Kateqoriyalar
Nevrologiya

Yuxu problemləri

İnsan orqanizminin normal fəaliyyəti üçün yuxu çox önəmlidir. 

Yeni doğulma dönəmindən irəli yaşlara doğru yuxunun saat hesabı fərqli olur. Belə ki, yeni doğulmuş uşaq sutkanın 16-18 saatını, yəni daha çox hissəsini yuxuda keçirdiyi halda, irəli yaşlarda bu müddət 6-8 saata doğru azalır. Yetkin insanlar daha az yatırlar. Amma istənilən halda normal sutkalıq yuxu rejiminin yatılması, insanın normal fəaliyyət göstərməsi, uşaqların normal böyüməsi üçün çox önəmlidir.

İnsomniyalar

Hər birimizin həyatımızın müəyyən dönəmində yuxuda bu və ya digər dərəcədə problemlərin olmasını görə bilirik ki, buna biz “insomniyalar” deyirik və ya yuxu pozğunluğu.

Əgər bir yuxu problemi bir həftədən artıq davam edirsə, artıq mütəxəssis tərəfindən səbəbinin araşdırılması və lazım olarsa, medikamentoz müalicənin başlanmasını tövsiyə edirik.

Amma uşaqlarda bir az yanaşma fərqlidir. Belə ki, 2 yaşa qədər olan uşaqlarda yuxuda kəsintilərin olması, tez-tez yuxudan oyanmaların olması normal dəyərləndirilir və o dönəmdə hər yuxu narahatlığı olan uşağa sedativlərin, yuxu dərmanlarının verilməsi tövsiyə edilmir. Çünki həmin dönəmdə verilən dərmanlar gələcəkdə uşağın nitq inkişafı üçün, sosial inkişafı üçün, məktəbdə yaddaş, diqqət, qavrama proseslərinə mənfi təsir göstərə bilir. Mütləq, bu nəzərə alınmalıdır.

Parasomniyalar

Bir də var yuxu xəstəlikləri hansındakı biz “parasomniyalar” deyirik. Məsələn, bir neçəsinin adını çəkəcəyəm: “somnambulizm” dediyimiz o yuxu gəzərlilik, “pavor nokturnus” dediyimiz gecə qorxularının olması, diş qıcırdatma – “bruksizm”, narahat ayaqlar sindromu – “restless legs” dediyimiz problemlər, “enurez”in özü – yuxuda baş verən yerinə sidik salmalar… Bunlar parasomniyaların içində təsnif olunur və bunlar artıq yuxu xəstəliyi kimi dəyərləndirilərək artıq fərqli yanaşma və fərqli müalicə taktikası tələb edir.

Nokturnal qıcolmalar

Bir də yuxuda baş verən qıcolmalar, epilepsiyalar, müxtəlif növ “nokturnal qıcolmalar” deyirik bunların araşdırılması çox önəmlidir. Çünki bəzən yuxu terroru, gecə qorxuları kimi qavranılan, anlaşılan bir pasiyentin gecə baş verən bir qıcolmasının olduğu aşkar olunur və artıq burada yanaşmamız bir az daha fərqli olur.

Yəni istənilən halda pasiyentdə uşaq və ya böyük olarsa: yuxu narahatlığı, yuxu problemi, davamlı yuxuda baş verən müxtəlif hərəki pozğunluqları varsa, mütləq video görüntülənməyə alınması və müalicə həkimi tərəfindən dəyərləndirilməsini tövsiyə edirik.

Dr. Rima İbadova, Nevroloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir