Kateqoriyalar
Oftalmologiya

Uşaqlarda çəpgözlük: növləri, səbəbləri, müalicəsi

Ümumiyətlə, çəpgözlüklər 2 cür olur. Var “müştərək çəpgözlük”, var “paralitik çəpgözlük”.

Müştərək çəpgözlüklər sırf görmə qüsuruna bağlı olaraq yaranır. Bu zaman, əsasən, hər 2 gözdə çəplik olur. Düzdür, əsas zəif görən göz çəpləşir. Məsəlçün, əsasən insanlar elə bilirlər ki, həmin göz çəpdir, amma 2 göz də çəp olur bu halda. 

Yaranma səbəbləri ən çox yenə də zəif görməyə bağlıdır və çox vaxt anadangəlmə də ola bilir. Əsasən, uşaqlarda bir yaş yarımından sonra formalaşır, çünki artıq onda uşaqların görməsi normallaşır, fiksasiya etməyə başlayırlar və hansı göz daha zəifdirsə, o göz çəpləşməyə başlayır və valideynlər çəplik şikayəti ilə daxil olurlar. 

Müayinə nəticəsində çox hallarda “refraksion qüsur” aşkarlanır, yəni zəif görmə aşkarlanır.

Çəplik nə vaxt əmələ gəlir?

Nə vaxt çəplik əmələ gəlir? O vaxt ki 2 göz arasında fərq var görmədə. Yəni  bir göz bir digər gözü üstələyirsə, görmə baxımından, yəni biri 40 faiz biri 20 faiz görürsə, əksər hallarda o 20 faiz görən göz çəpləşir.

Yəni əgər ola bilər uşağın 2 gözü də 20 faiz görsün, çox zəif görsün, amma çəpləşməsin. Çünki gözlər arasında mübarizə yoxdur, hər ikisi zəif görür. Hər hansı bir göz bir az daha yaxşı görürsə, o mübarizə nəticəsində 2 görmə əmələ gəlməsin deyə gözü çəpləşdirir beyin. Yəni bu beyinlə təmiz əlaqəsi var. 

Bəzən olur ki, bu çəplik sinirlə əlaqəli olaraq formalaşsın, o böyüklərdə ola bilər. Amma əsasən, çəplik uşaq yaşlarında təsadüf olunur, bu da zəif görməklə əlaqəlidir.

Böyüklərdə çəpgözlük hansı səbəblərdən yaranır?

Böyüklərdən nə halda ola bilər?

Travma ala bilər, katarakta əmələ gələ bilər, bu da çəpliyə səbəb ola bilər. Torlu qişa qopa bilər, bu da çəpliyə səbəb ola bilər. Yenə də, o da zəif görmə ilə əlaqəli olur. Yəni çəpliyin əsas səbəbi, əsasən, zəif görmə olur. Yəni əgər göz zəif görürsə, o çəpləşir.

Çəplikdə göz bağlama

Çox hallarda bağlamalar verilir çəpliyi olan uşaqlara, yəni göz bağlamaları. Çünki çəpliyi olan uşaqlarda həmin çəpləşən göz daha zəif görür. Və onu digər gözdən ayırıb, təkcə onu işlətməyə, onun üzərinə düşən yükü artırmağa çalışırıq ki, o göz də aktivlərşsin.

Yəni bəzi hallarda olur ki, xəstə bir gözündə, məsələn, sağ gözdə şikayətlə gəlir və sol gözdə heç vaxt çəplik olmur.. Yəni sonra eynək taxır, ya bağlamalar edir, bunun nəticəsində sol gözə də keçir çəplik. Valideynlər narahat olur ki, “Hə, o biri gözündə yox idi axı, o gözdə də çəplik əmələ gəldi”.

Əslində, bu yaxşı bir nəticədir. Bu onu göstərir ki, gözlər arasında mübarizə başlayır. Artıq zəif görən göz bir az güclənməyə başlayıb.

Eynəklə düzələn çəpgözlük

Bəzi çətinliklər var ki, onlar eynəyə bağlı çəplik olurlar. Eynəyi təyin edirik göstəricilərə uyğun və çəplik tamamilə keçir, gedir. Bu çəplikdə heç bir əməliyyat lazım olmur. Yəni haradasa uşağın 12-13 yaşına qədər, bəzən görmə də 100 faizə qalxır, tam eynəkdən uşaq azad olunur və eyni vaxtda çəplik də keçir, gedir. Yəni bu cür uşaqları, eynəklə çəpliyi düzələn uşaqları əməliyyat etməyə ehtiyac yoxdur.

Bir də olur ki, eynək taxır xəstə, amma tamamilə çəplik keçmir. Bu halda bu xəstələr mütləq əməliyyat olunmalıdırlar.

Çəpgözlük əməliyyatı nə vaxt edilməlidir?

Çəpliyin növünə aiddir. Bəzi uşaqlarda çox erkən yaşında eləyirlər. Yəni hətta 2 yaşında belə etmək mümkündür. Çünki o uşaqlarda dərin “Ambliopiya”ya – tənbəl gözə səbəb olur çəplik. Ona görə daha tez edirlər. Amma əgər ki, idarə olunandırsa, 5 yaşına kimi gözləyirlər, və 5 yaşdan sonra daha çox əməliyyata götürülür xəstələr.

Əməliyyatdan sonra çəpgözlük qayıda bilərmi?

Çəplik zəifliyə bağlıdır, ona görə əməliyyat olunsa belə xəstə mütləq eynəyi salmağa davam etməlidir. Bəzi hallarda o qədər dərin olur ki, Ambliopiya (tənbəl göz) yenidən qayıdır. Amma o çox olmur, nadir hallarda olur. Yəni biz deyə bilmərik ki, 100 faiz əməliyyat olundu və heç vaxt geri qayıtmayacaq. Yəni bunun qayıtdığı hallar da olur.

Amma əməliyyatdan sonra belə xəstə mütləq eynəyi taxmalıdır. Yəni müəyyən yaşlar… 

Əgər astiqmatizm varsa xəstənin gözündə, o, ömürlük o eynəyi taxmalıdır. Ya da 18 yaşına kimi taxmalıdır, 18 yaşından sonra “refraksion əməliyyatlar” keçirməlidir. Amma astiqmatizm yoxdursa, adi müsbət varsa, çox vaxt yenə də deyirəm 15 yaşına kimi taxır və ondan sonra eynəkdən də azad olunur. Yəni səbəbdən aslıdır hər şey. 

Dr.Gülxanım Məmmədova, Oftalmoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir