Kateqoriyalar
Endokrinologiya Pediatriya

Uşaqlarda artıq çəkinin səbəbləri

Artıq çəki necə olur? Hansı problemlərə, xəstəliklərə səbəb olur? Onunla bağlı danışaq. 

Artıq çəki bədənimizdəki piy toxumasının, əzələ toxumasının üstünə çıxması nəticəsində ortaya çıxan problemdir. Yəni bir insana baxdığımız zaman onun artıq çəkili olduğu o an aydın olur. Çünki piy toxuması çox üstünlük təşkil edir. Əsas da uşaqlarda qarın bölgəsində və sinə bölgəsində piy toxuması toplanması artıq çəkinin olduğunu göstərir və bizim dəyərləndirməyimiz də belə olur ki, normalda hər bir uşaq pediatr və ya endokrinoloq tərəfindən təqib olunmalıdır və illik aldığı çəki, verdiyi çəki və boy uzanmasına baxılmalıdır. Biz də uşaqların çəkisini dəyərləndirərək bizdə persentil, yəni qrafiklərə (persentil əyrilər deyilir ona) qoyaraq biz oradan uşağın çəkisini yaşına görə, boyuna görə artıqdırmı, deyildirmi, o şəkildə müəyyən edirik. 

Artıq çəki hansı xəstəliklərin yaranmasına səbəb olur?

Artıq çəki müxtəlif xəstəliklərə səbəb olur. Bəzən valideynlər istəyir ki, uşağın çəkisi çox olsun, çox çəki alsın, el dilində desək, “tompuş” uşaqlar deyirik, o şəkildə olsun. Amma əslində çox böyük bir metobolik və endokrin xəstəliklərə səbəb olur. Bunlardan ən öndə gələn boy qısalığıdır, cinsi zəiflikdir, cinsiyyət orqanının yaşa görə kiçik olmasıdır, vaxtından əvvəl şəkər xəstəliyinin ortaya çıxmasıdır, təzyiq xəstəliyinin ortaya çıxmasıdır, yəni belə uşaqlarda təzyiq problemi daha erkən ortaya çıxır və müxtəlif metobolik xəstəliklər, istər dəri rənginin qaralması olsun (buna akantozis deyirik), yəni bu, insulin dirəncinin əlamətləridir və bədəndə insulin miqdarının artması və bunlar çox böyük problemlərə səbəb olur ki, burada “kısır döngü” olur. Necə olur? Uşaq deyək ki, yemək yeyir, insulinin miqdarı artır, daha da yemək istəyir, daha da yemək istəyir. 

Artıq çəkinin yaranmasına səbəb olan faktorlar nələrdir?

Faktorlardan danışsaq, daha südəmər dövrə getsək, ana südünün alınması bu dövrdə çox əhəmiyyətlidir, deyək ki, 3 ayından, 2 ayından və ya 6 ayından etibarən əlavə qida olaraq, məsələn, uşaq yeməklərinin verilməsi, ana südünün kəsilməsi, bu prosesdə uşağın gələcəkdə çəkisinin artıq olmasına və diabet xəstəliyinə tutulmasına, yəni ki, şəkər xəstəliyinə tutulmasına səbəb olur. Bunlar hamısı araşdırmanın nəticəsidir. Yəni ki, mən öz təcrübəmdən danışmıram. Çünki illərdir araşdırılıb, o şəkildə qərar verilib. 

Faktorlardan ana südü dedik, 2-ci faktor ailə faktorudur. Ailəsində çəkisi çox olan uşaqlar, məsələn, ana və atasının çəkisi çoxdursa, uşaqların 80%-nin çəkisi çox olur və bu da istər uşaqlıq dövrü olsun, yeniyetməlik dövrü olsun, çəkisi çox olan uşaqların ömür boyu çəkisinin yüksək davam etməsinə və piylənmə xəstəliyindən əziyyət çəkməsinə gətirib çıxarır. Digər faktor isə nəzarətsizlikdir. Məsələn, ailədə deyək ki, ata da çalışır, ana da çalışır. Uşağı evdə nəzarətsiz qoyub gedirlər. Uşaq özbaşına qalır. Nə istəyir, edir. Nə istəyir, yeyir, nə istəyir, içir. Bu nəzarətsizlik nəticəsində piylənmə xəstəliyi, yəni artıq çəki xəstəliyi ortaya çıxır. 

Digər bir faktor “fast food” yeyilməsidir. Yəni evdə yemək bişirməyib, kənardan – restoranlardan zərərli sifariş etmək. Bu “fast food” məhsulları dediyimiz bağırsaqlardan sürətli sovrulan qızartma məhsullarıdır. Bağırsaqdan sürətli sovrulduğuna görə insulini bədəndə çox yüksəldir. Bu da artıq çəkiyə səbəb olur. Qazlı içkilərin içilməsi – qazlı içkilər mədə şirəsini artırdığına görə aclıq hissinə səbəb olur. Eyni zamanda sümüklərin əriməsinə səbəb olur, sümük problemlərinə səbəb olur, çoxlu miqdarda şəkər qəbul etməyimizə səbəb olur.. Bu qazlı içkilərin həyatımızdan çıxarılması lazımdır. Ondan başqa digər bir faktor isə üçüncü bir şəxsin ailədə uşağın yeməyinə qarışması, məsələn, daha çox nənə faktoru deyək. Çünki misal üçün deyək, ana, ata ciddi pəhriz elədi. Uşaq yemək yemədi, şokolad vermədi, şirin şeylər, digər şəkərli şeylər vermədi və ya meyvə suyu içilmədi, amma uşaq çox rahatlıqla nənəsindən bunları istəyə bilir. Çünki nənəsi də çox rahatlıqla uşağına verə bilir. Amma halbuki, yazığı gəldiyi üçün, yazıqdır, ac qalmasın, verim. Bunlar çox yanlış davranışlardır və gələcəkdə artıq çəkiyə səbəb olur. 

Digər bir faktor isə yemək yeyə-yeyə telefona və ya televiziyaya baxmaqdır. Bu da çox böyük faktordur, çünki televiziyaya baxan uşaq nə qədər yemək yediyini, nə yediyini, yeməyin müddətini unudur. Məsələn, ya sürətlə yeyir, çox yemək yeməsinə səbəb olur, ya da yemək miqdarı çox olur və ya deyək ki, iştahaçıcı bir film izlədi və ya cizgi film izlədi, orada yeməkdən danışılırsa və iştah açırsa, bu da uşağın çox yeməsinə səbəb olur. Sonra oyunlar – günümüzün ən böyük problemi olan sosial mediada olan oyunlar və ya kompüterlərdə, mobil telefonlarda olan oyunlardır ki, bunlar da uşağın çox yemək yeməsinə səbəb olur və zərərli qidalanır. Çünki uşaq oyunu buraxıb gedib anasının bişirdiyi şorbanı içmək istəmir. Yəni mütləq yeməyimi tez bitirim, tez yeyim, gedim oyuna davam edim. Yəni bu şeylər çox önəmlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir