Kateqoriyalar
Ginekologiya

Uşaqlıqdan kənar hamiləlik

Uşaqlıqdan kənar hamiləliklər bütün hamiləliklərin 0,5-1,5 faizini təşkil edir. Bunlar da daha çox, 95 faiz boruda görülür. Ona görə də xalq arasında bu boru hamiləliyi kimi adlandırılır. Əslində sadəcə boruda yerləşmir, uşaqlıq daxilindən kənarda ən çox gördüyümüz yer borudur. Borudan sonra yumurtalıqda da izlənə bilər, uşaqlıq boynunda da izlənə bilər, qarın daxilində, abdominal dediyimiz hissədə də hamiləlik ola bilər, həm uşaqlıq daxilində, həm də uşaqlıq xaricində eyni zamanda hamiləlik görülə bilər. 

Buna görə də mütləq biz hamilə qalan qadınlar ilk dəfə evdə test etdilər və pozitiv olduğunu gördüyündə mütləq 5 həftədə də olsa, ilk müayinəsinə getmək lazımdır. İlkin ultrasəs müayinəsi ilə əgər uşaqlıq daxilində hamiləlik kisəsi izlənmirsə, mütləq Beta hCG dediyimiz hamiləlik hormonuna baxmaq lazımdır. Əgər hamiləlik hormonu vajinal baxdığımız zaman 1000-in, 1500-ün üstündədirsə, o zaman biz hamiləlik kisəsini görməliyik. Görmürüksə, o zaman biz xarici hamiləlikdən, ektopik hamiləlikdən şübhələnməliyik. 

Xüsusilə, biz birinci sidik testi ilə yoxlayırıq, sidik testində pozitiv olması üçün qandakı dəyərin 25-in üstündə olması lazımdır. Ancaq qandakı dəyər 5-in üstündə olduqda isə biz normal, adi qanda baxdığımızda hamiləliyin pozitiv olduğunu görə bilirik. 48 saat ara ilə mütləq Beta hCG testini təkrarlamaq lazımdır ki, əgər bizim uşaqlıqdan kənar hamiləlik şübhəmiz varsa, o zaman Beta hCG dediymiz hamiləlik hormonu normal artmır. Normal artması dediyimiz 48 saat içində ən az 2 qatına qatlanması lazımdır bu dəyərin. Dəyər normal şəkildə artırsa, o zaman bizim şübhələrimiz azalır və 1000-in, 1500-ün üstünü keçdiyimizdə biz mütləq vajinal ultrason zamanı hamiləlik kisəsini görməliyik. Görmürüksə, o zaman biz adneksləri, çanaqda, başqa bir yerdə kütlə varmı? Bunu araşdırmalıyıq. 

Uşaqlıqdan kənar hamiləliyin əlamətləri nələrdir?

3 əsas əlamət var. Bir, aybaşı gecikməsi var, ancaq hamiləlik kisəsi görünmür. İki, bu Beta hCG dəyərlərimiz normal şəkildə artmır və qadında bir şəkildə qanama başlayır, ləkələnmə olur. Üçüncü isə, ağrı, əgər ciddi bir ağrı varsa, biz o zaman artıq bu boru hamiləliyidirsə, boruda kisənin partlamasından, borunun partlamasından şübhələnirik və daxili qanaxma verə bilər, daha çox ağrılar bu yöndə olur. Mütləq şəkildə diaqnostika üçün həkimə müraciət etmək lazımdır. Hamiləlik kisəsi uşaqlıq daxilində görülməlidir. 

Kimlərdə boru hamiləliyi görülə bilər?

Əslində hər kəsdə boru hamiləliyi görülə bilər. Amma bəzi insanlarda, özəlliklə, daha çox görülür. 

Daha öncəsində hər hansı bir boru cərrahiyyəsi keçirmiş insanlar, xüsusilə, deyək ki, daha öncə borularını yoxlatdırıb, borunun birində genişləmə olub və bununla bağlı bir cərrahiyyə keçirib. Bu insanlarda boru hamiləliyi riski yüksəkdir və ya daha öncə qarın boşluğunda partlamış bir apandisitdən cərrahiyyə keçiribdir və ya kistdən cərrahiyyə keçiribdir. Bu insanlarda boruların keçiriciliyinin pozulma ehtimalı yüksəkdir və boru hamiləliyi riski də yüksəlmiş olur. 

Və ya cinsi yolla infeksion keçirmək, xüsusilə, xlamidiya infeksiyonu. 

Çanağın iltihabi xəstəliklərini keçirmiş insanlarda, hətta bir dəfə keçirdiyimizlə bir neçə dəfə keçirdiyimiz arasındakı risk faktoru daha da artmış olur. Çünki boruların bağlanma ehtimalı artır. 

Daha öncədən vərəm xəstəliyi keçirmiş, xüsusilə, genetal orqanların vərəmini keçirmiş insanlarda və ya daimi spiral istifadə edən insanlarda rast gəlmə ehtimalı artır və ya bu son zamanlarda artan süni mayalanma və ya aşılama, bunların hamısında nisbətən də olsa, boru hamiləliyi və ya uşaqlıqdan kənar hamiləlik riski artmışdır. 

