Kateqoriyalar
Ortopedia-travmatologiya

Uşaqlarda əyripəncəliyin müalicəsi

Pesiki novarus deyilir bu xəstəliyə, təxminən 1000 doğumdan 1% rast gəlmək tezliyi vardır. Əsasən, oğlanlarda rast gəlinir. Əyripəncəlik bir və ya ikitərəfli olur. Daha çox ikitərəfli müşahidə edilir ki, ayaq pəncə içəri tərəfə doğru əyilmiş vəziyyətdə olur. Bunun səbəbləri konkret bilinməsə də, amma hansı hallarda daha çox rast gəlinir haqqında fikirlər mövcuddur. Məsələn, bilinənlərdən biri odur ki, bu oğlan uşaqlarında daha çox rast gəlinir. Ana bətnində, yəni dölün yerləşməsindən asılı olaraq ayaqların əyri durması vəziyyətinə bağlı olaraq daha çox rast gəlinir. Ana çanağının ölçüsünün kiçik olması, dölün çəkisinin əksinə, çox olması kimi hallar bu tip, yəni əyripəncəliyin daha tez-tez rast gəlinməsinə səbəb olur. Bəzən əyripəncəlik digər anadangəlmə anomanialar ilə birlikdə də ola bilər. Yəni ortopedik cəhətdən, məsələn, bud-çanaq çıxığı ilə, bud-çanaq oynağının anadan gəlmə displaziyası da deyilir. Yəni birlikdə rast gəlmə ehtimalı da mövcuddur. Ona görə əyripəncə diaqnozu qoyulan uşaqların bud-çanaq oynağı da yoxlanması mütləq hesab edilir.

Əyripəncəlik diaqnozu qoyulan uşaqlarda müalicəyə nə vaxt başlanılır?

Uşaqlar anadan olduqdan təxminən 1-2 həftə sonra artıq müalicəyə başlanılır. Müalicə nədən ibarətdir? Həftəlik aralıqlarla hər dəfə ayaq əyriliyini düzəltmək şərtilə qoyulan ponseti metodu ilə ip sarğılardan ibarətdir. Yəni yenidoğulmuşlarda 2 həftəlik, 1 aylıq, 2 aylıq təxminən müraciət edən hallarda, yəni tək gips mülicəsi ilə bu aradan qaldırılır, əyrilik düzəldilir.

Sonra xüsusi ortez-Dennis Brown dediyimiz ateldən istifadə edilir. Daha nisbətən böyük aylarda və yaşlarda, 4 ay, 5 ay və daha yuxarı aylarda isə artıq tək ponseti metodu ilə gips sarğısı kifayət etmir. Bu təxminən 4-6 həftə arası, yəni 4-6 həftəyə qədər, həftəlik aralıqlarla qoyulur, daha sonra axil vətərinin qısalığı da olduğundan perkutan olaraq axil vətəri uzadılır. Bu uzadıldıqdan sonra 2 həftəlik gips sarğısına qoyulur. Sonra isə gips sarğısı çıxarılır və Dennis Brown dediyimiz atelə qoyulur. Əməliyyatdan sonra, təxminən 3 ay, uşaq 24 saat gecə-gündüz ayağında o Dennis brown ateli saxlayır.

Valideynlərə xüsusən də, analara məsləhətimiz gün içində 4-5 dəfə o ayaqqabıları çıxarıb, gərmə idmanları deyirik, hərəkət etdirir, uşağın dərisinə, ayağına diqqət, qulluq edir. Sonra yenidən o ayaqqabıları geyindirir. 3 aydan sonra isə Denis Brown atelləri tək gecələr istifadə edilir. Bu müalicə təxminən 3 yaşına qədər bu şəkildə dəvam edir. Təbii ki, uşaq ayaq ölçüsü böyüdükcə, o ayaqqabının ölçüsü də böyüyür və onu dəyişdirmək gərək olur. Çox az hallarda, gecikmiş müraciət edən hallarda və yaxud azyaşlı müalicə olunub müəyyən bir az hissəsində qalıq əlamətlər qalır. Bunlar artıq müəyyən 3 yaşdan sonra düzəldici əzələ və ya sümük əməliyyatları icra edilməklə tam aradan qaldırılır. Çox təəssüf ki, hal-hazırda ölkəmizdə, xüsusən də, regionlardan çox gec halda 8 yaşında, 10 yaşında bizə müraciətlər olur. Onun üçün mən valideynlərə və xüsusən, regionlarda çalışan həmkarlarıma bildirmək istəyirəm ki, bu xəstəliyi nə qədər erkən aşkarlanıb müalicəyə başlanarsa, həm bizim işimiz asan olur, həm valideyinin işi asan olur

Op.Dr.İlkin Cəlilov, Ortoped-travmatoloq

15 replies on “Uşaqlarda əyripəncəliyin müalicəsi”

salam doktor oglumun 12 yasi var sag ayagini iceri dogru qoyur binu gezisinde hiss etmek olur. ne meslehet gorerdiniz

Salam.Bunun üçün öncə uşağı müayinə etmək lazımdır. İçəriyə doğru atma həm ayaqda olan problem, həm də çanaq problemi olanda rast gəlinə bilir.
Op.Dr.İlkin Cəlilov, Ortoped-Travmatoloq

Salam hekim menin qizimin 2 yasi var indiyene qeder yerisi normal idi son iki hefdedir sag aysginin pencesi iceri dogru gedir ne ede birlerem masajla duzeler

Salam, müayinə sonrası daha düzgün məlumat verə bilərik.
Op.Dr. İlkin Cəlilov, Travmatoloq

Salam hekim reyime cavab yazsaniz şad olaram
Mənm qızım 10 aylıqdi pencelerin çöle doğru qoyr direşmesi elede yoxdu tez yorulur ,müalicəsi varmı ?

Salam hekim reyime cavab yazsaniz şad olaram
Mənm qızım 10 aylıqdi pencelerin çöle doğru qoyr direşmesi elede yoxdu tez yorulur ,müalicəsi varmı ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir