Kateqoriyalar
Pediatriya Psixoterapiya

Uşaqlarda psixoloji inkişaf ləngiməsi

Uşaqlarda psixoloji inkişafın ləngiməsi, psixoloji normalara inkişaf göstəriciləri: təfəkkür, yaddaş, diqqət, emosional sfera, nitqin müəyyən normalarda, yəni bioloji yaşın psixoloji yaşla üst-üstə düşməməsi, bir növ bu pozğunluğa psixoloji inkişafın ləngiməsi göstəriciləridir.

Çox vaxt bunun nitq ləngiməsi kimi sual olaraq müraciət edirlər. Lakin biz yoxladıqda, dəyərləndirilmə etdikdə diqqətin də pozğunluqları, emosional sferanın da pozğunluqları uşaqlarda psixoloji inkişaf ləngiməsinin göstəricisidir.

Əsasən, biz psixoloji inkişaf ləngiməsində səbəbi tapdığımız təqdirdə problemi aradan qaldırmağımız çox daha asan olur.

Bəzən valideynlərimiz müraciət edir ki, “Uşağım bəzi sözlərin nitqində istifadə eləmir, nitqi yoxdur.” Maşın sözünü uşaq nitqində istifadə eləməzdən əvvəl siz ondan “maşını gətir” deyə əmrini yerinə yetirib yetirmədiyini baxmalısınız. Məsəl üçün, uşaq oyuncaqları arasında maşınla topu yan-yana qoyduğunuzda “maşın gətir” ifadəsini işlətdiyiniz də maşını gətirmirsə, əgər bu ifadəni başa düşmürsə, anlamını, qavrama olaraq başa düşmürsə, təbii olaraq onda nitqində maşın sözünün olması məqsədyönlü olaraq bir anlam ifadə etmir.

Uşaqlarda əsasən nitqin ləngiməsi kimi müraciətlər çox olsa da, əslinə qalanda ən çox emosional sferanın – yəni sosiallaşma bacarıqlarının, ünsiyyət probleminin olması, diqqət dağınıqlığının, diqqət kimi problemlərin olması, böyük motor, kiçik motor bacarıqlarının ləngiməsi də uşaqlarda psixoloji inkişafın ləngiməsinin göstəriciləridir.

Hazırda sevindirici haldır ki, 2 yaşdan daha tez psixoloji inkişafın yoxlanılması üçün müraciət edən valideynlərimiz çoxdur. Bu uşaqların nitqin açılmasını çox vaxt da gözləmirlər. 

Psixoloji inkişaf ləngiməsinin daha tez aradan qaldırılması üçün vaxtında psixoloqa müraciət eləmək çox önəmlidir. Bizim tərəfdən psixoloji inkişafın dəyərləndirilməsini yoxlamaq üçün bir neçə Avropa ölkələrindən gətizdirdiyimiz dəqiq və detallı testlərimiz mövcuddur. Ən kiçik yaşlardan belə uşağın bütün inkişafını yoxlamaq mümkündür.

Ayşən Rəfiyeva, Psixoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.