış oluruq. Bu digər bir üsuldur. Bunun, əlbəttə ki, neqativ cəhətləri də var. Bu, həkim qərarı ilə edilməlidir. Çünki infeksiya riskini bəzən artırmış ola bilərik, əgər doğuş çox uzanarsa.
Oksitosin dərmanı ilə doğuş sancılarını süni şəkildə başlatmaq
Digər metodlar dərman metodlarıdır. Ən çox istifadə etdiyimiz hamımızın bildiyi oksitosin dozalarının tənzimlənməsidir.
Belə bir sual gəlir ki, “Mən süni sancıdan qorxuram, süni sancı zərəlidir”.
Əslində mən qadınlara demək istəyirəm ki, oksitosin bizim, onsuz da, doğuş zamanı bədənimizdə sintez olunan hormondur. Biz bunu kənardan verəndə siz onun ağrısını əlavə olaraq hiss etmirsiniz. Sadəcə sizdə doğum sancıları başlamadığı üçün süni olaraq sizə xaricdən verərək o sancıları başlatmış oluruq. Yəni o hiss etdiyiniz ağrı əslində normal doğuşda hansı ağrını hiss edəcəcəksinizsə, həmin ağrıdır. Əlavə bir ağrı olmaz burada.
Prostaqlandinlərlə doğuş sancılarını süni şəkildə başlatmaq
Digər maddələr prostaqlandinlər var və onun müxtəlif şəkildə istifadə qaydaları var. Bəzilərində tablet istifadəsi var. Son zamanlarda istifadə olunan bəzi vaginal gellər var, bəzi vaginal şamlar var hansı ki, doğuşu başlatmaq üçün… Təəssüf ki, hələ Azərbaycanda yayğın deyil bu metodlar. Amma düşünürəm, inşallah, yaxın zamanlarda bunları da Azərbaycan üçün gətiməyə müvəffəq olarıq. Hansı ki, doğuşu daha təhlükəsiz şəkildə başlatmağa kömək edən vasitələrdir bunlar.
Stereotipləri aradan qaldırmaq
Bu videonu çəkməkdə məqsədimiz insanların doğuşun süni şəkildə başlatmasına qarşı olan stereotipi əslində aradan qaldırmaqdır. Əgər sizin bir tibbi göstərişiniz varsa və həkiminiz məsləhət görürsə, bir də ən çox müraciət olunan o postterm hamiləlik dediyimiz – xəstənin əslində vədəsi tamamlanıb, 40 həftə, 41 həftəsindədir, ancaq yenə gözləmək istəyirlər. Əlbəttə, burada körpəyə zərərli bir sıra şeylər ola bilər, körpə hipoksiyaya girə bilər. Ciftimiz yaşlanır, artıq qan dövranımız pozulmuş ola bilər.
Bu zaman da artıq həkim tövsiyəsi ilə mütləq şəkildə doğuşu başlatmaq olar.
14 replies on “Süni doğuş nə zaman icra olunmalıdır?”
Salam. Mən hamiləliyimin 33-cü həftəsindəyəm və ciftin qalınlığı 32 mm-dir. Bir həftə olarki qarnımın aşağı hissəsində və hətda vaginada sancılar olur ara bir. Uşaq isə çox aşağıda və ani hərəkətlərlə hərəkət edir. Bu erkən doğumun əlaməti olarmı? Üçüncü hamiləliyimdi
Salam. NST çəkilməlidir, cift qalınlığının heç bir əhəmiyyəti yoxdur.
Uzman Dr. Günel Ziyadova, Cərrah Mama-Ginekoloq
Salam, hərvaxrınız xeyir. Mənim bir sualım olacaqdı. Mn hamiləliyimin 35-ci həftəsindəyəm və üçüncü hamiləliyimdi. Ayaqlarımda, kiçik çanaqda və matkada damar genişlənməsi var. Kiçik çanaqda 12 mm-dir genişlənmə. Bundan əvvəlki doğuşlarım təəbii yolla olub. Bu hamiləliyimin təəbii olmasının hərhansı bir təhlükəsi varmı varikoz səbəbiylə?
Salam. Heç bir təhlikə yaratmaz, normal doğum ola bilər.
Uzman Dr. Günel Ziyadova, Cərrah Mama-Ginekoloq
Mən də qapaq çarmamazlığı vardı venalarda doppler müayinəsində göründü. Onunçün rayonumuzdakı xəstəxana götürmür məni. Deyir ancaq Bakıda əməliyyat olmalısan, kağızımı da verdilər ki, hansı xəstəxanada istəsəm olsun uşaq. Amma Bakıdakı xəstəxanaların da bəziləri götürmür məni. Bu qaoaq çatışmamazlığı və varikoz səbəbindən. İndi neynim mən?
Salam.
Gəlin nə lazımdırsa edərik.
Tel: 055 949 87 57
Uzman Dr. Günel Ziyadova, Cərrah Mama-Ginekoloq
Salam hekim mende 2 barmag aciliw var 2 gun evvel qehveyi axintida gelib bilmek isterdimki dogum ne vaxt bawlaya biler? Qeyd edimki ilk hamileliyimdi
Salam doktor mənd həkim hamiləliyimin 39 cu həftəsində şunu sancı ile doğuş u baslatdi
Salam hekim mende 2 barmag aciliw var 2 gun evvel qehveyi axintida gelib bilmek isterdimki dogum ne vaxt bawlaya biler? Qeyd edimki ilk hamileliyimdi
Salam memde hamilelikde 25 ci hefdede ysaqda spina bifidi askarlandi suni doqusla goturuldu 1 aydi tezden hanile qala bilerem 1ci hamilelik idi nece muddete qalmaq olar mualice almaliyam size gelsem tam mualice eliyersiz
Salam men 41hefte 2gun hamileyem ama dogus barede hec bir nisan yoxdu ne edim?
Salam həkim 2 il əvvəl babasilden əməliyyat olmusam,38 həftəlik hamiləyəm,təbii doguş mumkundümü
Salam hekim .menim sonuncu aybasim iyulun 29 u olub .hazirda 5 ayina kecmisem hamileyem .2 ci hamilelikdi .sualim odurki eseblerim yerinde olmadigi ucun hamileliyi sonlandirmaq isteyirem yeni abort etmek .ede bilerem hekim? Ya gecdi ? Ne vaxta kimi olur abort? Cavab yazardiz zehmet olmasa
Salam. 5 aylıq hamiləlikdə xeyr. İstəyə bağlı abort müddəti 10 həftəyə qədərdir.
Uzman Dr Aytən Rəsulzadə, Cərrah Mama-Ginekoloq