Digər bir ən önəmli risk faktoru isə daha öncədən boru hamiləliyi keçirmiş xanımlardır. Bir dəfə boru hamiləliyi keçirmiş xanımların digər insanlara görə 30% artmış ehtimalı var, təkrardan boru hamiləliyi keçirməyə. Ancaq bunu heç bir şəkildə öngörmək mümkün deyil, qarşısını almaq mümkün deyil. Əlbəttə ki, daha öncədən seçilən müalicə üsulu da buna təsir etmiş olur. 

Xarici hamiləliyin müalicəsi necə aparılır?

Xarici hamiləliyə vaxtında diaqnoz qoyulubsa, müalicə edə bilirik. Xüsusilə də, dərman müalicəsi ilə. Bunun üçün artıq cərrahi bir müalicəyə son zamanlarda çox ehtiyac qalmır. Əgər vaxtında diaqnoz qoyulubsa ki, sizdə boru hamiləliyi və ya yumartalıq hamiləliyidir. Mütləq şəkildə, əgər Beta hCG dəyərləriniz 5000-in üzərində deyilsə və ya hamiləlik kisəsində uşağın ürək döyüntüsü görünmürsə, o zaman mütləq dərman müalicəsi sınamaq olar. Bunu tək doz və ya multi doz şəklində həkiminiz bunu sizlə danışaraq edə bilər və oradakı müalicənin gedişatına, əsasən ki, Beta hCG dəyəriniz nə qədər düşüb. 

Digər bir müalicə isə cərrahi müalicədir. Cərrahi müalicəni ancaq, əgər bir xəstənin hermodinamikası stabil deyilsə, yəni bunda qanama əlamətləri varsa, içqanama dediyimiz, qan təzyiqi düşüb, nəbzi yüksəlibsə, içəridə biz çox miqdarda qan görürüksə, artıq biz o borunun partladığını ehtimal edirik və ya xəstənin təcili cərrahiyyə gərəkdiyini düşünürük. 

Cərrahi üsulda da 2 növ var bizim üçün ya borunun tamamən çıxarılması, ya da salpinqostomiya dediyimiz, sadəcə boruda bir kəsik apararaq içərisinin təmizlənməsidir. Buna, əlbəttə ki, cərrahiyyə zamanı qərar verilir. Çünki əgər boru partlayıbsa və aktiv bir qanama varsa, o zaman borunu saxlamaq doğru bir qərar olmayacaqdır, xəstənin qanama riskindən dolayı. 

Yox əgər vaxtında diaqnoz qoyulub, ancaq dərman müalicəsinə cavab verməyəcək bir vəziyyətdədirsə, o zaman cərrahiyyə edilərək, xüsusilə, laparoskopik cərrahiyyədən biz bəhs edirik uşaqlıqdan kənar hamiləliklərdə. 

Salpinqostomiyada isə əgər dərman müalicəsinə ehtiyac yoxdur, dərman müalicəsi dönəmindən keçib, ancaq cərrahi olaraq da partlamıyıb. O zaman sadəcə kisə çıxarılaraq cərrahiyyəyə son verilə bilər.

Uzm. Dr. Günel Ziyadova, Cərrah mama-ginekoloq

10 replies on “Uşaqlıqdan kənar hamiləlik”

Son adet 11 avqust 7 sentyabr adet gormusem normal sekilde adetin 10 cu gunu acix cehrayi rengde axinti geldi 12 ci gunu artiq qan ama adet kimi deyil 21 sent test musbet gosterdi 22 si xq analizi 3871 usaqliqdan hecne gorunmedi ama boru hamileliyi dende subhelenmedi doktor 24 yene xq verdim 1559 duwmuwdu 4 gun sonra 344 axrinci analiz 28 sentyabr olub ama helede qanama lekelenme terzinde olur gur adet kimi olmamisam sinemde hessaslix qalib bu boru hamielliyi ola bilermi yoxsa duwuk olub

Salam son adet dekabr üçü görmüşəm 23 beldə ağrılarım başladı hamiləlik simptomlarıda vardı bir on gün olarki simptomlar itdi sadəcə ürəy bulanma ürəy tələsmə birdə keçmiyən bel ağrısı. yanvarın 10 xq verdim nəticə 33,1çıxdı bu normaldımı?

SALAM HEKIM MEN ESLINDE MENSTRUASIYAYA GORE 9 HEFTE HAMILE OLMALIYAM AMMA USM 6 HEFTE GOSTERIR.HEKIM DEYIR INKISAFDAN QALIB.MEN XQ ANALIZI VERDIM BIRINDE 6378 CIXDI 1 HEFTE SONRA YENIDEN VERDIM 11965 CIXDI.EGER INKISAFDAN QALSA IDI XQ YUKSELERDIIMI.AMMA UREK DOYUNTUSU HELE YOXDUR.

Salam. Əsas olan qandır, qanda çıxmırsa, hamiləlik deyildir.
Uzman Dr. Günel Ziyadova, Cərrah Mama-Ginekoloq

Salam men yanvarin 19 u xesdelenmiwem 22si sagalmiwam fevralin 6 si agir qaldirannan sonra qan gelib ve helede davam edir tund qehveyi gelir testler hamsi 2 xetdi qan analizine getdim ve usm girdim usmde sari cisim yoxdu qan analizi 9.1 cixib hekim deib nece gun kecsin yene analiz ver.sizce hamileliye wubhe var ?ya bele az muddetde analiz gosderr bilmez?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.