Kateqoriyalar
Oftalmologiya

Makulodistrofiya nədir?

Yaşlı insanlarda görmənin zəifləməsinin əsas səbəblərindən biridir makulodistrofiya.

Makulodistrofiya – makulanın gözün dibində, torlu qişanın ən funksional, vacib zonanın, makulanın distrofik prosesidir.

Makulodistrofiya 50 yaşdan sonra baş verir. 

Risk faktorları hansıdır?

Bunlar: irsi faktor – 50 yaş, piylənmə və siqaret çəkmədir.

Makulodistrafiyaya xarakterik olan simptomlar: görmənin zəifləməsi, əşyaların əyri görünməsi, gözün qabağında ləkə əmələ gəlməsi və yaxın məsafədə xırda detalların seçilməsi pozulur və yaxın məsafəni görmə pisləşir…

Bununla əlaqədar yaşlı pasiyentlərdə həyat keyfiyyəti itir.

Bu dəyişikliklər bir neçə il ərzində gizli keçir və simptomatika yaratmır. Bununla əlaqədar da biz məsləhət görürük ki yaşlı insanlar ildə iki dəfə oftalmoloqun müayinəsindən keçməlidir bu dəyişiklikləri erkən formada aşkar etmək olduğu üçün. 

Makulodistrafiya iki formada keçə bilər: quru forma və yaş forma və hər forma üçün fərqli müalicə təyin olunur.

Distrofik proses, hər distrofik proses kimi geri dönməyən bir prosesdir.

Patoloji dəyişiklikləri nə qədər tez aşkar olunar və müalicə nə qədər tez başlayarsa, nəticə o qədər pozitiv olur.

Ona görə bununla əlaqədar da yaşlı insanlar bilməlidir ki, ildə iki dəfə oftalmoloqun müayinəsindən mütləq keçməlidirlər.

Dr.Elmira Yusubova, Cərrah Oftalmoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir